• INTERNATIONAL PATIENTS

Şəhər Xaricindən Gələn Xəstələr

ƏMƏKDAŞLIQ ETDİYİMİZ OTELLƏR TEZ-TEZ SORUŞULAN SUALLAR

Süni mayalanma müalicəsi müddətində, cütlüklər həm maddi, həm mənəvi olaraq böyük bir yükün altına girir. Bahçeci Sağlamlıq Qrupu olaraq müddətin yarada biləcəyi stresi mümkün olduğu qədər azalda bilmək üçün həmişə yanınızdayıq.

Şəhər xaricindən gələn xəstələrimizə əməkdaşlıq etdiyimiz otellərdə endirimli qonaqlama xidməti təqdim edir, transfer mövzusunda dəstək oluruq.

Tez-tez soruşulan suallar

Müalicə üçün klinikaya nə vaxt gəlməliyəm?

Müalicə üçün adətinizin 2. və ya 3. günü gələ bilərsiniz.

Gəlmədən öncə etdirməli olduğum testlər varmı?

Klinika olaraq həkimlərimiz xəstə ilə üz-üzə görüşüb ilk müayinəsini etdikdən sonra lazımlı analizləri istəyir.

Klinikaya gələrkən nələr gətirməliyəm?

Daha öncə edilmiş olan bütün test nəticələrinizlə birlikdə gəlməyinizi məsləhət görürük.

Müalicə üçün nə qədər qalmalıyam?

Müalicə alacaq xəstəmiz adətinin 2. və ya 3.günü müalicəyə başlayır. Təqribən 11.və ya 12.günə qədər ovulyasiya, yəni yumurta təqibi üçün USG və hormon testləri edilir. 11.vəya 12.gündə yumurtalar toplanılır. Yumurtanın toplandığı gün döllənmə olur. Döllənmənin olduğu 1.gün ilə 5.günə qədər embrion təqib edilir. Daha sonra transferə qərar verilir. Beləliklə, bu müalicə müddəti cəmi 16-21 gün arasında gerçəkləşir.

Müalicədən sonra yoxlanışlarımı öz şəhərimdə davam etidrə bilərəmmi?

Yoxlanışlarınızı və hamiləlik təqibinizi şəhərinizdə etdirə bilərsiniz.

Hava limanı transferi varmı?

Əvvəlcədən bildiyiniz təqdirdə komandamız sizi hava limanında qarşılayacaq və otelinizə çatdıracaqdır.

Transferdən nə qədər müddət sonra səfərə çıxa bilərəm?

Transferdən sonra 1-2 gün dincəldikdən sonra səfərə çıxa bilərsiniz.

Qonaqlama üçün seçdiyim otellərdə endirim edilirmi?

Bahçeci Sağlıq Qrubu ilə əməkdaşlıq edən otelləri seçdiyinizdə endirim tətbiq olunacaqdır. Buraya klik edərək əməkdaşlıq etdiyimiz otellərimizə baxa biərsiniz.

WhatsApp
WhatsApp
Messenger
Sizi Arayalım
Ən qısa zamanda sizə zəng edək:

[dynamichidden utmForm "CF7_get_post_var key='title'"]