• INTERNATIONAL PATIENTS

Süni Mayalanma Lüğəti

Abortus Hamiləliyin ilk 20 həftəsində uşağın düşməsi.
Agonist Təbii bir hormonun kopyası olaraq istehsal edilən sintetik hormon.
Androjen Kişilik hormonu. Qadınlarda da aşağı səviyyədə varlıq təşkil edir. Qadında androjenin həddindən çox yüksəlməsi tüklənmə, çəki artımı ve akneyə səbəb olur.
Androloq Kişi infertilitəsi uzmanı (Uroloq ya da ginekoloq ola bilər).
Anovulasyon Yumurtlamanın olmaması.
Amenore Adet görməmə.
Amniosintez Hamiləlikdə içində dölün olduğu mayenin bir qisminin götürülərək uşağa aid hüceyrələrin təhlil edilməsi.
Assisted Hatching Embrionun xaricində olan pərdənin təraşlanması.
Astenospermiya Sperma hərəkətliliyinin az olması.
Aşılama Yuyulmuş və hazırlanmış spermanın uşaqlıq içinə yeridilməsi.
Azospermiya Semende heç canlı sperma olmaması.
Biyokimyəvi Hamiləlik Hamiləlik testinin qanda yüksəlməsi ancaq uşaqlıq içində hamiləlik kisəsinin inkişaf etməməsi.
Biopsiya Bir toxumadan parça götürülməsi.
Şokolad Kisti Uşaqlıq iç pərdəsi toxumasının qarnın içində ya da yumurtalıqlarda olmasıdır. Endometriozis adı ilə də bilinir.
Döllənmə Yumurta ilə spermatozoidin birləşərək tək bir hüceyrə əmələ gətirməsi.
Aşağı Over Rezervi Qadında yumurta sayının az olması.
Egakulasya Boşalma.
Ejekulat Kişi menisi.
Embrion Yumurtanın dölləndikdən sonrakı dönəminə verilən ad.
Endometrium Uşaqlıq içi pərdəsi.
Endometrioma Endometriumun yumurtalıqlarda yerləşməsi ilə meydana gələn kistik struktur
Endometriozis Uşaqlıq iç pərdəsi toxumasının qarnın içində ya da yumurtalıqlarda yerləşməsiı. Şokolad kisti adı ilə də bilinir.
Kişi Faktoru Kişidən qaynaqlanan bir problemdən ötrü süni mayalanma üsulunun tətbiq olunması.
Estrogen / Östrojen Qadınlık hormonu.
ET Embrion transferi.
FSH Follicule Stimulating Hormone. Qadında folekulun yetişməsini və kişidə spermatogenezi əmələ gətirən, hipofiz tərəfindən ifraz edilən hormon.
GnRH Gonadotropin Releasing Hormone. Hipofizi kontrol edən, beyin tərəfındən ifraz edilən hormon.
HCG Human Chorionic Gonadotropin. Hamiləliyin təyin edilməsində istifadə edilən, embrion tərəfindən ifraz edilən hormon.
Hemofiliya Qanamanın dayanmaması ilə əlaqəli xəstəlik.
Hiperstimülasiya Yumurtalıqların oyadılması müddətində qəbul edilən hormonlar səbəbilə yumurtalıqların həddindən artıq çox reaksiya verməsi.
Hipofiz İç ifrazat bezlərinin çoxunu kontrol edən, beynin altında yerləşən ifrazat bezi.
Fallop Boruları Qadın bədənində sperma ilə yumurtanın qovuşduğu yer.
Fertilizasyon Spermanın yumurtanın içinə girməsidir. Bu hadisədən 24 saat sonra yumurta və sperma nüvələri birləşir və embrion bölünməyə başlayır.
Folekul İçində yumurta yerləşən maye dolu kisə.
Frozen Embrion Embrioların dondurularaq saxlanması.
Hidrosalpinks Boruların içinə maye dolaraq genişlənməsi.
HSG Uşaqlıq filmi.
HSK (Histeroskopiya) Uşaqlıq içinə bir alətlə baxılaraq içəridə problem olub-olmamasının araşdırılması.
ICSI Mikro inyeksiya. Spermanın bir iynə köməyi ilə yumurta hüceyrəsinin içinə yeridilməsi.
IUI Aşılama. Yuyulmuş və hazırlanmış spermanın uşaqlıq içinə yeridilməsi.
IVF Süni mayalanma.
İmplantasiya Embrionun uşaqlığın iç təbəqəsinə yuvalanması.
İnterfil Sonsuz.
İnkubator İçində embrion kültürünün edildiyi, istiliyi bədən temperaturuna yaxın olan şkaf.
İntramural Miom Uşaqlıq divarında yer alan xoş xasiyyətli şiş.
Ginekoloq Qadın xəstəlikləri həkimi.
Katater Sperma və embrionu uşaqığa yerləşdirməyə yarayan plastik pipet şəklindəki boru.
Klivaj Embrionun bölünməyə başlaması.
Kordosintez Ana qarnınakı dölün göbək kordonundan analiz məqsədilə parça götürülməsi.
Kültür Mühit Laboratoriyada embrionun böyüməsinə vəsilə olan maye.
Abort Hamiləliyin ilk 10 həftəsində hamiləliyin sonlandırılması.
