• INTERNATIONAL PATIENTS

Mikro TESE

Mikro TESE Nədir?

Mikro TESE kişiyə bağlı sonsuzluq hallarında müraciət edilən bir cərrahi üsuldur. Azospermiya hallarında xayadan sperma çıxarılmasına və bu kişilərin süni mayalanma üsulu ilə uşaq sahibi olmasına imkan yaradır. Nadir hallarda sperma keyfiyyəti pis olan kişilərə də mikro TESE icra oluna bilər və bu yolla sağlam spermalar əldə edilə bilər.

Sperma hüceyrəsinin olmamasının fərqli səbəbləri ola bilər. Bunları belə sıralaya bilərik:

  • Sperma kanallarında tıxanıqlıq olması
  • Enməmiş testis (xaya)
  • Hormonal səbəblər
  • Doğuşdan sperma kanallarının olmaması
  • Genetik səbəblər
  • Dərman istifadəsi
  • Fərqli infeksiyalar
  • Radiasiyaya məruz qalmaq

Lakin xəstələrin təxmini olaraq yarısında sperma olmamasının izah edilə biləcək bir səbəbi tapıla bilmir.

Mikro TESE Əməliyyatı Necə Edilir?

Mikro TESE əməliyyatında xaya tək bir kəsik ilə tamamilə açılır və toxuma mikroskop ilə 24 dəfə böyüdülərək sperma quruluşu olması ehtimal edilən bölgələr müəyyən edilir. Sperma istehsal edən kanallar geniş bir şəkildə görülə bildiyi üçün asanlıqla ayırd edilir və lazımlı toxumalar işləmi həyata keçirən uroloq tərəfindən toplanılır. Bu toxuma nümunələri bir neçə işləmlərdən keçərək içlərindəki canlı sperma hüceyrələri araşdırılır. Canlı sperma tapılarsa və mikroinyeksiya üçün qadından toplanan yumurtalar hazırdırsa eyni gün süni mayalanma işləmi həyata keçirilir. Çox sayda sperma əldə edilməsi halında istifadə edilməyən sperma hüceyrələri dondurularaq saxlanılır və irəlidə həyata keçiriləcək süni mayalanma müalicələrində donu açılaraq istifadə edilir.

Mikro TESE üsulu əvvəllər istifadə olunan çoxlu biopsiya üsulu ilə müqayisədə daha çox sayda və daha yaxşı keyfiyyətdə sperma əldə etmə imkanı təqdim edir. Mikro TESE üsulunun digər bir üstünlüyü isə mikroskop altında xayanı bəsləyən damarların daha yaxşı müşahidə edilməsi və xayaya verilən zərəri minimuma endirməsidir.

Mikro TESE Əməliyyatı Neçə Saat Davam Edir?

Mikro TESE əməliyyatxana şəraitində və ümumi anesteziya altında həyata keçirilən bir əməliyyatdır və təxmini olaraq 1-2 saat davam edir. Əməliyyat öncəsində 6 saatlıq ac qalaraq gəlinməsi lazımdır. Mikro TESE əməliyyatı sonrasında xəstə 3-4 saat nəzarət altında tutulur. Evə buraxildıqdan sonra da 3-4 gün ev istirahəti məsləhət görülür. Xəstənin 10 gün ərzində ağır bir işlə məşğul olmaması və fiziki aktivlikdən uzaq durması lazımdır.

Mikro TESE Əməliyyatı Sonrası Diqqət Edilməsi Lazım Olan Məqamlar Nələrdir?

  • Mikro TESE əməliyyatından çıxan xəstələr anesteziya təsiri keçənə qədər (2-3 saat) nəzarət altında tutulduqdan sonra evlərinə gedə bilərlər.
  • Xəstənin Mikro TESE əməliyyatından sonra evə gedərkən maşın sürməməsi məsləhət görülür.
  • Əməliyyat sonrası xəstənin yatmasına ehtiyac yoxdur, lakin 10 günə qədər ağır fiziki işlərdən uzaq durmalı və cinsi əlaqəyə girməməlidir.
  • Əməliyyatdan 48 saat sonra sarğı dəyişdirilməlidir.
  • Mikro TESE əməliyyatından 3 gün sonra duş qəbul edə bilərsiniz.
  • Əməliyyat sonrası xəstələrin 10-15 gün sıx alt paltarı geyinməsi məsləhət görülür.
  • Tikişlər özlüyündən təxmini olaraq bir həftədə əriyəcəyindən tikiş sökdürməyə ehtiyac yoxdur.

