Embrion Təraşlama (Assisted Hatching) Nədir?
Embrionların uşaqlığa tutunmasına kömək etmək üçün embrionu çevrələyən “zona pellusida” adı verilen pərdənin incəldilməsi ya da deşilməsi işləminə embrion təraşlama işləmi deyilir.
Yumurta hüceyrəsi sperma ilə döllənmədən öncə qoruyucu bir təbəqə ilə əhatələnmiş şəkildə olur. Bu pərdə, embrionu döllənmə mərhələsindən etibarən qoruyaraq həm bölünən hüceyrələri bir yerdə tutma, həm də xarici mühit ilə embrion arasında seçici bir baryer vəzifəsi görür. Embrion inkişafının 5. günündən sonra embrionun borularda başlayıb uşaqlığa qədər davam edən səfəri sona çatır. Bu mərhələdə embrionun uşaqlıqda ən uyğun yerə tutunması və hamiləlik yaratması üçün onu əhatə edən bu pərdənin cırılması, embrionun pərdənin xaricinə çıxaraq ananın uşaqlıq pərdəsi hüceyrələri ilə təmas etməsi gərəklidir. Bəzi hallarda embrionu çevrələyən pərdə gözlənəndən daha qalın ola bilər və bu vəziyyətin hamiləliyi əngəlləmə ehtimalına qarşı embrion tıraşlama (assisted hatching) deyilən işləm ilə pərdə incəldilir.
Embrion Təraşlama Necə Həyata Keçirilir?
Embrion təraşlama adətən embrion transferi günü tətbiq olunur. İşləm mikroskop altında mexaniki olaraq edilərək pərdə əridici kimyəvi maddələr istifadə edilərək ya da lazer ilə də həyata keçirilə bilməkdədir. Günümüzdə işləmin asanlığı və embriona zərər vermədən icra olunduğu üçün lazerə üstünlük verilməkdədir.
Embrion Təraşlama Kimlərə Tətbiq Olunur?
- 37 yaş və üzəri xəstə qruplarında,
- Donmuş embrion transferi edilən sikluslarda,
- Pərdə qalınlığı >15 µm’dan çox olan ve transfer edilməsi düşünülən embrionlara,
- Keyfiyyətli embrion transfer edilməsinə baxmayaraq təkrarlanan implantasiya uğursuzluğu müşahidə olunan xəstə qruplarında dəyərləndirmədən sonra lazım görüldüyündə tətbiq olunmaqdadır.
Embrion təraşlama cütlüklərin tələbinə görə gerçəkləşdirilən və ya hər embriona tətbiq olunması lazımlı olan bir işləm deyil. Həkiminiz və ya embrioloqlar lazımlı gördüyü zamanlarda hamiləlik baş tutma şansını artırmaq üçün bu metodu embrion transferi öncəsi seçilən embrionlara tətbiq edirlər.