• INTERNATIONAL PATIENTS

Çox Soruşulan Suallar

İnfertilitə (Sonsuzluq) Nədir?

Bir cütlüyün qorunmasız davamlı cinsi əlaqəyə girməsinə baxmayaraq bir il içərisində hamilə qala bilməməsi halına infertilitə (sonsuzluq) deyilir. Cütlüklərin təqribən 10-15%-də sonsuzluq bir problem olaraq qarşımıza çıxmaqdadır.

Süni Mayalanma Müalicəsinə Nə Vaxt Qərar Verilməlidir?

Qadının 35 yaşdan kiçik olduğu hallarda 1 il müddətində, qadının yaşının 35-dən çox olduğu hallarda isə 6 ay müddətində qorunmasız davamlı cinsi əlaqəyə girmələrinə baxmayaraq hamiləlik baş tutmursa həkimə müraciət etmək lazımdır.

İlk Müraciət Ediləcək Müalicə Süni Mayalanma Müalicəsimidir?

Səbəbi izah oluna bilməyən və adətən kişidən qaynaqlı sonsuzluqlarda süni mayalanmadan öncə aşılama müalicəsi sınana bilər. Qadının yumurta hüceyrələrində bir azalma varsa və hamiləlik üçün çox uzun müddət gözləmişdirsə və ya qadının borularında bir problem varsa aşılama müalicəsi məsləhət görülmür. Aşılama müalicəsində, qadının yumurtası çatladılır. Kişinin spermaları yuyularaq ən yaxşıları seçilir və uşaqlığa transfer edilir.

Genetik Xəstəliklər Sonsuzluq Səbəbimidr?

İnsanlarda normalda 46 xromosom mövcuddur. Bunların ikisi cinsiyyət xromosomu olan X və Y xromosomlarıdır. Qadınlar iki X xromosomu (46XX), kişilər isə bir X və bir Y xromosomu (46XY) daşıyırlar. Cinsiyyət xromosomlarındakı pozğunluqlar sonsuzluq səbəbidir. Kişilərdə Y xromosomunun bəzi hissələrindəki genetik material itkisi azospermiya və ya şiddətli sperma sayısı azlığına və şəkil-hərəkət pozğunluğuna yol açaraq sonsuzluğa səbəb olmaqdadır. Eyni şəkildə qadınlarda X xromosomu itkisi yumurtalıqların funksiya görməməsinə və bu səbəblə sonsuzluğa səbəb olmaqdadır. Cinsiyyət xromosomları xaricindəki otozomal xromosomlarda əmələ gələn qüsurlar da cütlüklərdə təkrarlanan düşüklərə, sonsuzluğa və döldə genetik pozğunluğa yol aça bilir.

Adet Görməyən Qadınlar Hamilə Qala Bilərmi?

Primer Amenore olaraq adlandırılan və yumurtalıqları oyadan hormon periodunun işləmədiyi hipogonadotropik hipogonadizm faktlarında qadınlar heç adət görmür. Bu çatışmayan hormonların gücləndirilməsi ilə yumurtlama baş tutur və cütlük uyğun köməkçi çoxlama texnikasına yönləndirilərək hamiləlik əldə edilir. Adət görə bilməyən digər hallarda isə turner sindromu olaraq bilinən gentik sindrom (45,X0), erkən menopoza səbəb olan prematur over çatışmazlığı və menopoz dönəmindəki qadınlarda öz yumurtaları ilə hamiləlik əldə etmək mümkün deyil. Bu faktlar yumurta donasyonu üsulu ilə hamilə qala bilər.

Süni Mayalanma Müalicələrində Uğurun Tərifi Nədir?

Süni mayalanma mərkəzləri uğurlarını, hamiləlik göstəricisi və canlı doğum göstəricisi ilə müəyyən edir. Mərkəzlərin müvəffəqiyyət göstəriciləri süni mayalanma müalicələrinin bütün pillələrinin düzgün tətbiq olunması ilə yüksəlməkdədir. Bir cütlüyə , yaxşı tətbiq olunmuş ovulyasiya induksiyası, düzgün zamanda toplanmış yumurta, yaxşı seçilmiş sperma ilə tətbiq olunan doğru mikroinyeksiya nəhayətində yaxşı bir üsulla embrionun transfer edilməsi yüksək hamiləlik göstəricisi imkanı yaradacaqdır. Süni mayalanma mərkəzi seçimində, mərkəzin təcrübəsinə, laboratoriyasındakı texniki avadanlıqlara və uğurlu hamiləlik göstəricilərinə diqqət etmək lazımdır.

