Yumurta və spermanın genetik strukturlarının birləşməsi ilə döllənmə reallaşır. Yumurta və sperma birləşərək embrionu meydana gətirir. Döllənmə təbii hamiləliklərdə rəhm və yumurtalıqları bir-birinə bağlayan fallopian balonlarında meydana gəlir. Süni mayalanma hamiləliklərində isə xarici mühitdə embriyoloqlar tərəfindən yumurtanın içərisinə spermanın yerləşdirilməsi ilə həyata keçirilir. Embrionun cinsiyyəti döllənmə zamanı meydana gəlir. Ana XX, ata XY cinsiyyət xromosomlarına malikdir. Ana körpəyə X xromosomunun, ata X və yaY xromosomonu verir – XX dişi, XY erkəkdir.

Həqiqi mənada hamiləliyiniz embrionuzun meydana gəlməsi ilə başlayacaqdır və 266 gün ərzində yekunlaşacaq. Ancaq həkiminiz son aybaşı tarixinizin ilk gününü hamiləliyinizin başlanğıcı olaraq qəbul edəcək və 40 həftəlik müddətiniz bu tarixlə başlayacaq.

İmplantasiya inkişaf etməkdə olan embrionun bətn divarına bəslənmək üçün tutunması və böyüməyə başlamasıdır, döllənmənin altıncı günündə baş verir

1-ci ay: Təqribi böyüklüyü 4 mm-dir. Sürətli orqan inkişafı dövrüdür..

2-ci ay: Təqribi böyüklüyü 15 mm-dir. Həkiminizlə birlikdə körpənizin ürək atışlarını ultrason köməyi ilə dinləyə bilərsiniz.

3-cü ay: Təqribi böyüklüyü 65 mm-dir. Körpənin üz cizgiləri, barmaqları, ayaq barmaqları, qulaqları və gözləri müəyyən olmağa başlayır. Hamiləliklərin %15-i 3 aya qədər düşüklə nəticələnə bilər.

4-cü ay: Təqribi böyüklüyü 14 sm, çəkisi 200 qramdır. Körpənin orqan inkişafı tamamlanmışdır. İlk hərəkətləri hiss edilməyə başlanır.

5-ci ay: Təqribi böyüklüyü 22 sm, çəkisi 460 qramdır. Körpənin saçları, qaşları, kirpikləri meydana gəlməyə başlayır.

6-cı ay: Təqribi böyüklüyü 30 sm, çəkisi 820 qramdır. Körpənin gözləri açılır.

7-ci ay: Təqribi böyüklüyü 36 sm, çəkisi 1300 qramdır. Körpə daha çox hərəkət etməyə başlayır.

8-ci ay: Təqribi böyüklüyü 42 sm, çəkisi 2100 qramdır. Körpə daha da inkişaf etmişdir və daha sürətli və güclü təpikləyir.

9-cu ay: Təqribi böyüklüyü 50 sm, çəkisi 3400 qramdır. Hər hansı bir gün ana ola bilərsiniz.