• INTERNATIONAL PATIENTS

ERA Testi

ERA Testi Nədir?

ERA testi, yəni “Endometrial Receptivity Assay” testi bir neçə dəfə keyfiyyətli embrion transfer edilməsinə baxmayaraq hamiləlik baş tutmayan, uşaqlıqda tutunma problem yaşayan xəstələrdə üstünlük verilən bir üsuldur. Bu üsul tətbiq olunmadan öncə embrionun uşaqlığa tutuna bilməməsi ilə bağlı həm embrion, həm də borulardan qaynaqlı faktorlar diqqətli şəkildə nəzərdən keçirilməli və düzəldilməlidir. Sağlam bir hamiləliyin baş tutması üçün embrionun keyfiyyəti qədər embrionun tutunacağı uşaqlıq içi pərdəsinin embrionu qəbul etmə özəlliyi də böyük önəm daşıyır.

Uşaqlıqdan qaynaqlanan problemlərin həllində keçmişdə birinci olaraq seçilən histereskopiyadan istifadə edilirdi. Histereskopiya ilə uşaqlığın iç qismi görülərək hamiləliyin davam etməsinə maneə olacaq bir problem varsa düzəldilirdi. Ancaq təəssüf ki, embrionun tutunmasını təmin edən hüceyrəsəl mikro çevrənin nə qədər sağlam olduğu və ya embrion üçün hazır olub-olmadığının aşkarlanması mümkün deyildi. ERA testi ilə təkrarlanan süni mayalanma uğusuzluğu müalicəsində yeni bir dönəm başladı. ERA testi ilə embrionları uşaqlığa transfer etmədən öncə uşaqlığı embrionları qəbul edib-etməyəcəyi və ya embrion transferi hansı gün edilsə, hamiləlik göstəricilərində uğurun artabiləcəyini öngörmək mümkün oldu.

Testdən sonra alınan nəticələr, xüsusilə bəzi xəstələrdə müalicə proqramı və embrion transfer günü dəyişdirilərək cütlüklərin hamiləlik şansının artırıla bildiyini göstərməkdədir. Bu halda, keçmişdə əldə edilən uğursuz cəhdlərin səbəbi barədə də məlumat sahibi olmaq mümkündür.

ERA Testi Necə Tətbiq Olunur?

ERA testində müalicə alacaq xəstənin uşaqlıq içi pərdəsindən alınan toxuma genetik olaraq analiz edilir. Testin tətbiq olunması düşünülən xəstələrin təbii adət periodu içərisində və ya hormon ilə xəbərdar edilmiş bir müalicə müddətində müəyyən bir gündə uşaqlıq toxumasından kiçik bir parça alınır. Parça alınması əməliyyatxana mühitində və xəstənin rahatlığı baxımından yüngül sakitləşdirici verilərək edilir.

Götürülən parça irəli molekulyar və genetik diaqnoz üsullarıyla analiz edilir. Bu analiz əsnasında embrionun tutunmasında önəmli rol oynayan 200-dən çox genin aktivliyi ölçülür. Təxminən 2 həftə içində ölçüm nəticələri dəyərləndirilərək nümunə alınan xəstənin uşaqlıq toxumasının embrionu qəbul etmə potensialı müəyyən edilir. Embrion transfer günü bu nəticələrə görə nizamlanır.

Təkrarlanan süni mayalanma uğursuzluqlarının bir çox səbəbi ola bilər. Bu nöqtədə cütlüklərlə bağlı səbəblərlə yanaşı düzgün mərkəz seçimi də böyük önəm daşımaqdadır. Təcrübəli komanda və inkişaf etmiş bir laboratoriya mühiti uğurlu nəticələrin alınmasında ən önəmli kriteriyaların başında gəlir. Bəzi cütlüklərdə də pis və ya yaxşı embrion keyfiyyəti və ya embrionlarda əmələ gələn genetik pozğunluqları təkrarlayan süni mayalanma uğursuzluqlarında önəmli rol oynamaqdadır.

Era Testinin Qiyməti Nə Qədərdir?

Qiymətlərlə ilə bağlı məlumatları daxili qaydalarımız səbəbi ilə web saytımızda paylaşa bilmirik. Hal-hazırkı qiymətlərimiz barədə məlumat almaq və həkimlərimizlə görüşə bilmək üçün əlaqə formumuzu doldura bilər və ya 012-598-05-43/49 nömrəli telefondan bizimlə əlaqə saxlaya bilərsiniz.

Kadavradan Rahim Nakli Sonucu Tıp Dünyasına Adımızı Yazdırdık! (NTV Haber)

Dünyadaki ilk Kadavradan Rahim Nakli 10 yıl önce Türkiye’de Prof. Dr. Ömer …

Devamını Oku

İleri Kadın Yaşı ve Düşük Yumurtalık Rezervine Karşı Kişiye Özel Tedavi!

Çiftimizin 16 yıllık özlemleri başka merkezlerdeki 2 başarısız denemeden sonra Bahçeci’de ilk …

Devamını Oku

İleri Kadın Yaşına Rağmen 19 Yıl Sonra Bahçeci’de Özlemleri Son Buldu!

Sevim Sadık Özdemir çifti tam 19 yıllık bebek özleminden sonra Bahçeci ekibiyle …

Devamını Oku

40 Yaşındaki Hastamıza İlk Denemede Yıllardır Beklediği Haberi Verdik!

Başka merkezlerde başarısız denemeleri olan hastamızdan genetik ayıklama yöntemi ile sağlıklı embriyomuzu …

Devamını Oku

17 Yıllık Özlem ve 4 Başarısız Denemeden Sonra Bahçeci’de Mucize Son!

Uzun yıllardır çocuk sahibi olmak isteyen çiftimiz başka merkezlerdeki başarısız denemelerden sonra …

Devamını Oku

Hollanda’daki 10 Başarısız Denemeden Sonra Bahçeci’de Mutlu Son!

Hollanda’da yaşayan çiftimiz 10 başarısız tüp bebek tedavisinden sonra Bahçeci’de hayallerine kavuşabilmek …

Devamını Oku

20 Başarısız Deneme, 43 Yaş, 0.04 AMH

0.04 AMH değerine sahip 43 yaşındaki annemiz 20 yıldır çocuk özlemi çekiyordu. …

Devamını Oku

Bahçeci Tüp Bebek’te 80.000’den Fazla Mutluluk Hikayesi!

Hastalarımızın hikayeleri farklı olsa da yaşadıkları zorluk, çektikleri özlem ve “anne-baba” oldukları …

Devamını Oku

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

    Sizə Zəng Edək

    Telefon Nömrəniz:

    və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

    [dynamichidden utmRef "CF7_URL"]


    WhatsApp
    WhatsApp
    Messenger
    Sizi Arayalım

      Ən qısa zamanda sizə zəng edək:

      [dynamichidden utmForm "CF7_get_post_var key='title'"]