Günümüzdə bir çox cütlük uşaq sahibi olmaq mövzusunda problemlər yaşayırlar. Qeyri-sağlam qidalanma, stresli həyat tərzi, evlilik yaşının irəliləmiş olması, siqaret və spirtli içki istifadəsi kimi bir çox faktorlar cütlüklərin sonsuzluqla qarşı qarşıya qalmalarına səbəb olur.

Bu problemlə qarşılaşan bir çox cütlük problemin səbəbini bilmədən və həkim kontrolu olmadan bir neçə dərmanlar qəbul edirlər. Bu tip dərmanların həkim nəzarətindən kənar qəbulu çox təhlükəlidir. Eşitdiyiniz və əsası olmayan məlumatlarla qəti şəkildə dərman qəbul etməməniz lazım olduğunu sizə bildiririk.

Yumurta Sayında Azalma Olan Qadının Ana Olma Şansı Varmı?

Qadının yumurtalıqlarında olan yumurta sayı və keyfiyyəti hamilə qalma ehtimalının ən vacib kriteriyasıdır. Yumurta rezervinin azalmasındakı ən vacib faktor yaşdır. Xüsusilə 35 yaşından sonra yumurta rezervində azalma başlayır, 40 yaşından sonra azalma daha da artır. Eyni zamanda sayla birlikdə qadının yumurta keyfiyəti də azalır.

Yumurta rezervi azalan qadında özlüyündən və ya müalicə ilə hamiləlik şansı azalar və hamiləlik olduğunda düşük riski artır. Yumurta rezervinin dəyərləndirilməsi üçün AMH testi istənilir. AMH qadın yumurtalıqlarında yaranan bir protein hormonudur. AMH testi ilə qadınların yumurtalıqlarında qalan yumurta sayı və yumurtaların keyfiyyəti dəyərləndirilir.

AMH Dəyəri Necə Yüksəldilir?

AMH dəyəri kənardan bir müdaxilə ilə və ya dərman qəbulu ilə yüksələn bir dəyər deyildir. Süni mayalanma müalicəsi müddətində istifadə edilən dərmanlar AMH dəyərini yüksəltmək üçün deyil, yumurtalıqlarda onsuzda var olan yumurtaları böyütmək üçündür. Əgər AMH dəyərinizin düşük olduğu müəyyən edilibsə bu mövzunu öz sahəsində mütəxəssis olan bir süi mayalanma həkimi ilə görüşməyiniz lazımdır.

AMH Azlığı ilə Hamilə Qalanlar

AMH testi nəticənizin aşağı olması əsla hamilə qalmayacağınız mənasına gəlməz. Süni mayalanma müalicəsi ilə AMH dəyəri aşağı olan qadınlar da hamilə qala bilirlər. Burada vacib olan məqam zaman itirmədən bir həkimə müraciət etməkdir.

Hamilə Qalmaq üçün Yumurta Sayı Neçə Olmalıdır?

Bu problemin dəqiq bir cavabı yoxdur. Yumurta sayının çox olması hamiləlik şansını artıran bir faktordur, lakin bəzi xəstələr tək yumurtası olmasına baxmayaraq hamilə qala bilirlər. Yumurtanın sayı qədər keyfiyyəti də vacibdir.

Yumurtaları Keyfiyyətsiz Olan Qadın Ana Ola Bilərmi?

Yumurtanın keyfiyyəti hamiləliyin yaranması üçün çox vacib bir kriteriyadır. Bu səbəblə sonsuzluq müalicəsində yumurta sayı ilə bərabər keyfiyyəti də dəyərləndirilir. “Yumurta keyfiyyəti” yumurtanın döllənə bilmə qabiliyyətini ifadə edir, lakin kefiyyəti müəyyən etmənin tam olaraq etibarlı bir yolu yoxdur.

Yumurta Keyfiyyətinə Hansı Amillər Təsir Edir?

Yumurta keyfiyyəti aydan aya dəyişkənlik göstərə bilir. Genetik faktorlar, yumurtalıqlar üzərinə mənfi təsir edə biləcək dərman qəbulu və ya keçirilmiş olan yumurtalıq əməliyyatları yumurtalıq rezervinə mənfi yöndə təsir edə biləcək amillər arasındadır.

Yumurta Rezervini Artırmaq üçün Nə Etmək Lazımdır?

Yumurta rezevrinizi və dolayısı ilə hamilə qalma şansınızı artırmaq üçün həkimlər aşağıdakı 5 maddəni həyatınıza inteqrasiya etməyi məsləhət görürlər. Bu maddələrin sadəcə qadınlar üçün deyil kişilər üçün də xeyirli olduğunu xatırladaq.

1.Qidalanmanıza diqqət edin: Valideyn olmağa qərar verildiyində öncəliklə qidalanma vərdişlərinə yenidən baxılmalıdır. Məsələn, şəkər, dadlandırıcılar, siqaret, kola, spirtli içkilər kimi bədənə zərərli qida və içkilərin istifadəsi sonlandırılmalıdır.

2. Stresi azaldın: Günümüzdə təəssüf ki, çox hallarda mümkün olmasa da stresi azaltmaq lazımdır. Streslə birlikdə yuxu düzəni və qidalanma düzəni də korlanır, insulin, adrenalin və leptin müqaviməti obezite üçün uyğun şərait yaradır. İnsulin və leptin müqaviməti olan insanlar acma və doymama qorxusu içərisində yaşayarlar və ya doyduqlarını hiss etməzlər. Çünki stress, kortizon hormonunun balanssız və yüksək miqdarda salınması aclıq hissini stimullaşdırır.

3. Çəkinizə diqqət edin: Obezite, yəni çəki artıqlığı; Koronar ürək xəstəliyi, hipertansiyon, tip 2 diabet, uterus, məmə xərçəngi, yumurtalıq kistləri (polikistik yumurtalıq sindromu), depressiya, osteoartrit (revmatizm), varikoz damarları, yuxu apne sindromu, doğuş çətinliyi kimi xəstəliklər üçün çox vacib bir risk faktorudur. Araşdırmalar 5-10 % ətrafında çəki itkisinin belə ovulyasiya və hamiləlik şansını artırdığını göstərir.

4. Siqaret və spirtli içkini həyatınızdan çıxarın: Siqaret və spirtli içki həm yumurta , həm də sperma keyfiyyətinə ciddi mənada zərər verir. Eyni zamanda hamiləlikdə siqaret istifadəsi anidən uşaq ölümlərinə və erkən doğumlara səbəb olur. Ana bətnində spirtli içkiyə məruz qalan uşaqlarda uzun dövr zəka gerilikləri, öyrənmə pozulmaları, davranış pozulmaları müşahidə edilir.

5. İdman etməyi unutmayın: Davamlı olaraq məşq etmək həyatınızın bir parçası olsun. İdman salonlarına gedə bilmirəm və ya vaxtım yoxdur kimi bəhanələri bir kənara qoyun. Qarşınıza “hər gün 30 dəqiqə gəzəcəm” kimi bəsit məqsədlər qoyaraq yüngül idman hərəkətləri edin.

Yuxarıda saydığımız maddələri tətbiq edərək yaşam keyfiyyətinizi və dolayısı ilə valideyn olma şansınızı artıra bilərsiniz. Uşaq sahibi olmaqla bağlı problem yaşayırsınızsa bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Bahçeci Süni Mayalanma Mərkəzi olaraq bugünə qədər 50.000-dən çox ailənin uşaq sahibi olmasına vəsilə olduq. Bütün suallarınızla əlaqəli 012-598-05-43/49 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.