Hər hamilənin doğum hekayəsi bir-birindən fərqlidir. Yenə də vacib gününüz yaxınlaşarkən nələr ola biləcəyini bilməniz sizə bu çətin, lakin bənzərsiz macəranızda dəstək olacaqdır.

Normal Vaginal Doğum Haqqında Bilməniz Lazım Olan Məqamlar

Doğum hamilə qadınlarda həmişə maraq edilən mövzudur. Doğuşu gözləyən bir qadın olaraq öz vəziyyətinizdə nə olacağını tam olaraq təxmin edə bilməsəniz də, doğuş haqqında mümkün olduğu qədər çox şey bilmək istəyirsiniz.

Doğum ümumilikdə bir düzən içərisində irəliləyir. Uşaqlıq ağzında yumşalma, incəlmə və açılma, ardınca amniotik kisənin yırtılması, uşaqlıq sıxılmalarının daha güclü və tez-tez gələrək uşağınızın doğuş kanalında irəlilətməsidir. Lakin doğuş hər zaman sıralamada çaşdırıcı yer dəyişikliklərinə açıqdır. Bu yazı normal vaginal doğum barəsində sizi məlumatlandıracaqdır.

Doğuş Mərhələləri

Doğuş 3 mərhələdə gerçəkləşir; 1-ci mərhələ aktiv doğuş hadisəsinin başlanğıcından uşaqlıq ağzının tam olaraq incəldiyi və açıldığı dövrü əhatə edər. 2-ci mərhələ uşağın tam açıq pozisiyadan doğuşuna qədər keçən dövrdür. 3-cü mərhələ isə plasenta və pərdələrin ayrılma dövrüdür. Doğumun nə qədər zəhmətli olmasından asılı olmayaraq unutmayın ki, sizin və uşağınızın sağlamlığı hər şeydən vacibdir.

Birinci Mərhələ: Doğuş Ağrılarının İşarələri

Servikal silinmə: Doğuş uşaqlıq ağzının, yəni serviksin silinməsi ilə başlayar. Bəs servikal silinmə nədir? Doğuş ağrılarının ilk işarələrindən biri uşaqlıq ağzının yumşalmasıdır və buna servikal silinmə deyilir. Ümumilikdə hamiləliyin son həftələrində yumşalma və servikal silinmə başlayır. Servikal silinmə yüzdəlik bir nisbət ilə ifadə edilir. Başlanğıcda 4 sm uzunluğunda qəbul edilən serviks 2 sm uzunluğa azaldıqda 50% servikal silinmə halına gəlir. Doğuş öncəsi 100% servikal silinmə lazımdır.

Uşaqlıq ağzının açılması (Dilatasiya): Doğuşun erkən əlamətlərindən bir digəri də uşaqlıq ağzındakı açılmadır. Dilatasiya 1 ilə 10 sm arasında ifadə edilir. Hamiləlikdə uşaqlığın 3 sm açılması, daha doğrusu 3 sm-ə qədər servikal açılma ümumilikdə yavaş gerçəkləşir. Bir çox qadın “uşaqlıqda 3 sm açılma varsa doğum nə zaman olar?” sualını soruşurlar. Bu mərhələnin nə qədər davam etdiyi barəsində dəqiq elmi bir qayda yoxdur. Bəzi hamilələr günlər, hətta həftələr boyunca aktiv prosesə keçməzlər. Xüsusilə ilk dəfə doğuşu olan qadınlarda dilatasiya daha yavaş gerçəkləşir, dolayısı ilə 1 ilə 3 sm uşaqlıq ağzı açıqlığı doğuşun nə zaman olacağı barəsində çox məlumat verməyə bilər. Aktiv doğuş hadisəsi servikal açılmanın 3-4 sm-ə çatması ilə başlayar, bu nöqtədən sonra uşaqlıq ağzında açılma ümumilikdə sürətlənir.

Hamiləlikdə uşaqlıq ağzı kənar infeksiyalara qarşı qorunmaq üçün qalın bir mukus tıxacı ilə örtülür. Doğuşun birinci mərhələsinin başlaması uşaqlıq ağzında silinmə və genişlənməyə və mukus tıxacının qanla qarışıq atılmasına yol açar. Doğuşun ilk işarəsi ola biləcəyi kimi aktiv ağrılara keçiş günlər ala bilir.

Amniotik kisənin açılması (suyun gəlməsi): Amniotik kisə uşağı uşaqlıq içərisində qoruyan maye dolu kisədir. Amniotik maye aydın, qoxusuz və bədən temperaturundadır. Amniotik kisə açıldıqdan sonra doğuş üçün xəstəxanaya getmək lazımdır. Aktiv ağrılar 24 saat içərisində özlüyündən başlamazsa süni sancı ilə doğuş induksiyası lazım ola bilər. Amniotik kisənin 24 saatdan çox açıq qalması uşaqda və doğuş sonrası qadında ciddi infeksiyalara yol aça bilər.

