Zahılıq doğumdan sonrakı ilk 6-8 həftəni əhatə edən, ananın və uşağın ekstra baxım və qulluğa ehtiyacı olduğu bir dövrudür. Bu yazıda sizlər üçün zahıllıqda qidalanma, məşq və doğum sonrası cinsi əlaqə kimi maraqlı olan mövzular yer almaqdadır.

Zahılıqda Qidalanma

Zahılıq təxmini olaraq 9 aylıq bir hamiləlikdən sonra bütün bədənin əvvəlki halına sürətli şəkildə geri dönməyə çalışdığı bir dövrdür. Bu dövr içərisində istər dəyişən hormonların təsiri ilə hisslərdə olan ani dəyişikliklər, istərsə də yeni ana olmanın gətirdiyi qayğılar ananı zaman-zaman çətin vəziyyətə salır. Bu səbəblə zahılıqda qidalanma həm ananın, həm də əmizdirilən uşağın sağlamlığı üçün olduqca vacibdir.

Zahılıqda normal və ya keysəriyyə doğumlarının ardından bədənin həm özünü toparlamaq üçün, həm də süd vəzlərindən süd yaranması başladığı üçün ekstra enerjiyə ehtiyac vardır. Ananın bu artan enerji ehtiyacı hamiləlik sırasında topladığı artıq yağlardan təmin edilə bilir.

Sağlam bir zahılıq keçirmək üçün günlük qəbul edilməsi lazım olan kalori miqdarı 2.500 kkal-dir. Zahı ana bu kalorini aşağıdakı qidalarla tamamlarsa balanslı və sağlam qidalanmış olar:

  • 400-500 ml qatıq, ayran və ya süd (2-3 su stəkanı)
  • 5-6 porsiya tərəvəz və meyvə
  • 5-8 porsiya taxıl, (1 porsiya taxıl, 1 dilim çörək və ya 3 yemək qaşığı plov və ya makaron)
  • 3-4 porsiya ət və ya yumurta (1 porsiya 1 ədəd yumurta və 90 q. ət/toyuq/balıq)

Yuxarıdakı porsiyalara diqqət edərək özünüzə sağlam və balanslı bir proqram yarada bilərsiniz.

Zahılıqda Uzaq Durulması Lazım Olan Qidalar

Zahılıqda spirtli içkidən və siqaretdən uzaq durmaq lazımdır. Spirtli içki və siqaretdəki zərərli maddələr ana südünə keçə bilər və uşağın inkişafında istənilməyən təsirlər yaradır. Uşaq əmzirilmirsə belə ananın toparlanma müddətində spirtli içki olması doğru deyil. Ayrıca olaraq ananın üzərinə hopan siqaret dumanının passiv siqaret çəkilməsində rolu olduğundan zahının yanında siqaret çəkilməsi doğru deyil.

Bunun xaricində çay və kofe içərkən bu cür mayelərin qəbulu zamanı kofein səbəbi ilə diqqətli olunmalıdır. Çox miqdarda qəbul edilən kofein anada yuxusuzluğa yol açarkən, uşaqda da narahatçılığa səbəb olur. Araşdırmalar anaların günlük 300 mq-a qədər kofein qəbul edə biləcəyini deyir. (1 incə belli çay fincanı çay 25mq, 1 kofe fincanı Türk qəhvəsi isə 50 mq kofein tərkiblidir).

Bəzi qaz yaradan qidalar ana südünə keçərək uşaqlarda qaz və həzmsizlik şikayətlərinə yol aça bilir. Uşaq əmzirilmirsə belə ana keysəriyyə əməliyyatının ilk günlərindən sonra (bağırsaqların işləməsi əvvəlki halına gələnə qədər) bu qidaları qəbul etməməlidir. Bunlar quru paxla bitkiləri (quru fasulye, noxud, bulqur, mərcimək və s.) və qaz yaradan yaşıl tərəvəzlərdir (kələm, brokoli vəs.). Zahılıq dövrü bitdikdən sonra uşaqda qaz yaradıb yaratmadığı sınanaraq bu qidalar yavaş-yavaş yeyilə bilər.

Zahılıqda Südü Artırmaq üçün Nələr Yeyilməlidir?

İlk doğumlarda, xüsusilə doğum keysəriyyə ilə edilmişsə ilk bir-iki gün südün gəlməməsi normal bir haldır. Bu halda mənim südüm yox deyərək təslim olmamalı, uşaq əmzirilməyə davam edilməlidir. Südü artırmaq üçün qəbul edilməsi lazım olan ən vacib qida sudur. Südünüzün azlığında sual verməniz lazım olan ilk nöqtə “kifayət qədər su içirəmmi?” olmalıdır. Süd verən bir ana gündə ən az 2,5 litr su içməlidir. Bundan az içilən maye süd yaranmasında azalmaya səbəb olacaqdır.

Göstərilən miqdarda maye qəbul etdiyinizdən və tez-tez əmzirmənizdən əminsinizsə, lakin hələ də yetərli südünüzün olmadığını düşünürsünüzsə o zaman süd artıran bitki çaylarından fayda görə bilərsiniz. Elmi olaraq sübut olmamaqla bərabər razyananın ana südünü artırdığı, ananı rahatladıcı təsiri olduğu və uşağın qaz problemlərini də yatışdırdığı nəsildən nəsilə ötürülən bir məlumatdır.

