• INTERNATIONAL PATIENTS

Varikosel

Kişi sonsuzluğunun səbəbi olaraq ən sıx qarşılaşılan narahatlıqlardan biri olan varikosel, testisdə mövcud olan toplardamarların vəzifəsini tam olaraq yerinə yetirə bilməməsindən qaynaqlanır. “Varikosel göstəriciləri nələrdir, varikosel necə müalicə edilir, varikosel sperma sayına necə təsir edir?” kimi bir çox sualların cavabını yazımızda tapa bilərsiniz.

Varikosel Nədir?

Varikosel, testislərdən çıxan çirkli qanı daşıyan toplardamarlarda əmələ gələn damar genişlənməsidir. Varikosel, 90% nisbətində sol testisdə görülür. Sol testis sağa görə daha çox təzyiqə və nisbətən daha yavaş bir qan axışına məruz qaldığı üçün varikoselin sol testisdə daha çox görüldüyü düşünülür.

Varikosel Göstəriciləri Nələrdir?

Yüngül səviyyədəki varikosel hər hansı bir əlamət verməyə bilər, lakin illər keçdikcə damarlardakı genişlənmənin artmasıyla testislərdə şişkinlik və ağrıya səbəb ola bilər.Uzun müddət ayaqda qaldıqda və isti havalarda testislərdəki damarlar diqqətə çarpar və ağrı artar. Çox irəliləyən varikosel hallarında isə testis ölçülərində kiçilmə və konsistensiyasında yumuşama olur. Varikosel əllə müayinədə rahalıqla müşahidə olunur. Bundan əlavə damar strukturunun nəzərdən keçirilməsinə imkan yaradan UZİ köməyi ilə də aşkarlanır.

Varikosel Sonsuzluğa Səbəb Olur mu?

Testisləri qoruyan xarici torbalardakı istilik, bədən temperaturundan adətən bir neçə dərəcə daha aşağıdır. Yəni spermaların ən sağlam formada istehsalı üçün normal bədən temperaturundan daha sərin bir müihitə ehtiyac vardır. Torbalarda əmələ gələn genişlənmiş varikosel damarları içərisində qan göllənməsi səbəbi ilə artan temperatur, sperma istehsalına mənfi təsir göstərir və sperma keyfiyyətini poza bilir.

Sadəcə temperatur artışı deyil, varikoseli olan kişilərdə böyrək və böyrək üstü bezlərindən gələbiləcək toksiki maddələr testisdə toplana bilir. Bu səbəblə spermaların hərəkətində və keyfiyyətində düşmə müşahidə olunur.

Varikosel Mütləq Müalicə Edilməlimidir?

Bütün varikosellərin müalicə edilməsinə ehtiyac yoxdur. Sperma sayını azaldan başqa səbəblər varsa, ilk olaraq bu səbəblər müəyyən edilərək düzəldilməsi lazım gəlir. Bunun xaricində azospermiya yəni “sıfır sperma” halında varikoselin müalicə edilməsi hələ də müzakirələrə səbəb olur. Azospermiyanın səbəbi mütləq araşdırılmalıdır. Çünki adətən varikosel sperma sayını sıfıra salan tək səbəb ola bilməz. Azospermiya ilə bağlı ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

Varikosel Əməliyyatı Necə Həyata Keçirilir?

Varikosel əməliyyatı mikro cərrahiyyə üsulu ilə həyata keçirilir. Qasıq bölgələrində 2 sm.lik bir kəsikdən girilərək testis damarlarına çatılır. Əməliyyatda ümumi və ya yerli anesteziya altında mikroskopdan istifadə edilməsi, əməliyyatda damarların daha dəqiq olaraq tanınmasını və testisi bəsləyən arteriyanın diqqətli bir şəkildə qorumasına imkan yaradır. Mikroskop altında genişlənmiş toplardamarlar, digər damarlardan ayrılaraq bağlanır. Əməliyyat müddəti 1 ilə 2,5 saat arasında dəyişə bilir.

Mikrocərrahiyyə üsuluyla edilən cərrahi müdaxilədə müvəffəqiyyət şansı yüksək, təkrar etmə və komplikasiya göstəricisi aşağıdır. Xəstələr əməliyyat günündə xəstəxanadan çıxa bilər, iki-üç gün sonra işə qayıda bilərlər. Varikosel əməliyyatı sonrasında, xəstə minimum səviyyədə ağrı hiss edir.

Varikosel Əməliyyatı Sonrasında Sperma Sayında və Keyfiyyətində Dəyişiklik Olur mu?

Sperma sayının artması üçün əməliyyatdan sonra qəbul edilən gözləmə müddəti 3-6 aydır. 6 aydan sonra sperma keyfiyyəti və sayında artım müşahidə olunmamışdırsa, daha uzun müddət gözləmək bir fayda verməyəcəkdir. Bu düzəlmə kişilərin təqribən 70%-də aşkarlanır. Bir il ərzində gözlənən hamiləlik təqribən 40%-dir. Ancaq bəzi kişilərdə sperma keyfiyyəti və sayında hər hansı bir dəyişiklik olmaya bilər. Bu vəziyyət adətən komplikasiyalar ilə birlikdə əmələ gələ bilər.

Varikosel Xəstələri Ata Ola bilərmi?

Varikosel əməliyyatından 6 ay sonra sperma sayında və ya keyfiyyətində düzəlmə olmayan və təbii yoldan yoldaşı hamilə qala bilməyən kişilərdə köməkçi çoxalma üsulları ilə müalicə məsləhət görülə bilər.