Yumurta Toplama İşləmi Nə Qədər Vaxt Alır?

Yumurta toplama işləmi anesteziya altında həyata keçirilir. Təqribən 5-10 dəqiqə çəkən müddət ərzində yumurtalıqlarınızdakı folekul mayeləri UZİ köməyilə toplanır və bu folekul içindəki yumurtalar embrioloqlar tərəfindən mikroskop alıtnda seçilir.

Embrion Transferi Əsnasında Ağrı Hiss Edilirmi?

Transfer işləmi ağrısız bir işləmdir və anesteziya tətbiq olunmur. Transferdən sonra diqqət edilməsi lazım olan hallar və istifadə edilməli dərmanlar haqqında ətraflı məlumat verilir.

Dondurulmuş Embrion Transferindən Baş Tutan Hamiləliklərdə Xəstəlik Riski Artarmı?

Elmi çalışmalar nəticəsində dondurulmuş embrion transferi ilə əldə edilən hamiləliklərdə təzə embrion hamiləliklərinə nisbətən döllərdə artmış doğumdan qaynaqlanan anormallıq və ya genetik xəstəlik riski aşkarlanmamışdır. Hal-hazırda embrion dondurma işləmi, süni mayalanma müalicələrinin standart bir ayağının təşkil etməkdədri və hamiləlik şansını artıran bir metod olaraq istifadə edilməkdədir.

Dondurulmuş Embrion Transferlərindən Sonra Hamiləlik Göstəriciləri Azalırmı?

Xeyr, hamiləlik göstəriciləri azalmır. İnkişaf etmiş embriologiya laboratoriyasına sahib və dondurma-donçma işləmlərinin yaxşı tətbiq olunudğu bir mərkəzdə həyata keçirilən dondurulmuş embrion transferində, təzə transferlərə nisbətən daha yüksək hamiləlik faizi əldə edilir. Müalicə müddətincə istifadə edilən hormon dərmanları bəzi xəstələrdə uşaqlığa mənfi təsir edə bilir. Dondurulmuş transfer işləmi sayəsində uşaqlıq dinləndirilmiş və dərmanların təsirindən çıxmış təmizlənmiş olur. Bu səbəblə dondurulmuş embrion transferi, təkrarlanan uğursuz süni mayalanma təcrübələri olan xəstələrdə müvəffəqiyyət artırıcı bir müalicə strategiyası olaarq tətbiq oluna bilməkdədir.

Yumurtalıq Dondurula Bilərmi? Kimlərə Məsləhət Görülür?

Yumurtalıq toxumasının dondurularaq saxlanması xərçəng müalicəsi görən və ya erkən menopoza səbəbiylə doğurqanlığı təhlükə altında olan qadınlar üçün tətbiq oluna bilən bir üsuldur. Kimyaterapiya və ya radioterapiya öncəsi laparoskopik əməliyyat ilə alınan over (yumurtalıq) toxuması, dondurularaq saxlanılır və xərçəng müalicəsinin ardından çoxalma funksiyalarının qazanılması üçün təkrar vücuda yerləşdirilir. Günümüzdə transfer sonrası uğurlu hamiləliklər və doğumlar əldə edilməsinə baxmayaraq hələ də təcrübi bir müalicə üsulu olaraq qəbul edilməkdədir. Xərçəng müalicəsi üçün kimyaterapiya və ya radioterapiya planlanan, sümük iliyi və ya kök hüceyrə nəqlinə hazırlanan və immunitet sistemi xəstəlikləri səbəbiylə yüksək doz kimyaterapiya planlanan qadınlara məsləhət görülür.

Xərçəng Müalicələri, Kimyaterapiya Sperma Sayını Pozarmı?

Kimyaterapiya sürətli bölünən hüceyrələri məhv etmə prinsibi ilə çalışan bir müalicə üsuludur. Hədəf hüceyrə xərçəng hüceyrəsi olmaqla bərabər bədəndə sürətlə bölünən saç-kök, mədə-bağırsaq və çoxalma hüceyrələri olan sperma və yumurta hüceyrələrini də məhv edir. Eyni şəkildə radiasiya terapiyaları da sperma və sperma hüceyrəsini əmələ gətirən germ hüceyrələrinə zərər verir. Kimyaterapiya və radioterapiya müalicə tipi, sayı və ümumi doza bağlı olaraq kişilərdə geri dönüşü olmayan azospermiyaya yəni heç sperma əmələ gətirməmə halına və beləliklə də sonsuzluğa yol aça bilir. Xərçəng müalicələri öncəsində spermanın dondurularaq saxlanılması doğurqanlığın qorunması üçün tətbiq olunan sübut edilmiş tək müalicə üsuludur.