Yulaf həm ananın günlük alması lazım olan taxıl ehtiyacını qarşılaması, həm yaxşı bir bitkisəl dəmir mənbəyi olması, həm də ana südünü artırıcı təsirindən dolayı pəhrizdən əksik edilməməsi lazım olan bir qidadır. Səhərləri qatıq və ya südün içərisinə qarışdıra biləcəyiniz yulaf kalsium, dəmir və lif tərkibli olduğundan bədəninizə çox faydalı olacaqdır.

Bunun xaricində südün keyfiyyətini artırmaq üçün kök, yumurta, badam, qoz, fındıq (qabıqlı yağlı toxumlar), şüyüd, cəfəri bol-bol yeyilməlidir.

Xalq arasında kompot, zahı şərbəti, şəkərli su, bəhməz kimi şəkərli qidaları qəbul etmənin süd artırdığına dair yanlış bir inanc vardır. Şəkərli qidalar südü artırmaz. Şəkərli mayelərin içərisindəki maye işə yarasa da suyu normal olaraq içmək daha çox faydalıdır. Zahıların çoxu hamiləlikdə aldığı artıq çəkidən daha çoxunu bu qidaları qəbul edərək ala bilər.

Zahılıq dövrü bitmədən qətiliklə çəki vermək üçün pəhriz tutulmalıdır. Bu müddətin bir yaxşılaşma dövrü olduğu unudulmamalıdır.

Doğum Sonrası Məşq

Doğum sonrasında analar bəzən əvvəlki formalarına qovuşmaq üçün səbrsiz davrana bilirlər. Doğum sonrası məşqlərə başlama müddəti normal və ya keysəriyyə doğuma görə dəyişir. Normal doğum sonrası məşq həkimin icazə verdiyi və fərqli bir fəsad yaranmadığı zaman iki-üç həftə içərisində edilə bilər. Keysəriyyə doğum sonrası məşq isə daha həssas bir mövzudur. Keysəriyyə doğumda məşqlərə başlamadan əvvəl həkimin tikişləri və sağalma müddətini müşahidə edib idman edə bilər icazəsi verməsi mütləq gözlənilməlidir.

Zahılıqda məşq etmənin ananın sağlamlığı baxımından çox vacib faydaları da vardır. Bunlar aşağıdakı şəkildə sıralana bilər:

  • Hamiləlik dövründə pozulan bədən qurulunun düzəldilməsi
  • Ananın hisslərindəki dalğalanmalarının düzəlməsi
  • Süd verərkən yaranan bel ağrılarının azaldılması
  • Gərilən qarın əzələlərinin toparlanması.

Zahılıq dövründə ilk məşqi açıq havada edəcəyiniz yüngül templi gəzinti olaraq seçsəniz bədəninizi müşahidə etməniz və məşqə verəcəyi cavaba hazır olub-olmadığını görməniz baxımından faydalı olacaqdır.

Gəzinti xaricində yüngül pilates məşqləri əvvəlki formanıza qovuşmaq üçün yaxşı bir yoldur.

Dərin tənəffüs məşqləri rahatlama təmin etməsi baxımından vacibdir.

Pişik və dəvə hərəkəti adlanan hərəkət bel rahatlamasını təmin etdiyi üçün üstünlük verilməlidir.

İrəliləyən günlərdə plank deyilən qol və ya ovuc içərisində üzüstə duruş hərəkətləri qarın və sinə əzələrini işlətmə baxımından çox təsirli bir məşqdir.

Yan uzanaraq ayaqları qaldırıb endirmək bədən quruluşuna diqqət edilərək yerinə yetirildiyində omba və ayaqları toparlayan, lakin ana üçün çox da çətin olmayan ideal hərəkətlərdir.

Məşqdən sonra yüngül əyilmə hərəkətləri etmək bədəninizdə laktik asit toplanmasını azaldaraq sonrakı gün xalq arasında xamlama olaraq adlandırılan ağrılardan azad olmanızı təmin edəcəkdir.

Hər insanın sağalma dövrünün insandan insana dəyişik olduğunu unutmadan özünüzü çətinə salmadan uyğun bir məşq proqramı seçmək məşqin davamlı olması üçün də çox vacibdir.

Doğum Sonrası Cinsi Əlaqə

Doğum sonrasındakı dövrdə ilk 40 gün cinsi əlaqəyə girmək qadağandır. Bunun səbəbi ananın infeksiyalara daha həssas olması, qanama və axıntıların davam etməsi, vagina və uşaqlığın yetəri qədər toparlanmamasıdır. Bununla bərabər normal doğum sonrası cinsi əlaqə 40-cı gündən sonra qadının hazır hiss etməsi halında başlamalıdır. Dəyişən bədən hissləri, hormonlar və həddən artıq yuxusuzluq və yorğunluq kimi səbəblər qadınlarda cinsi istək azalmasına səbəb ola bilir. Kişilərin bu müddətdə pozitiv bir şəkildə rəftar etməsi və partnyorlarını dəstəkləməsi vacibdir. Keysəriyyə doğum zamanı bir fəsad olmayıbsa eyni şərtlər keçərlidir.

Bununla bərabər yeni doğum etmiş analara toxunuşlar və qucaqlaşmalarla mənəvi dəstək verərək yaxınlıq göstərmək doğumdan etibarən edilməsi lazım olan davranışlardandır.

Uşağınızı sakit, xoşbəxt və sağlam böyütmənizi arzu edirik. Bütün suallarınız üçün 012-598-05-43/49 nömrələrindən bizə zəng edə bilərsiniz.