Bu düşüncələrdən qurtulun!

  • Əsla hamilə qala bilmərəm və övlad sahibi ola bilmərəm.
  • Ailə qura bilmərəm.
  • Daha öncə etdiyim səhvlər üzündən bu vəziyyətdəyəm , hamısı mənim günahımdır.
  • İllər öncə qorunduğum və övlad istəmədiyim üçün bu vəziyyətdəyəm.
  • Cəzalandırılıram.
  • Müalicəyə gec başladım, daha erkən başlamalıydım.
  • Həm qadın/kişi həm də bir yoldaş olaraq cox bacarıqsız və qüsurluyam.

Hisslərimizi, özümüzü necə hiss etdiyimizi təyin edən xoşagəlməz hadisələrin özündən çox bizim hadisələrə verdiyimiz əhəmiyyətdən zehnimizdə yaratdıqımız düşüncələrdir. Buna görə bizlər yaşadığımız hadisələrlə əlaqədər yaratdığımız düşüncələri,hissləri dəyişərək, bunların bizə yaşatdığı mənfi hissləri(qorxu, narahatçılıq, qayğı, kədər) aradan qaldırmalıyıq.

Yuxarıda yazılan düşüncələr həqiqi olmayan düşüncələrdir. Yəni stress zamanı zehnimizi ələ keçirməyə çalışmalıyıq, bunlar təsdiq olunmamış ifadələrdir. Həqiqi olduqlarına o qədər cox inandırırlar ki bizləri, sanki bir inanc qədər güclü bir şəkildə həyatımızın içinə daxil olur. Bunlardan xilas olmanın tək yolu bu mənfi düşüncələri daha həqiqi olanlarla əvəz etmək. Misal üçün: `Əsla hamilə qala bilmərəm və övlad sahibi ola bilmərəm`- düşüncəsi həqiqi olaraq bu şəkildə olmalıdır: `Hal hazırda sonsuzluq problemi ilə qarşı qarşıyayam. Bu mövzuda əlimdən gələn hər şeyi edirəm. Müalicə alaraq hamilə qalıb övlad sahibi olma ehtimalımı artırmış oluram.Bununla birlikdə digər ehtimallara da hazır olmalıyam. Gələcəyin nə vəd etdiyini indidən görə bilmərəm`.

Neqativ fikriləri aradan qaldıra bilmək hər zaman asan olmur, ona görə də xüsusi ilə psixoloji terapiya mövzusunda mütəxəssis olan bir psixoloq və ya psixiatra müraciət etmək faydalı ola bilər.