Laparoskopiya (LSK) Qarnın içinin görülməsinə kömək edən üsul. Optik bir alətlə boruların açıq olup-olmadığı ya da qarnın içində başqa bir problem olub-olmadığına baxılır.
Masturbasiya Əl ilə spermanın boşaldılması.
Menopoza Adətdən kəsilmə, qadınların müəyyən bir yaşdan sonra adətdən kəsildiyi dönəm.
Mikroinyeksiya Spermanın yumurtanın içinə yeridilməsi.
Mioma Uşaqlıqda əmələ gələn xoş xasiyyətli ur.
Molekulyar Biologiya Hüceyrələrin içindəki strukturları araşdıram elm sahəsi.
Morfologiya Spermanın formasının, ölçülərinin müəyyən edilməsi.
Oligospermiya Semendə canlı sperma sayının az olması.
Oosit Qadın yumurtası
OPU Yumurta toplama işləmi.
Over Qadının yumurtalıqları.
Ovulatuar Faktor Qadında yumurtlama problemindən qaynaqlanan süni mayalanma üsulunun tətbiq olunması.
Ovulyasiya Yumurtlama
Östrogen / Estrojen Qadınlık hormonu.
PESA Perkutan sperma aspirasiyası
PGD – PGT Embrionlarda genetik diaqnoz.
PİD Batin içi infeksiyası.
Polikistik Over Sindromu (PCOS) Yumurtalıqlarda çox sayda kiçik kist əmələ gəlməsi
Polip Uşaqlığın içində ya da uşaqlığın ağzında ət xalı şəklində çıxıntı.
Polisperma Yumurtanın birdən artıq sperma tərəfindən döllənməsi.
Progesteron Korpus luteum tərəfindən ifraz edilən hormon.
Primer İnfertilitə Heç uşağı olmamış xəstə qrupu.
Sekonder infertilitə Daha öncə uşağı olmuş, lakin sonra ən az 2 il cəhdlərinə baxmayaraq hamilə qala bilməyən xəstə qrupu.
Serum Qan laxtalanmasından sonra ayrılan maye.
Semen Kişidə boşalma əsnasında çıxan sperma və mayenin hamısına verilən ad.
Semen Analizi (Spermioqram) Spermanın sayının, hərəkətliliyinin və morfologiyasının laboratoriya şəraitində analiz edilməsi.
Serviks Uşaqlıq ağzı
Siklus Adətin birinci günündən başlayıb gələcək adət tarixinə qədər keçən müddət. Təxminən 28 gün çəkir.
Sonohistero Su ilə uşaqlıq içinin şişirdilərək polip və ya uşaqılq içi miom varlığının araşdırılmasıdır.
Sperma Meni, spermatozoidləri təşkil edən maye.
Sperma Kanalları Spermanın keçişini təşkil edən, testisdən başlayıb penisin ucuna qədər gedən kanallar.
Spermatozoid Kişinin çoxalma hüceyrəsi.
Step Down Yumurtalıqların oyadılması məqsədilə dərman dozasının azaldılaraq tətbiq olunması.
Step Up Yumurtalıqların oyadılması məqsədilə dərman dozasının artırılaraq tətbiq olunması.
Steril Hər cür mikroorqanizmdən təmizlənmiş, aseptik.
Submukoz Mioma Uşaqlığın iç divarı istiqamətində girinti təşkil edən xoş xasiyyətli şiş.
Subseroz Mioma Uşaqlığın ən xaric divarına çıxıntı olan xoş xasiyyətli şiş.
Teratospermiya Semendə yüksək ölçüdə anormal şəkilli spermanın olması.
Testesteron Kişi çoxlama hormonu.
Testis Kişi yumurtalığı
TESA Testislərdən iynə ilə aspirasiya edərək sperma tapılması.
TESE Testislərdən parça alaraq sperma tapılması.
Tubal Faktor Borulardakı problemdən ötrü süni mayalanma üsulunun tətbiq olunması.
Süni mayalanma Embrionu bədən xaricində inkişaf etdirən çoxlamaya kömək edən texnologiyalardan biri.
Ultrasəs Səs dalğaları köməyilə daxili orqanlara baxılması.
USG Ultrasəs ilə müayinə.
Üroloq İdrar yolları və kişi cinsəl xəstəlikləri uzmanı.
Uterus Uşaqlıq.
Varikosel Kişinin yumurtalıqlarında damar genişlənməsi.
Viabilitə Spermanın canlı olup-olmadığının müəyyənləşdirilməsi.
Viskozite Sıxlıq
XX Qadınlıq xromosomu
XY Kişilik xromosomu
Yumurtalıqların Oyadılması Qadında birdən çox yumurtaın əmələ gəlməsi üçün dərman müalicəsinin tətbiq olunması.
Ziqot Embrionun erkən inkişafdakı halı.

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

Sizə Zəng Edək
Telefon Nömrəniz:

və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

[dynamichidden utmRef "CF7_URL"]

WhatsApp
WhatsApp
Messenger
Sizi Arayalım
Ən qısa zamanda sizə zəng edək:

[dynamichidden utmForm "CF7_get_post_var key='title'"]