Köməkçi çoxalma texnikalarının son illərdə daha tez istifadə edilməyə başlanması çoxdöllü hamiləliklərdə də artıma səbəb oldu. Əkiz, üçüz və hətta dördüz körpələrə hamilə qaldığınızda nə kimi vəziyyətlər yaşaya biləcəyinizi, hansı doğum üsulunu seçməniz lazım olduğunu və daha çoxunu Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Erbil Yağmur izah edir …

Çoxdöllü hamiləliklər

Çoxdöllü və ya əkiz hamiləliklərin sıxlığı, köməklə çoxalma texnikalarının istifadəsinin artmasına və hamiləliyin ertələnməsiylə birlikdə ana olma yaşının irəliləməsinə paralel olaraq artmaqdadır. Çoxdöllü hamiləliklərdə ana bədənində hamiləliyə bağlı olaraq ortaya çıxan normal fizioloji dəyişikliklər daha çoxdur və həm ana həm də körpə baxımından risklər daha çoxdur.

Çoxdöllü hamiləliklər necə və hansı sıxlıqla meydana gəlir?

Əkiz hamiləliklər kobud şəkildə tək yumurta və cüt yumurta əkizləri kimi təsnif edilir. Cüt yumurta əkizləri iki ayrı yumurtanın döllənməsi ilə yaranır və bu cür əkizlərin ayrı amniyotik kisələri (körpənin içində yerləşdiyi maye dolu kisə) və ayrı plasentaları vardır. Tək yumurta əkizləri isə tək bir yumurtanın döllənməsindən sonra bölünməsindən ibarətdir və bölünmə zamanına görə fərqli xüsusiyyətlər göstərir. Bölünmə 0-3. günlər arasında reallaşsa, hər iki körpənin amniyotik kisəsi və plasentası ayrı-ayrı; 4-8. günlər arasında olursa amniyotik kisələri ayrı, lakin plasentaları ortaq; 9-12. günlər arasında reallaşması halında isə həm amniyotik kisələri həm də plasentaları ortaq olur. On üçüncü gündən sonra bölünmə isə yapışıq əkizlərlə nəticələnir. Tək yumurta əkizlərinin təxminən 30 faizi cüt yumurta əkəzlərində olduğu kimi iki ayrı kəsə və plasentaya sahib olduğu halda, təxminən 70 faizində ortaq plasenta və iki ayrı kəsə, %1-ində isə ortaq plasenta və amniyotik kəsə olur.

Üçüz hamiləliklərdə isə vəziyyət bir az daha mürəkkəbdir, Üç ayrı yumurtanın üç ayrı spermatozoidlə mayalanması nəticəsində meydana gələ biləcəyi kimi, məsələn iki yumurtanın döllənməsi və birinin bölünməsi nəticəsində da meydana gələ bilər. Tək yumurta əkizlərinin sıxlığı bütün dünyada bənzər və təxminən 1000 doğumda 4 nisbətində görülür. Cüt yumurta əkizlərinin sıxlığı isə irq, ananın yaşı, doğum sayı və doğurğanlığı artırıcı dərmanların istifadə edilib edilməməsi ilə bağlı olaraq dəyişkənlik göstərir. Məsələn, cüt yumurta əkizlərinin sıxlığı qaralarda 10-40/1000, ağlarda 7-10/1000, Asiyada isə təxminən 3/1000 civarındadır.

Çoxdöllü hamiləliklərin diaqnozu necə qoyulur?

Ultrason geniş miqyaslı istifadə edilməzdən əvvəl rəhmin normaldan daha böyük olması, bir ürək döyüntüsündən daha çox ürək döyüntüsünün eşidilməsi ilə şüphələnələrkən indiki dörvrdə Çoxdöllü hamiləliklərin diaqnozu erkən dövrdə ultrasəs ilə qoyulur. Ultrasonografiya ilə körpələrin ayrı-ayrı plasentalarının olub olmamasının qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu şəkildə, plasentanın paylaşılmasından qaynaqlanan problemlər (əkizdən əkizə transfuziya) baxımından riskli qrup təyin edilib uyğun şəkildə və tezlikdə təqib edilə bilər. Ayrıca erkən dövrdə əkiz hamiləlik olaraq qiymətləndirilən hamiləliklərin bir hissəsində əkizlərdən birinin ölümü və tək canlı doğumla nəticələnir