Aşılama Proseduru Nədir?
Aşılama proseduru bir il ərzində düzənli olaraq cinsi əlaqəyə girilməsinə baxmayaraq hamiləlik olmaması halında tətbiq edilən bir yardımçı reproduktiv üsuldur. Bəsit və sürətli bir üsul olan aşılamanın tətbiq edilə bilməsi üçün kişidə sperma, qadında yumurta probleminin olmaması lazımdır.
Aşılama Proseduru Necə Tətbiq Edilir?
Aşılama müalicəsinin həyata keçirilməsi üçün öncəliklə cütlüyün probleminin müəyyən edilməsi lazımdır. Qadın ginekoloq, kişi uroloq tərəfindən müayinə edilir. Aşılama müalicəsinin uyğun görülməsi halında qadın adətinin 3-cü günündə müayinədən keçir. Bu müayinədə yumurtalıqların vəziyyəti kontrol edilir və lazım görüldüyü hallarda hormon dərmanları ilə yumurtalıqların böyüdülməsi işləminə keçilir. Həkim tərəfindən verilən hormon dərmanları və ya iynələri 5 ilə 7 gün arasında istifadə edilir. Bu müddətin ardından bir dəfə də vaginal müayinə ilə yumurtaların sayı və boyları kontrol edilir. Əgər döllənmə üçün uyğun mərhələdədirlərsə cild altından tətbiq edilən çatlatma iynəsi vurulur və aşılama işləminə keçilir. Kişidən alınan spermalar laboratoriya şəraitində incələnir. Ən keyfiyyətli və hamiləlik əldə etmə şansı ən yüksək olan spermalar seçilərək bir kateter köməyi ilə uşaqlıq içərisinə transfer edilir.
Aşılama Kimlərə Tətbiq Edilir?
Aşılama işləminin tətbiq edilə bilməsi üçün kişinin istifadə oluna biləcək xüsusiyyətə malik spermasının olması və qadının yumurta inkişafında problem olmaması lazımdır. Əgər qadında polikistik over xəstəliyi kimi ovulyasiya funksiya pozğunluğuna bağlı problemlər və ya kişidə sperma hərəkət və sayında yüngül düşüklük müəyyən edilirsə aşılama müalicəsinə müraciət oluna bilər. Bununla birlikdə səbəbi bilinməyən sonsuzluq göstəriciləri və vaginismus kimi səbəblərdən dolayı həkimə müraciət edən xəstələrin müalicəsində də aşılama işləmindən istifadə edilir.
Aşılama İşləmi Öncəsində Nələrə Diqqət Edilməlidir?
Aşılama işləmi öncəsi həm qadının, həm də kişinin mütləq diqqət etməsi lazım olan bəzi məqamlar vardır.
Kişinin Diqqət Etməsi Lazım Olan Məqamlar:
Spermanın verimli olması üçün son 48 saat içərisində siqaret, spirtli içki, narkotik maddə və dərman istifadə edilməməlidir. Bu tərz maddələrin spermanın quruluşunu və hərəkətliliyini mənfi yöndə təsir etdiyi müəyyən edilmişdir.
Qadının Diqqət Etməsi Lazım Olan Məqamlar:
Aşılama tətbiq ediləcək qadının müalicə sırasında vaginal bir infeksiya keçirməməsi, hər hansı bir vaginal dərman, krem və losyon istifadə etməməsi lazımdır.
Aşılama İşləmi Sonrası Yatmaq Lazımdırmı?
Aşılama işləmi bir neçə dəqiqə davam edən ağrısız bir üsuldur. Ginekoloji müayinə pozisiyasında uzanan xəstəyə ümumi anesteziya tətbiq etmədən işləm həyata keçirilir. Aşılama sonrası 15-20 dəqiqə dincələn xanım daha sonra günlük yaşam tərzinə rahat şəkildə davam edə bilir. İşləm sonrası şikayətlər olduqca azdır, hər hansı bir neqativ hal aşkarlandığında dərhal həkimə müraciət edilməlidir.
Aşılama İşləmi Üçün Mərkəz Seçərkən Nələrə Diqqət Edilməlidir?
Aşılama işləmini harada etdirəcəyinizə qərar verərkən diqqət etməniz lazım olan məqamları bu şəkildə sıralaya bilərik:
- Mərkəzin müvəffəqiyyət göstəriciləri
- Texnoloji avadanlıqlar
- Öz sahəsində mütəxəssisliyini isbat etmiş kollektiv
Bahçeci Süni Mayalanma Mərkəzi olaraq 23 illik mütəxəssisliyimiz və 60.000-dən çox sağlam süni mayalanma təcrübəmizlə Avropa standartlarının üzərində uğur göstəricilərinə sahibik. Aşılama müalicəsi ilə əlaqəli suallarınızı yönəltmək, qiymət və müddət haqqında ətraflı məlumat almaq üçün əlaqə formumuzu doldurun, sizə zəng edək.