Sperm Mikroçip Nədir?
Sperm mikroçip üsulu günümüzdə süni mayalanma müalicələrində qəbul edilmiş sperma seçim üsullarından biridir. Digər sperma seçmə üsulları ilə müqayisə edildiyində normal fiziologiyanı təqlid etdiyi üçün daha təbii bir üsuldur.
Sperm Mikroçip Üsulu Necə Tətbiq Edilir?
Mikroçipli süni mayalanma müalicəsində klassik süni mayalanma müalicəsiylə bənzər dövrlər yaşanır. Müalicəsinin fərqləndiyi nöqtə laboratoriya şəraitində spermaların seçildiyi mərhələdir. Klassik bir süni mayalanma müalicəsində işləm günü alınan sperma nümunəsi dəqiqədə 1500-2000 dövr edən sentrafuqa adlanan xüsusi bir cihaza qoyularaq ardıcıl yuma və çökdürmə işləmi edilir. Ancaq həyata keçirdiyimiz bəzi çalışmalarda yüksək dövrlü döndürmə işləminin sperma hüceyrələrinin daşıdığı genetik quruluşda (DNA) qırılmalar və zədələr yarada bildiyini göstərmişdir. Sperm mikroçip bütün bu yuma, döndürmə və çökdürmə mərhələlərinin böyük ölçüdə aradan qaldırıldığı və ən sağlam sperma hüceyrələrinin təbii yola çox yaxın bir yanaşma ilə əldə edilə biləcəyi bir üsuldur.
Mikroçip üsulu ilə sperma nümunəsi içərisindəki sperma hüceyrələri xüsusi olaraq hazırlanmış bir solüsyon içərisində mikro kanallardan keçərək sanki borulardan yumurta hüceyrəsinə çatmağa çalışırmış kimi yarışırlar. Yarış sonunda əldə edilən spermalar yumurtanı dölləmə şansı ən yüksək spermalardır. Beləliklə sperma seçimi təbii hala ən yaxın şəkildə icra edilir. Sperm mikroçip üsulu digər əlavə tətbiq və üsullar ilə birlikdə kombinə edilərək süni mayalanma müalicələrində icra edilməyə başlanılmışdır.
Mikroçipli Süni Mayalanma Müalicəsi Kimlərə Tətbiq Edilir?
Sonsuzluq müalicəsinin uğurlu ola bilməsi və cütlüklərin uşaqlarını sağlam olaraq ən qısa zamanda qucaqlarına ala bilməsi üçün lazımlı ən vacib mərhələ problemin doğru olaraq müəyyən edilməsidir. Doğru diaqnoz sonrası izlənəcək müalicə yolu və üsullarının doğru olaraq icra edilməsi son dərəcə vacibdir.
Sperm mikroçip üsulu bu məqsədlə xüsusilə aşağı keyfiyyətdə sperma istehsalı olan, kişiyə bağlı sonsuzluq müalicəsində istifadə edilə bilən bir üsuldur. Bu üsuldan istifadənin məqsədi ən sağlam sperma seçmək olduğu üçün müalicə müddətində ehtiyac duyulduğunda bir çox əlavə üsul və test ilə birlikdə də icra edilə bilir.
Mikroçip süni mayalnma müalicəsi qiyməti və müddət haqqında ətraflı məlumat sahibi olmaq üçün əlaqə formumuzu doldurun, sizə zəng edək.