Neçə Dəfə Mikro TESE Əməliyyatı Edilə Bilər?

“Neçə dəfə mikro TESE əməliyyatı edilə bilər?” sualının dəqiq bir cavabı yoxdur. Öncəliklə xəstənin klinik göstəriciləri və keçirmiş olduğu TESE işləmlərinin nəticələri dəyərləndirilməlidir. Bu dəyərləndirmə sonrasında TESE işləmini təkrarlamağın lazım olub olmadığına qərar verilir. Mikro TESE əməliyyatı lazım görüldüyü hallarda birdən çox icra edilə bilir.

Mikro TESE Əməliyyatından Sperma Çıxmazsa Nə Etmək Lazımdır?

Mikro TESE əməliyyatı sonrasında sperma tapılmazsa mütləq alınan toxumalar patoloji incələməyə göndərilməlidir. Bu incələmə nəticəsində əldə ediləcək patoloji diaqnoz xəstənin bundan sonra etdirəcəyi TESE işləmlərində sperma tapa bilmə ehtimalı baxımından yol göstəricisidir. Əgər müsbət bir patoloji diaqnoz əldə edilmiş və sperma öncül hüceyrələrinə rast gəlinmişdirsə yenidən TESE əməliyyatı icra edilə bilər.

Mikro TESE Əməliyyatı Qiyməti Neçiyədir?

Daxili qaydalarımız səbəbi ilə sistem üzərindən qiymət haqqında məlumat verə bilmirik. Mövzu ilə əlaqəli ətraflı məlumat almaq üçün əlaqə formumuzu doldura bilər və ya 012-598-05-43/49 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Çikolata Kisti & Diğer Merkezlerde 9 Başarısız Denemeden Sonra…

Çikolata kisti olan hastamız başka merkezlerde 9 kez tüp bebek tedavisi denemiş …

Devamını Oku

Kalıtsal Hastalığa Sahip Çiftimiz, Bebeklerini Kucağına Aldı!

Anne ve babamız, kalıtsal bir hastalığa sahip oldukları için daha önce 2 …

Devamını Oku

Genetik Ayıklama ile Gelen Mucize

13 yıllık evlilik süresince 3 aşılama, 7 tüp bebek denemesi yaşayan çiftimiz, …

Devamını Oku

CD56 Testi ile 12 Yıllık Özlem Sona Erdi!

Çiftimiz 12 yıldır çocuk özlemi çekiyordu. Buket Hanım daha önce 2 başarısız …

Devamını Oku

14 Başarısız Denemenin Ardından Bahçeci’de İlk Denemede İkizler Yolda!

Daha önce 2 kez yurt dışı olmak üzere toplamda 14 başarısız tüp …

Devamını Oku

43 Yaşındaki Emel Hanım Asla Pes Etmedi!

18 yaşındaki oğullarını kaybeden çiftimiz çok zor zamanlardan geçtiler. Tekrar çocuk sahibi …

Devamını Oku

Testis Kanseri, Baba Olmaya Engel Değil!

Didem Hanım’ın eşi geçtiğimiz yıl testis kanseri olduğunu öğrenmişti, bu talihsiz haberin …

Devamını Oku

Meme Kanserini Yendi, Şimdi Hamile!

Kanser tedavisine başlamadan önce Bahçeci’de embriyo dondurma işlemi yaptıran Meltem Hanım şimdi …

Devamını Oku

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

Sizə Zəng Edək
Telefon Nömrəniz:

və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

[dynamichidden utmRef "CF7_URL"]

WhatsApp
WhatsApp
Messenger
Sizi Arayalım
Ən qısa zamanda sizə zəng edək:

[dynamichidden utmForm "CF7_get_post_var key='title'"]