Ana və Ata namizədlərinə məsləhətlər:
Araşdırmalar, stresin qadınlarda sonsuzluğa səbəb ola biləcəyini göstərir. Günümüzdə ana namizədlərində stress çox olduğu kimi depressiya da getdikcə artmaqdadır. Xüsusilə süni mayalanma müddətində bu vəziyyət daha da aşkardır. Bundan başqa iş dünyası, karyera həyatı, qadınların iş şərtlərinin çətinliyi də stressi artdıran və ana olmaq üçün hazırlığı çətinləşdirən faktorlar arasındadır.
Hamilələrdə stress, beyindəki hipotalamustan CRH ( kortizol sərbəstləştirən hormon) düşməsini artırır. CRH hormonuda hipofizden ACTH adlanan başqa bir hormonun artımına şərait yaradır. Nəticədə ACTH da böyrək üstü vəzin Kortizol istehsalını artırır. Kortizolu, immunitet sistemini zəiflədici təsiri xaricində böyüməyi təmin edən hormonlara təsir etdiyini, bədəndə duz və su tutulumunu artırdığını, təzyiqi yüksəltdiyini və qlükoza maddələr mübadiləsi pozduğunu bilirik.
Bədənin yağ nisbəti qadınlarda normalda %21-29 arasındadır. Bəslənmə pozuqluğu, həddindən artıq zəif olan qadınlarda aybaşı nizamsızlığına tez rast gəlinir. Nizamsız qanamalar, yumurtlama pozuqluğu ilə birlikdə seyr edər. Sağlam qidalanma, məşq proqramları və akupunktur ilə fiziki olduğu qədər zehni və ruhi baxımdan balanslı olduqlarında hamilə qalma şansları arta bilər.
Əgər kilo çoxluğu mövcuddursa, balanslı bir kiloya çatmaq üçün ən yaxşı vaxt hamiləlikdən öncəki dövrdür.
Uyğun qidalanma tərzi və kifayət qədər kilo alışı ananın sağlamlığı və körpəsinin ideal inkişafı baxımından son dərəcə əhəmiyyətlidir. Ananın kilo artımı ilə körpənin doğum kilosu arasında hər zaman doğru bir əlaqə olmaz. Hamiləliyi müddətində 20-30 kilo aldığı halda kiçik körpə dünyaya gətirən analar olduğu kimi bunun tam tərsi olaraq da 4-6 kilo artımı ilə hamiləlik müddətini tamamlayan anaların 3500 qram ətrafında sağlam körpələr dünyaya gətirdiklərinə şahid oluruq. Kilolu qadınların hamiləlik müddətində daha az, zəif qadınların isə daha çox alması uyğundur.
Ana olmağa qərar verildiyində bəslənmə vərdişləri yenidən təşkil edilməlidir. Məsələn dadlandırıcılar, siqaret spirt kimi bədənimizə zərərli bir çox molekulun istifadəsi sonlandırılmalıdır. Kafein qəbulu mümkün odluqca azaldılmalıdır. Bu məqsədlə çay, qəhvə, neskafe və qazlı su kimi içkilərin istifadəsini azaltmaq lazımdır. Bunun yanında həddindən artıq dərəcədə şokolad qəbulu da hamiləlik şansını azaldan bir faktordur.
Siqaret və Alkaqola Diqqət
Siqaret hüceyrələrimizə çatan nikotin, yumurtalıqlara təsir edərək, qadının yumurtasının genetik anomalilərə daha çox meylli olmasına səbəb olmaqdadır. Nikotin, yumurta hüceyrələrini pozaraq erkən menopoza səbəb ola bilər. Siqaret və alkaqol istifadəsi təbii yolla hamilə qalmağı çətinləşdirir, körpənin ana bətnində ölümü və ölü uşaq doğma riskini artırır.
Gündə 1 paket və ya daha çox siqaret çəkən kişilərin spermalarında daha çox şəkil və hərəkət pozuqluqlarına və anomalilərə rast gəlinməkdədir. Kişilər, siqaret çəkməyən yoldaşlarını passiv siqaret çəkən etdikləri üçün, artım sağlamlığının da pozulmasına səbəb olmaqdadır. Süni mayalanma öncəsində 6 ay siqareti buraxmış olmaq belə, müalicənin nəticəsinə olduqca müsbət təsir göstərir.
Siqaret çəkən hamilələr qadınlar, daha çox erkən doğuma meyllidirlər. Ani körpə ölümü də siqaret çəkənlərdə daha tez-tez rast gəlinən bir vəziyyətdir.
Spirt də hamilə qalma şansını azaldır. Ana qarınında spirtə məruz qalan körpələrdə uzun dövrdə zəka gerilikləri, öyrənmə pozuqluqları, davranış pozuqluqları görülə bilər. Spirt kişilərdə də sperma sayı və keyfiyyətini azaldır.
Hamilə qalmağı asanlaşdırmaq üçün cütlüklərin evdə öz-özlərinə istifadə edə biləcəkləri dərmanlar yoxdur …
Hamilə qalmağı asanlaşdıran dərmanlar ancaq sonsuzluq diaqnozu qoyulan xəstələrdə həkim nəzarətində istifadə edilir, həkim nəzarəti xaricində istifadəsi çox təhlükəlidir. Hamiləlik üçün istifadə edilən vitaminlər (fol turşusu və multivitaminlər) və ya dəmir (qan) həbləri hamilə qalmağı asanlaşdırmaz. Hamilə qalmağı planlayan hər qadının folik turşu istifadə etməyə başlaması təklif edilə bilər ancaq bu hamiləliyi asanlaşdırmaq üçün deyil, körpənin sağlam inkişafı üçündür.
Başqa xəstəliklər üçün istifadə bəzi dərmanlar da hamilə qalmağı çətinləşdirici təsir edə bilər. Bu cür dərmanlar istifadə edirsinizsə öz-özünüzə kəsməzdən əvvəl bu cür bir təsiri var mı deyə mütləq həkiminizə məsləhətləşməlisiniz
Henüz yorum yapılmamış
Diğer Yorumlar