Hansı İnfeksiyalar Borularda Tıxanıqlğa Yol Açır?

Fallopian boruları uşaqlıq ilə yumurtalıq arasındakı əlaqəni təşkil edir. Borulardakı infeksiyalar tıxanmaya səbəb olaraq qadın sonsuzluğuna səbəb ola bilir. Boruları tutan və ən sıx infeksiyaya səbəb olan ajanlar streptokok, stafilokok və mikroplazma bakteriyaları və cinsi yolla yoluxan klamidya və gonokok infeksiyalarıdır. Tüberküloz infeksiyası da nadirən boruları tutaraq tıxanıqlığa səbəb ola bilir. İnfeksiyalar cinsi əlaqə, düşük, abort və doğumdan sonra cinsi yolla yoluxma və appendisit kimi hallarla borulara yerləşə bilir. Borulardakı tıxanıqlıqlar normal yolla hamiləliyə maneə ola bilir.

Süni Mayalanma Müalicələrində İstifadə Olunan Dərmanlar Xərçəng Yaradarmı?

Bugünə qədər edilmiş çalışmalar, sonsuzluq müalicələrində istifadə edilən dərmanların qadınlarda xərçəng ehtimalını artırmadığını göstərir. Süd vəzi və uşaqlıq xərçəngləri üçün artan bir risk müşahidə edilməmişdir. Bütün bu məlumatlarla bərabər hormon müalicəsi almış qadınların yoxlanışlarını davamlı olaraq etdirmələri önəmliidr.

Süni Mayalanma Müalicəsinə Şəhər Xaricindən və Ölkə Xaricindən Gələrkən Hansı Hazırlıqlar Edilməlidir?

Ön hazırlıq testlərinizi yaşadığınız şəhərdə etdirə bilər və nəticələri süni mayalanma həkimimizlə paylaşa bilərsiniz. Beləliklə, müalicə öncəsi süni mayalanma proqramı və ya hamiləlik üçün hər hansı bir maneənizin olub-olmadığı aşkarlanır. Bu dönəmdə prenatal vitamin istifadəsinə başlanmalıdır. Süni mayalanma müalicələri qadının adət qanamasının 2.günü başlayır və təqribən 15-18 gün qədər davam edir. Bu vaxt müddətində cəmi 6-7 dəfə mərkəzinizdə yoxlanışınız həyata keçiriləcəkdir. Adət düzənsizliyi yaşayan xəstələrimiz həkimlərinin seçiminə əsasən adəti qaydaya salan dərmanlar istifadə edə bilər. Qanuni proseduralara əsasən lazımlı rəsmi sənədləri və bütün tibbi qeydlərinizi yanınızda gətirin.

Süni Mayalanma Müalicəsi Nə Qədər Vaxt Çəkər?

Süni mayalanma müalicəsi yumurta inkişafı, yumurtaların toplanması, embrion inkişafı və embrion transferi mərhələrindən əmələ gələn bir müddətdir. Qadının adətinin 2.günü müalicəyə başlanır. Yumurta inkişafı müddətincə xəstənin, çox zaman gün aşırı və bəzən də günlük qan analizi və ultrasonoqrafiya baxışı edilir. Bu müddət ortalama olaraq 9-12 gün çəkir. Bu müddətin sonunda yumurtalar müəyyən yetkinliyə çatanda çatlatma iynəsi verilir və 2 gündən sonra yumurta toplama işləmi edilir. Yumurta toplandığı gün kişidən sperma alınır və döllənmə işləmi gerçəkləşdirilir. Inkişaf edən embrionlar keyfiyyət və sayına görə dəyərləndirilərək 2-6 gündən sonra transfer edilirlər.

Süni Mayalanma Müalicəsindən Sonra Təbii Yollarla Hamiləlik Gerçəkləşdirilə Bilərmi?

Süni mayalanma müalicəsi ilə hamilə qalmış xüsusilə açıqlana bilməyən sonsuzluq, pkos, yüngül kişi faktoru və aşağı ovaryen rezerv diaqnozları almış cütlüklər sonrakı dönəmlərdə təbii yollarla hamilə qala bilərlər. Tubal faktoru və ağır kişi sonsuzluğu səbəbi ilə müalicə almış cütlükərdə təbii yolla hamiləlik gözlənilmir.

WhatsApp
WhatsApp
Messenger
Sizi Arayalım
Ən qısa zamanda sizə zəng edək:

[dynamichidden utmForm "CF7_get_post_var key='title'"]