Endometriozis (Şokolad Kisti) Nədir?
Endometriozis adını uşaqlığın iç qismini döşəyən təbəqə anlamına gələn və hər ay adət dövründə qalınlaşıb tökülən “endometrium”dan almaqdadır. Normalda uşaqlıq iş təbəqəsində olması lazım olan endometriuma bənzəyən toxuma endometriozis xəstələrində uşaqlıq xaricində də vardır. Uşaqlıq xaricindəki bu endometriozis ağrı və sonsuzluğa səbəb ola bilir.
Uşaqlıq içərisini əhatə edən endometrium kimi endometriozis mərkəzləri də adət dövrünü idarə edən hormonlara cavab verməkdədir. Adət dönəmində uşaqlıq içərisində olduğu kimi bu sahələrdə də qalınlaşma və qanama olur. Ancaq burada baş verən qanama bədəndən kənara atıla bilməz və toplanaraq şokolad kistlərini əmələ gətirir. Qanamaların təsiri ilə zamanla digər orqanlarda (bağırsaqlar, sidik kisəsi) yapışıqlıq və zədələr əmələ gəlir.
Endometriozis Əlamətləri Nələrdir?
Endometriozisin ən sıx görülən əlaməti adətdən öncə və adət əsnasında görülən ağrılar (ümumilikdə normal adət sırasında görülən sancılardan daha şiddətlidir), cinsi təmas sırasında və sonrasında görülən ağrılar, sonsuzluq, düzənsiz və ya daha çox qanamalardır. Digər əlamətlər isə yorğunluq, adət sırasında ağrılı bağırsaq hərəkətləri, belin alt tərəfinə vuran ağrı, adət zamanı ishal və qəbzlik və digər bağırsaq rahatsızlıqları ola bilər. Endometriozis bəzən heç bir əlamət göstərməyə də bilir.
Endometriozisin Səbəbləri Nələrdir?
Endometriozisin səbəbi tam olaraq bilinmir. Bir neçə səbəb önə sürülməklə birlikdə bunların heç biri bütün endometriozis səbəblərini izah edə bilmir.
Son illərdə aparılan araşdırmalar dioxin və PCBlər kimi vücud içərisində hormon kimi davranan və immunitet sistemini zədələyən kənar toksinlərin endometriozisə yol açdığını göstərmişdir. Qırmızı ət kimi qidaları daha çox istifadə edən qadınlarda daha çox görüldüyü müəyyən edilmişdir.
Endometriozis Diaqnozu Necə Qoyulur?
Endometriozis diaqnozunun qoyulması üçün xəstəlik əlamətlərinin görülməsi və toxumadan alınan parçaya patoloji incələmə edilməsi lazımdır. Bunun üçün xəstəyə laporaskopik işləm həyata keçirilir. Laporaskopik işləmlə həm dəqiq diaqnoz qoyula bilir, həm də müalicə tətbiq edilə bilir. Xəstənin şikayətlərindən şokolad kisti şübhəsi duyulması və ya xəstədə sonsuzluq problemi olması halında diaqnoz məqsədiylə laporaskopiya edilə bilər. Beləliklə xəstədə lezyon və yapışıqlıqlar varsa bunlar rahatlıqla incələnə bilir. Laporaskopiya öncəsi vaginal ultrason da diaqnoz üçün köməkçi ola bilir. Ultrason ilə böyük şokolad kistləri görülə bilir.
Endometriozis Müalicəsi Necə Aparılır?
Laporaskopik və ya klassik üsulla edilən əməliyyat ilə endometriozis lezyonlarının çıxarılması və ya yox edilməsi mümkündür və əlamətlərin yüngülləşməsi və ya hamiləliyin olması təmin edilə bilir. Buna baxmayaraq digər müalicələrdə oluğu kimi xəstəliyin təkrarlanma riski çox yüksəkdir. Ət kimi qidaların istifadəsini azaltmaq, idman, stres kontrol üsulları və shark cartilage, DHEA və PPAR gama agonistləri kimi dəstəkləyici müalicələrlə edilən metabolik kontrol ilə xəstələrin yaşam keyfiyyətləri və müalicəyə verdikləri cavabı ciddi şəkildə müsbət yöndən çoxaldır.
Şokolad Kisti Sonsuzluğa Yol Açarmı?
Şokolad kisti sonsuzluğa səbəb ola bilən bir xəstəlikdir. əgər şokolad kisti irəli səviyyələrdədirsə və cərrahi müdaxilə ilə yaxşılaşma müəyyən edilməmişsə süni mayalanma müalicəsi ilə uşaq sahibi olmaq mümkündür. Xəstəliyin erkən müəyyən edilməsi süni mayalanma müalicəsindəki uğur şansına təsir edir. Süni mayalanma müalicəsi ilə əlaqəli ətrafl məlumat üçün tıklayın.