Uşaqlıq sıxılmaları: Hamiləliyin son ayında uşaqlıqda toplanma və boşalma olaraq hiss edilən “Braxton Hicks” uşaqlıq sıxılmaları doğuşa hazırlıq ağrılarıdır. Bu sıxılmalar;

–düzənli və getdikcə tezləşən
–müddəti uzanan (30 saniyə ilə başlayar və 90 saniyəyə qədər uzanar)
–aktivliyinizdən asılı olmayaraq güclənən bir şəkildə olursa gerçək doğuş ağrılarıdır.

Aktiv doğuş prosesi ortalama olaraq 8 saat davam edər. İlk doğumlarda 12-14 saata qədər davam edə bilir, ikinci və sonrakı doğumlarda 4-6 saata qədər azala bilir. Aktiv proses zamanı nəfəs alma və rahatlama üsullarını yoxlaya bilər, ilıq bir duş ala bilər, gəzə bilər, yaxınlarınızdan kürək və belinizə masaj dəstəyi ala bilərsiniz.

Yalnış Həyəcan!

Bədəninizin doğuşa hazırlanma müddəti ilə gerçək ağrı arasındakı sərhəd həmişə çox dəqiq deyildir. Bəzi hamilələr həftələrlə davam edən ağrılı sıxılmalara baxmayaraq aktiv doğuş prosesinə keçməzkən, bəzi hamilələr sadəcə kürək ağrısı hiss edərkən aktiv prosesdə ola bilərlər. Hər hamilənin doğuş təcrübəsi özünə özəldir. Bu səbəblə hər hansı bir şübhəniz olduğunda həkiminizə müraciət etməkdən çəkinməyin. Xüsusilə 36-cı həftəni tamamladıysanız həkiminiz preterm doğuşa mane olmaq üçün tədbir almaq istəyəcəkdir. 37-ci hamiləlik həftəsindən etibarən ümumilikdə aktiv doğum prosesi özünü göstərir. Lakin yalançı doğum prosesi ilə xəstəxanaya müraciət etsəniz belə əsla utanmayın, pis olmayın. Bunu doğrusu çox yaxında gələcək bir proses kimi ön çalışdırma olaraq qəbul edin.

İkinci Mərhələ: Uşağın Çıxması

Doğuş ağrılarının ikinci mərhələsi uşağın doğum kanalından çıxmasıdır. Uşaqlıq ağzı tam olaraq silinmiş və 10 sm-ə qədər açılmışdır. Bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. İlk doğuşlarda epidural anesteziya tətbiq edildiyində müddət daha da uzundur. Doğuşun bu mərhələsində hər sıxılma ilə uşağın doğum kanalına enməsinə dəstək ola bilər və ya təbii sıxılma hissiniz ən qüvvətli hala gələnə qədər gözləyib enerjinizi saxlaya bilərsiniz.

Üçüncü Mərhələ: Plasentanın Ayrılması

Plasenta və pərdələr ümumilikdə 5-10 dəqiqə ərzində özlüyündən ayrılır. Nadir olaraq 30 dəqiqəyə qədər uzana bilir. Bu müddətdə doğuş ağrılarınızı yüngülləşmiş olaraq hiss etməyə davam edəcəksiniz. Qarnınıza edəcəyiniz masaj qanamanızı azaldacaqdır. Epiziotomiya tətbiq edilibsə düzəlməniz 15 dəqiqə çəkəcəkdir. Epiziotomiya vagina girişindən anusa doğru dik və ya 45 dərəcə bucaqla kənara doğru edilən kəsikdir.

Epiziotomiya ciddi vaginal yırtılma riski yüksəkdirsə, uşağın gəliş pozisiyası anormal və çıxma sahəsini genişlətmək lazımdırsa və ya çıxma anını sürətləndirmək lazımdırsa tətbiq edilir.

Kəsik xəttinə lokal anesteziya tətbiq edilir və uşağın çıxma anından dərhal öncə kəsilir. Yaxşılaşma müddəti çox sürətlidir, bir həftə içərisinə həyata keçir. Yara yeri təmiz və quru tutulmalıdır. Qəbzlik yaranmamasına diqqət edilməlidir.

Həkiminizə bildirməniz lazım olan hallar:

  • Yüksək temperatur
  • Çoxlu vaginal qanama
  • Pis qoxulu vaginal axıntı
  • Epiziotomiya xəttində şişmə, göyərmə
  • Sidiyə çıxarkən yanma, ağrı
  • Məmələrdə qızarma, temperatur artımı
  • Ayaqda ağrı və ya şişmə

Doğuş sonrası depressiya – dəyişkən hiss dalğalanmaları, iştah itkisi, yorğunluq, uşağın baxımını edə bilməmək, özünüzə və ya uşağınıza zərər vermə düşüncələri.