Menstrual pozğunluq bir çox qadının yaşadığı bir problemdir. Menstruasiya düzənsizliyi nədir və niyə olur, menstruasiya pozğunluğum var, hamilə qala bilərəmmi kimi suallara bu yazımızda cavab tapa bilərsiniz.

Adət Pozulmaları Nədir?

Adət aralıqları normalda 21 günlə 35 gün arasındadır. Hər qadının özünə aid bir siklus dövrü vardır və ümumilikdə bu dövr bir neçə gün oynamalarla periodik olaraq davam edir. Qadınlarda adət aralığının 21 gündən qısa və ya 35 gündən uzun olması adət pozulması olaraq bilinir.

Adət görməmək “amenore” olaraq adlandırılır. Heç bir adət görməyən primer amenore adını verdiyimiz qadınlarda ümumilikdə hormonal problem ola bilər. Yəni beyindən yumurtalıqlara,yumurtalıqlardan uşaqlığa gedən bu hormonal döngünün hər hansı bir yerdə kəsintiyə məruz qalması qadının adət görməsini əngəlləyir. Bu səbəbdən bu hormonal döngünün kəsildiyi hər nöqtədə amenore yaranır.

Adət Pozulmalarının Səbəbləri Nələrdir?

Adət pozulmalarının bir çox səbəbi ola bilər. Bu səbəblərdən ilk ağla gəlməsi lazım olan və ən çox qarşılaşdığımız səbəb qadının ətraf amillər və fizioloji durumu ilə bağlı problemlərdir. Stress, narahatlıq və hava dəyişikliyi kimi mövsümi dəyişikliklər səbəbi ilə adət pozulması olduğu kimi hormonal problemlər səbəbi ilə də adət pozulması ola bilir. Ovulyasiya probleminə yol açan hiperprolaktinemi, polikistik over sindromu, prematür yumurtalıq yetməzliyi və perimenopoz hormonal adət pozulmasına yol açır. Bununla bərabər hamiləlik, çəki itkisi, yemə pozulmaları, ciddi fiziki məşq, həddən artıq stress, sistemik xəstəliklər də adət pozulmalarına səbəb ola bilir.

Adət Pozulması Necə Müəyyən Edilir?

Adətin müəyyən döngüdən erkən və ya gec olması halında bu pozulma halı fərqli şəkillərdə müşahidə edilir. Əgər qadın 15-20 gündən bir adət görürsə tez-tez adət görmə. 35 gündən uzun, yəni 2-3 ayda bir görürsə də seyrək adət görmə döngüsündədir.

Bununla bərabər adət miqdarının çox az olması halında da qadınlar narahatçılığa qapıla bilməklə bərabər bu halı hər zaman patolojik olmaya bilir. Məsələn, doğum kontrol dərmanları və oxşarı dərman istifadə edən qadınlarda adət miqdarında azalma müşahidə olunur. Qanamanın çox olması halında isə bədənin qanamanı durdurma və qanı laxtalandırma mexanizmində ortaya çıxa biləcək pozulmalardan şübhələnilir. Lakin yaşanan hər cür dəyişikliyi ginekoloq həkim ilə paylaşmaq lazımdır.

Adət dövründə qanamanın uzun olması halında və ya iki qanama arasında ləkələnmə müşahidə edildiyində yenə də mütləq həkimə məlumat vermək lazımdır. Adət pozulmaları probleminin altında hormonal dəyişikliklər, yumurtalıq kistləri, uşaqlıq və uşaqlıq ağzında ortaya çıxa biləcək poliplər, endometrial hiperplaziya, qadınların ən çox qarşılaşdığı problemlərdən biri olan miomlar və daha nadir olaraq uşaqlıq xərçəngi sayılır.

Vacib olan adət pozulmasının nədən qaynaqlandığını müəyyən etməkdir. Bu tip hallarda ümumilikdə əlimizdə bir məlumat olması baxımından xəstə adətini spontan (özlüyündən) gördüyü bir adətinin üçüncü günündə edilən qan testləri ilə, yumurtalıq funksiyalarına təsir edən ovulyasiyaya təsir edən hormonların ölçüsü ilə dəyərləndirilir. Ovulyasiyaya təsir edən hormonlarla bərabər tiroid vəzindən ifraz olunan hormonlarda azlıq və ya çoxluq, hipofiz vəzindən ifraz olunan süd hormonu dediyimiz prolaktin hormonunun az və ya çox ifraz olunması kimi hallarda adət pozulması olur.

