Bir qlikoprotein növü olan Anti Müllerian Hormon (AMH) həm kişilərdə, həm də qadınlarda vardır. Döllənmənin nəticəsində yaranan hamiləlikdə fetus kişidirsə testislərdə olan seroloji hüceyrələrindən anti müllerian hormon ifraz edilərək vagina və ya uşaqlıq kimi qadın çoxalma orqanlarının inkişafına mane olunur. Qadınlarda testis toxuması olmadığı üçün AMH ifrazı yaranmaz və müller kanalı inkişaf edərək uşaqlıq, fallop boruları və vagina kimi çoxalma orqanlarının yaranması təmin edilir. İfraz olunan bu hormon sayəsində uşaqlıq və vagina yalnızca qadınlarda yaranır və cinsiyyət qarışıqlığı yaranmaz. AMH qadınlarda yumurtaların içərisində olan kisəcik, yəni folikul hüceyrələri tərəfindən ifraz olunur.

Ananın bətnində olan qız uşaqlarda AMH ifrazı doğuşdan dərhal öncə hamiləliyin 36-cı həftəsində başlayar və doğumdan illər sonra görünəcək olan menopoz dövrünə qədər ifraz edilməyə davam edər. Kişilərdə spermatogenezin, yəni sperm yaranmasının düzənlənməsində rol oynayan anti müllerian hormon, qadınlarda isə yumurta folikulu seçimində təsirlidir. Yumurtalıq rezervindəki yumurtaların içərisində olan preantral folikullardan hansının inkişaf edərək antral folikula çevriləcəyinin müəyyən edilməsində rol oynayır. Daha asan bir deyimlə anti müllerian hormon səviyyəsinin ölçülməsini təmin edən bir laborator testdir. AMH testi normal dəyərləri mövzusuna keçmədən öncə sıxlıqla soruşulan “AMH testi nədir?” sualını cavablamaq lazımdır.

AMH Testi Nədir?

Kişilərin əksinə qadınlar bədənlərində artım hüceyrəsi olan yumurtanı yaratmaz. Lakin ola biləcək ən yüksək tutumda yumurta ilə dünyaya gəlir. Yumurtalıq rezervi olaraq bilinən bu bölgədə yumurtalar folikul adı verilən kisəciklərin içərisində olur. Hər ay menstrual döngü içərisində müəyyən bir miqdar yumurta böyüyür və bu yumurtalardan ən sağlam olanı döllənmənin gerçəkləşdiyi fallop borularına atılır. AMH hormon qadınlarda yumurta folikullarında yer alan granüloza hüceyrələri tərəfindən yaradılır. Ifraz edilən anti müllerian hormon hansı yumurtanın hansı sürətdə inkişafını müəyyən edir. Qandakı AMH səviyyəsi ilə yumurtalıq rezervində olan yumurta sayının birbaşa olaraq əlaqəsi vardır. AMH səviyyəsi gün içərisində dəyişməz və ya aydan aya fərqlilik göstərməz. Qan səviyyəsindəki estrogen səviyyəsindən təsir almaz. Lakin yaş irəlilədikcə AMH səviyyəsi yavaşca düşər.

AMH səviyyəsinin düşük olması menopoz dövrünün yaxınlaşdığının xəbərcisidir. Dolayısı ilə AMH testi etdirənlər reproduktiv tibb haqqında bilgi sahibi ola bilir. Xalq arasında yumurta rezervi testi AMH olaraq bilinməsinin səbəbi də budur. Yetkinlik çağındakı qadınlar üçün son dərəcə vacib olan AMH səviyyəsinin ölçüldüyü AMH testi nəticəsi nə zaman menopoza girəcəyi haqqında dəqiq bir məlumat verməsə də yumurtalıq rezervinin vəziyyəti haqqında və ya fərqli bir deyimlə doğurqanlığın dəyərləndirilməsində vacib məlumat təqdim edər. Tez-tez soruşulan “AMH testi nəticəsi neçə olmalıdır?” sualını cavablamadan əvvəl AMH testinin nə kimi hallarda edildiyini cavablamaq lazımdır.

AMH Testi Nə üçün Edilir?

AMH testi nəticəsi qadınlarda yumurtalıq rezervinin müəyyən edilməsi üçün edilir. Qadının hamilə qala bilməsi üçün lazım olan yumurta artım tutumu və yumurtalıq rezervinin araşdırılmasında vacib bir paya sahibdir. Anti müllerian hormon testi süni mayalanma kimi yardımçı reproduktiv müalicə üsullarının uğur şansı haqqında da məlumat təqdim edir. Estrogen, inhibidin-B və FSH hormonlarına görə çox daha etibarlı nəticələr verən AMH testi başda yuurtalıq rezervinin araşdırılması olmaq üzrə erkən menopoz hallarının aydınladılması. Menopoz diaqnozu, menopoz yaşının təxmini olaraq müəyyən edilməsi kimi məqsədlərdə istifadə edilir.

Bütün bunlarla bərabər erkən və ya gec girilən yeniyetməlik dövrünün diaqnozu, sonsuzluq müalicəsinə bağlı ovarian hiperstimulasiya sindromu (OHSS) riskinin müəyyən edilməsi və yumurtalıq şişlərinin müəyyən edilməsi üçün edilə bilər. Beyində yer alan hipofiz vəzindən ifraz edilən FSH-ın əksinə AMH birbaşa yumurtalıqdan ifraz edilir. Dolayısı ilə yumurtalıq funksiyalarının dəyərləndirilməsində və süni mayalanma qərarının verilməsində günümüzdə çox hallarda FSH yerinə AMH testi edilir. AMH testi nəticəsi oxuma işləmini açıqlamadan öncə “AMH testi necə edilir” sualını cavablamaq lazımdır.

