Erkən Menopoz Nədir?
Bir qadının 40 yaşından öncə adət qanamalarının sonlanması erkən menopoz olaraq dəyərləndirilir. Erkən menopozda estogen hormonunun ifraz olunması azalır, FSH və LH hormon səviyyələrində yüksəlmə görülür. Etdirəcəyiniz bir neçə bəsit qan testləri ilə menopoz dövründə olub olmadığınız anlaşıla bilir.
Erkən Menopozun Səbəbləri Nələrdir?
Ailə Hekayəsi
Qadının menopoz yaşını müəyyən edən ən önəmli amil anasının menopoza girdiyi yaşdır. Əgər ailədə erkən menopoz hekayəsi varsa qadının erkən menopoza girmə riski yüksəkdir.
Cərrahi müdaxilələr
Hər hansı bir səbəblə qadının iki yumurtalığı da alınıbsa erkən menopoz əmələ gəlir. Bununla bərabər bəzi ginekoloji müdaxilələrdə də yumurtalıqlar zərər görə bilər.
Otoimmun xəstəliklər
Erkən menopoz yaşanmasının ən yayılmış səbəblərindən biri də otoimmun xəstəliklərdir. Otoimmun xəstəliklər immun sisteminin öz orqanlarını kənar toxuma olaraq qəbul etməsi və bu orqanlara hücum etməsidir. Əgər bu orqanlar yumurtalıqlardırsa erkən menopoz müşahidə edilir.
Xərçəng
Xərçəng müalicəsi müddətində alınan radioterapiya və ya kimyaterapiya yumurtalıqlara zərər verərək erkən menopoza səbəb ola bilir.
Xromosom anormallıqları
Turner Sindromu, Frajil X Sindromu kimi xromosoma bağlı problemlər erkən menopoza səbəb olan bir digər amildir.
Yaşam tərzi
Pis qidalanma, stress, siqaret və içki qəbulu da erkən menpoza səbəb ola bilir.
Erkən Menopozun Əlamətləri Nələrdir?
Erkən menopozda ilk əlamət daha sıx adət görməkdir. Normal şərtlərdə qadınlar 28 gündə bir adət olur, adətin 22 gündən daha tez görülməsi ümumi olaraq yumurtalıq rezervinin azaldığına işarə edir. Menopoza yaxınlaşdıqda isə adət görmə sayı azalır və tamamilə kəsilir.
Bununla bərabər vaginal quruluq, cinsi istəksizlik, yuxu pozulmaları, isti basması da müşahidə edilir. Əgər bu tip əlamətlər olursa vaxt itirmədən ginekoloji müayinədən keçin və lazım olan analizləri etdirin.
Erkən Menopozun Qarşısı Alına Bilərmi?
Erkən menopoz öncədən bilinməyən bir haldır, lakin düzənli olaraq həkim müayinəsi ilə erkən diaqnozu qoymaq mümkündür. Adətin ilk günlərində hormon testlərinə (AMH, FSH, estradiol) baxılır və vaginal ultrason ilə yumurtalıqlar müayinə edilir. Beləliklə döllənməyə əlverişli yumurta sayı haqqında fikir sahibi oluna bilir. Erkən menopoz müalicələrində uğurlu bir nəticə almaq üçün xəstənin yaşı böyük rol oynayır. Xəstə nə qədər gəncdirsə müalicədə uğur şansı o qədər yüksəkdir.
Erkən Menopozda Hamilə Qalmaq Mümkündürmü?
Yumurtalıq rezervi azaldığını müəyyən etdiyimiz və ana olmaq istəyən xəstələr üçün vaxt itirmədən süni mayalanma müalicəsi təklif edirik. Çünki süni mayalanma müalicəsi yardımçı reproduktiv üsulların içərisində uğur şansı ən yüksək olandır. Evli olmayan və qısa bir müddət içərisində hamiləlik düşünməyən xəstələrimiz üçün isə yumurta dondurma tətbiqi uyğundur. Yumurta dondurma işləmində folikulları böyütməyə yönəlik dərmanlar istifadə edilərək yumurta hüceyrələri əldə edilir və vitrifikasiya üsulu ilə dondurulur. Beləliklə irəlidəki bir tarixdə yumurtalarınızı istifadə edərək hamiləlik əldə edə bilərsiniz.
Süni mayalanma və yumurta dondurma müalicələrində süni mayalanma mərkəzinin uğurları, təcrübəsi və embrioloji laboratoriyasının gücü böyük əhəmiyyət daşıyır. Bahçeci olaraq 26 illik təcrübəmiz və 80.000-dən çox uşağımızla professionallığımızı sübut etmiş bir mərkəzik. Həkimlərimizlə ön görüşmə üçün dərhal əlaqə saxlayın.