Süni mayalanma müalicəsi prosesində ən əhəmiyyətli nöqtələrdən biri embrionun sağlam bir inkişaf dövrü keçməsidir. Yalnız, bəzi faktorlar embrionların inkişafına təsir edə bilir və ümumiyyətlə buda müalicəyə mənfi təsir edə bilir. Embrion inkişafının əslində uşaq sahibi olmaq istəyən cütlüklərin bir çox faktorlardan təsirlənəcəyini nəzərə alaraq Bahçeci Sağlık Grubunun Labaratoriya Direktoru Dr.Necati Fındıklı , digər faktorlarla da əlaqədar bu məlumatları verdi:

“Laboratoriya baxımından embrion inkişafına təsir edən ən əhəmiyyətli şərtlər, yəni hava, istilik, rütubətin lazımlı səviyyədə olması vacibdir”.

Bununla birlikdə texniki infrastruktur, inkubator şəraiti, embrion mayelərinin xüsusiyyətləri, PH tarazlıqları kimi önəmli olan şərtlər mövcuddur. Personalın təcrübəli və son dərəcə diqqətli olması əsas faktorlardan biridir. Ən yaxşı səviyyədə embrion inkişafı yalnız bütün bu xüsusiyyətlərin bir arada mümkün olmasını vurğulayan Pr.Fındıklı, “Yaxşı bir laboratoriya, prosedur üçün alınan sperma və yumurta hüceyrələrindən mümkün olan qədər ən yüksək sayda və keyfiyyətdə embrion əldə edə bilən və bu embrionları minimum səviyyədə itki nisbəti ilə müalicədə istifadə edəbilən bir laboratoriyadır” deyə danışdı.

Təbii və bioloji quruluşuna görə əldə edilən embrionların bir qismini müxtəlif mərhələlərdə inkişafının zəifləməsi və dayanması səbəbi ilə müalicə xaricində qala biləcəyini xatırladan Dr.Necati Fındıklı sözlərini belə ifadə etdi:

“Əgər bu mərhələlərdə əslində inkişaf etməsi lazım olan embrionlaın bir qismi uyğun olmayan bir laboratoriya şərtləri səbəbi ilə itirilirsə, texniki infrastrukturu çox yaxşı olsa da bu laboratoriya üçün “Yaxşı bir laboratoriya” tərifini vermək qeyri-mümkündür.