AMH Testi Necə Edilir?

Digər bir çox hormon testi kimi AMH testi də laboratoriya şəraitində edilir. AMH testinin edilməsi üçün tək şərt aclıqdır. Qandan baxılaraq edilən test üçün 1 ml. serum kifayətdir. Damar yolundan alınan qandan baxılan test işləmi sadə olsa da testin şərh edilməsi xususi avadanlıq tələb edir. Bu səbəbdən AMH testi etdirmək istəyən insanlar “AMH testi harda edilir?” sualını soruşur. Rutin doğurqanlıq testlərinin bir parçası olmayan AMH testinin harada etdirildiyi barədə həkimdən məlumat almaq lazımdır.

AMH Testi Nəticəsi

AMH testi qadının hamilə qala bilməsi üçün lazım olan yumurta yaratma tutumunun və yumurta rezervinin araşdırılması və müəyyən edilməsi üçün tətbiq edilir. AMH testi yardımçı reproduktiv müalicə üsullarından biri olan süni mayalanma müalicəsi zamanı həkimin xəstəyə özəl olaraq ən doğru müalicə növünü müəyyən etmək üçün də edilir. Adət döngüsü boyunca tutarlı dəyərlər əldə edilməsinə əsas təmin edən AMH testi bu yönü ilə yumurtalıq rezervinin ölçümü üçün tez-tez istifadə edilir. AMH test nəticəsi həkim üçün bir çox mövzuda məlumat təqdim edər. Reproduktiv tutumun göstəricisi olan bu test sayəsində həkim irəlidə hamilə qalmaq istəyən qadınlara yumurtalarını dondurması lazım olan zaman haqqında məlumat verə bilir.

IVF döngü dəyərinin başa düşülməsi folikula təsir edən dərmanmı yoxsa yumurta qorumasınınmı uyğun olduğunun müəyyən edilməsində köməkçidir. AMH test nəticəsinin çox yüksək səviyyədə olması polikistik over sindromu (PKOS) diaqnozu üçün əhəmiyyət kəsb edər. PKOS xəstəliyində AMH səviyyəsi normal dəyərdən 2 ilə 3 qat çoxdur. Adət düzənsizliyi və ovulyasiya pozulmaları ilə xarakterizə olan xəstəlikdə AMH səviyyəsinin yüksək olması PKOS-a bağlı yumurta hüceyrə sayının çox olmasından qaynaqlanır. AMH düşüklüyü isə yumurtalıq rezervinin azaldığını işarə edər. Menopoz dövrünün yaxınlaşdığının xəbərçisidir. AMH səviyyəsini dərmanla və ya fərqli yollarla təkrar yüksəltmək mümkün deyildir. AMH səviyyəsi doğurqanlığın azaldığının da bildirdiyindən hamiləlik planlayan qadınların düşük AMH səviyyəsi ilə qarşılaşmaları halında yardımçı reproduktiv müalicə üsullarından faydalanmaları məsləhət görülür. Bu müddədtə tez-tez soruşulan suallardan biri də “AMH testi neçə olmalıdır?” şəklindədir.

AMH Testi Normal Dəyərləri

Toxumalardakı fərqliləşmədə rol oynayan anti müllerian hormon qandan baxılır. Kişilərdə doğumdan sonra düşən hormon səviyyəsi 3 ilə 6 ay sonra təkrar yüksələrkən, qadınlarda ana bətnindən etibarən yüksək səviyyədə olur. Yeniyetməlik öncəsi uşaqlıq və körpəlik dövründə AMH səviyyəsi 50 ng/ml müşahidə edilir. Yeniyetməlik öncəsi bir miqdar düşən AMH, yeniyetməlik dövründən sonrakı zamanda yaşam boyunca 1.5 ilə 4 ng/ml səviyyəsindədir. Yaşa görə AMH dəyərləri neçə olmalıdır?” sualı bu şəkildə cavablana bilər.

Menopoz dövrünə qədər 1.5 ilə 4 ng/ml dəyərində qalan AMH hormon səviyyəsi kişi və qadınlarda təxmini olaraq eyni səviyyədədir. AMH dəyərinin 4 ng/ml səviyyəsinin üzərində olması yüksək AMH, 1.5 ilə 4 ng/ml anti müllerian hormon aralığı normal AMH, 1.5 ng/ml dəyərinin altında olması düşük AMH və 0.5 ng/ml-dən aşağı olması çox düşük AMH dəyərini təmsil edər. Bu dəyərlər eyni zamanda qadının doğurqanlığı ilə də düz mütənasibdir. AMH testi qiyməti testin edildiyi mərkəzlərin texniki yetərliliyi və həkimlərin təcrübəsinə görə fərqlilik göstərə bilir.

Əgər siz də AMH testi etdirməyi düşünürsünüzsə test haqqındakı bütün suallarınız üçün 012-598-05-43/49 nömrəli telefondan bizimlə əlaqə saxlaya bilərsiniz. Sağlam günlər arzulayırıq.