Bu səbəblə geniş bir çərçivədə dəyərləndirilir. Lazım olarsa qanda bu hormonların testləri baxılmalı və əsl səbəb ətraflı ginekoloji müayinə ilə müəyyən edilməlidir.

Adət Pozulması Necə Müalicə Edilir?

Xüsusilə yaş qrupları çox vacibdir. Adətin ilk başladığı yeniyetməlik dövründəki qızlarda və ya adət dövrünün sonuna yaxınlaşmış menopoza girmə dövründəki qadınlarda adət pozulmasının başlıca səbəbi ovulyasiya əksiklikləridir. Bu cür xəstələrdə mütləq ovulyasiyanın düzənlənməsi, adət pozulmasını düzəldəcək müalicəsi olmaqdadır.

Bununla bərabər digər dövrlərdə, yəni normal adət olub ondan sonra pozulduğu dövrlərdə yenə ovulyasiya problemləri və hormonal problemlər adət pozulmasına yol aça bilir və bunların da müalicə olunması lazımdır.

Uşaqlıq içərisindəki poliplər, miomlar, yəni qanamanı düzənsizləşdirəcək faktor və fiziki amillər də adət pozulmasına səbəb ola bilir. Bunların cərrahi və ya tibbi olaraq müalicələri mümkündür.

Adət Pozulması və Hamiləlik

Adət pozulması yaşayan qadınların tez-tez soruşduğu sualların başında “ Düzənsiz adət görüb hamilə qalmaq olarmı?” sualı gəlir. Bu hal sonsuzluq səbəbi ola biləcəyi kimi, adət pozulması olub hamilə qalanlar da ola bilir.

Adət Pozulması Sonsuzluq Səbəbimidir?

Adət pozulmaları sonsuzluğa səbəb ola bilər. Sağlam bir hamiləlik üçün yumurta böyüyərkən ifraz olunan estrogen hormonu ilə uşaqlıq sinxronizə bir şəkildə qalınlaşmalıdır. Qısa müddət adət görən bir qadında ovulyasiya erkən olur, yəni yumurta çox tez böyüyür. Yumurtanın ifraz etdiyi hormon ilə uşaqlıq hələ özünü toparlamamış ovulyasiya gerçəkləşir və içəridə döllənmə olub embrion uşaqlığa düşdüyündə uşaqlığın hamiləlik üçün hazır olmaması bir sonsuzluq səbəbi ola bilir.

Seyrək adət görən bir qadında yumurtanın yavaş böyüdüyünü düşünərsək və xüsusilə bir həkim tərəfindən də təqib edilmirsə ovulyasiya gününün müəyyən edilə bilməməsi cütlüklər tərəfindən bugünün axsadılması və düzənli əlaqənin olmaması da eyni zamanda sonsuzluğa yol aça bilir.

Adət Düzənsizliyi Varkən Hamilə Qalmaq Olarmı?

Primer amenore adını verdiyimiz halda beyindən yumurtalıqlara ifraz olunan hipotramik hormonlar əksikdir. Bu hormonların gücləndirilməsi qadınların təkrar yumurtalıqlarının işlək hala gəlməsini təmin edərək adət görmələrini və hamiləlik olmasını təmin edir.
Lakin yumurtalıqların cavabının neqativ olduğu, yəni bu hormonların olmasına baxmayaraq yumurtalıqların işləmədiyi, erkən menopoz və ya genetik sindromlu yumurtalıqların inkişaf edib aktiv ola bilmədiyi Turnel sindromlu xəstələrimizdə təəssüf ki, yumurtalıqların çalışdırılaraq hamiləlik əldə edilməsi mümkün olmayacaqdır.

Adət Düzənsizliyi Olanlar Hamiləlik Testini Nə Zaman Etdirməlidirlər?

Düzənsiz adət görənlərdə hamiləlik əlamətləri nələrdir və adət düzənsizliyində hamiləlik necə anlaşılar? Adət gecikməsi bir hamiləlik əlaməti olmaqla bərabər, adət pozulması yaşayan qadınlarda etibarlı bir əlamət deyil. Adət pozulması yaşayan qadınlarda hamiləlik əlaməti digər qadınlarla təxmini olaraq eynidir. Xüsusilə adət görməniz lazım olan tarixdən 14 gün keçməsinə baxmayaraq hələ də adət olmamısınızsa test etdirməniz məsləhət görülür.