Hamiləlik diabetinin qadında heç bir əlamətini göstərmədiyi üçün bütün hamilə qadınlar mütləq yoxlanılmalıdır. 50 qram şəkər YÜKLEME testi hamiləliyin 24-28-ci həftəsində edilir. Günün herhansı bir saatında 50 qram qlukoza içilir və bir saat sonra qan şəkərinə baxılır. 140mg/dl və çoxdursa şəkər xəstəliyi riski vardır və bu insanlarda 100 qr-lıq şəkər yükləmə testi edilir. 140mg/dl nin altında olarsa şəkəri yoxdur deməkdir.
Hamiləlik şəkərinin müalicəsində ilk addım, şəxsi xüsusi balanslı-doğru bəslənmə və gimnastika proqramıdır. Bu programa əlavə olaraq tətbiq etdiyimiz “tamamlayıcı tibb yanaşmaları” və xüsusilə “akupunktur” təsirilə hamilə qadının stresi, aclıq hissi, qayğıları, qorxuları azalarkən, pəhriz proqramına uyğunlaşaraq rahatlığı təmin edilir. Həmçinin, sağlam-balanslı bəslənməyə keçərkən yarana biləcək rahatsızlıq sendromlarından da qorunur. Beləcə %80 nəticə əldə edirik.
Buna baxmayaraq əgər qan şəkəri çoxluğunu yoxlaya bilmiriksə, insulin müalicəsinə başlayırıq. Yəni, aclıq qan şəkəri 105mg/dl-ni keçərsə və toxluq 2-ci saat 130 mg/dl-ni keçərsə insulin müalicəsinə keçmək lazım gəlir.
İnsulinə başlanılan hamilələr, evdə şəxsi qan şəkəri ölçümlərini yoxlayaraq özlərini nəzarət altında saxlamalıdırlar. İnsulin, gündə 2 dəfə tətbiq edilə bildiyi kimi 4 dəfə də edilə bilər. Buna sizi təqib edən həkiminiz qərar verir və sizin üçün ən uyğun və uyğunlaşa biləcəyiniz bir metod tövsiyə edir. Müalicədə, qısa və orta təsirli insulinlər seçilə bilər.
Nəticə olaraq hədəflədiyimiz dəyərlər aclıq 95 mg/dl olarkən; toxluq birinci saat 140 mg/dl, toxluq ikinci saat 120 mg/dl-nin altında saxlamaqdır. Plasentadan keçdikləri üçün, oral antidiyabetikləri hamiləlikdə istifadə etmirik.
Henüz yorum yapılmamış
Diğer Yorumlar