Sperma sayı və hərəkətliliyi aşağı olan kişilər süni mayalanma müalicəsiylə övlad sahibi ola bilərlər. Süni mayalanma müalicəsinə başlamaq istəyən cütlüklər üçün mərkəz seçimi böyük önəm daşıyır. Süni mayalanma mərkəzi seçərkən ilk olaraq mərkəzin müvəffəqiyət göstəriciləri, texnologiya avadanlıqları və komandanın uzmanlığına diqqət edilməlidir. Bahçeci Süni Mayalanma Mərkəzi 24 illik təcrübəsi və 70.000-dən çox sağlam körpəsi ilə Avropa standartlarının üzərində bir müvəffəqiyyət təqdim edir.

Varikosel Əməliyyatını Qiyməti Nə Qədərdir?

Varikosel əməliyyatının qiyməti ilə bağlı məlumatları daxili qaydalarımız səbəbi ilə web saytımızda paylaşa bilmirik. Hal-hazırkı qiymətlərimiz barədə məlumat almaq və həkimlərimizlə görüşə bilmək üçün əlaqə formumuzu doldura bilər və ya 444 39 49 nömrəli telefondan bizlə əlaqə saxlaya bilərsiniz.

Xəstə Hekayələri

Xəstələrimizin Qələmindən

Onlar, Bahçeci Süni Mayalanma Mərkəzi ilə ən böyük xəyallarını reallığa çevirdilər. Xəstələrimizin qələmindən ilham verən xoşbəxtlik hekayələri...

Kadavradan Rahim Nakli Sonucu Tıp Dünyasına Adımızı Yazdırdık! (NTV Haber)

Dünyadaki ilk Kadavradan Rahim Nakli 10 yıl önce Türkiye’de Prof. Dr. Ömer Özkan tarafından yapılmıştı. Rahim nakli olan hastamız Derya Sert, Bahçeci’de gördüğü tüp …

Davamını Oxu Videonu İzlə

İleri Kadın Yaşı ve Düşük Yumurtalık Rezervine Karşı Kişiye Özel Tedavi!

Çiftimizin 16 yıllık özlemleri başka merkezlerdeki 2 başarısız denemeden sonra Bahçeci’de ilk denemede sona erdi. Düşük yumurtalık rezervi ve ileri kadın yaşı problemlerine rağmen …

Davamını Oxu Videonu İzlə

İleri Kadın Yaşına Rağmen 19 Yıl Sonra Bahçeci’de Özlemleri Son Buldu!

Sevim Sadık Özdemir çifti tam 19 yıllık bebek özleminden sonra Bahçeci ekibiyle tanıştı. Öncelikle geçmiş hikayelerini dinleyip test ve tahlillerimizden sonra kişiye özel tedavi …

Davamını Oxu Videonu İzlə

40 Yaşındaki Hastamıza İlk Denemede Yıllardır Beklediği Haberi Verdik!

Başka merkezlerde başarısız denemeleri olan hastamızdan genetik ayıklama yöntemi ile sağlıklı embriyomuzu elde ettik. Fakat rahimdeki yoğun ve uzun süreli gerçekleşen kanama atakları transferi …

Davamını Oxu Videonu İzlə

17 Yıllık Özlem ve 4 Başarısız Denemeden Sonra Bahçeci’de Mucize Son!

Uzun yıllardır çocuk sahibi olmak isteyen çiftimiz başka merkezlerdeki başarısız denemelerden sonra Bahçeci’ye gelerek hayallerinin peşinden koşmaya devam etti. Başarı artırıcı yöntemler, son teknolojiyle …

Davamını Oxu Videonu İzlə

Hollanda’daki 10 Başarısız Denemeden Sonra Bahçeci’de Mutlu Son!

Hollanda’da yaşayan çiftimiz 10 başarısız tüp bebek tedavisinden sonra Bahçeci’de hayallerine kavuşabilmek için Türkiye’ye gelmişti. Yapay zeka yöntemi ile genetik ayıklama uyguladığımız, başarı şansını …

Davamını Oxu Videonu İzlə

20 Başarısız Deneme, 43 Yaş, 0.04 AMH

0.04 AMH değerine sahip 43 yaşındaki annemiz 20 yıldır çocuk özlemi çekiyordu. Başka merkezlerdeki 20 başarısız denemenin ardından merkezimizde uyguladığımız kişiye özel tedavi yöntemiyle …

Davamını Oxu Videonu İzlə

Bahçeci Tüp Bebek’te 80.000’den Fazla Mutluluk Hikayesi!

Hastalarımızın hikayeleri farklı olsa da yaşadıkları zorluk, çektikleri özlem ve “anne-baba” oldukları zamanki mutluluk hep aynı. Onlar Bahçeci’de geçirdikleri tedavi süreçlerini, bu süreçte yaşadıkları …

Davamını Oxu Videonu İzlə

Kalıtsal Hastalığa Sahip Çiftimiz, Bebeklerini Kucağına Aldı!

Anne ve babamız, kalıtsal bir hastalığa sahip oldukları için daha önce 2 çocuklarını kaybetmişlerdi. Tedavide genetik ayıklama uygulandı ve en sağlıklı embriyolar seçildi. Sağlıklı …

Davamını Oxu Videonu İzlə

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

Sizə Zəng Edək
Telefon Nömrəniz:

və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

[dynamichidden utmRef "CF7_URL"]

WhatsApp
WhatsApp
Messenger
Sizi Arayalım
Ən qısa zamanda sizə zəng edək:

[dynamichidden utmForm "CF7_get_post_var key='title'"]