Sonsuzluq problemi yaşayan və uşaq sahibi olmaq üçün bir klinikaya müraciət edən kişilərdən ilk istənilən testlərdən biri spermoqram analizidir. Spermoqram analizi kişinin 2-7 günlük cinsi pəhriz sonrası alınan sperma nümunəsinin içərisindəki sperma hücyrələrinin sayı, hərəkətlilik və şəkil pozğunluğu baxımından ətraflı incələnməni əhatə edir.
Sperma sayı, hərəkətliliyi və morfologiyası normal olaraq qəbul edilən dəyərlərin altında olduğu şəxslərdə azalma nisbəti nə qədər çox isə cütlüklərin uşaq sahibi olması üçün lazımlı zaman da o qədər uzana bilir.
Sperm Morfologiyası Nədir?
Sperm morfologiyası ilə spermada şəkil pozğunluqları olub olmadığı incələnir. Dünyada spermalardakı şəkil pozğunluqlarının təyini üçün istifadə edilən ən geniş yayılmış dəyərləndirmə üsulları Ümumdünya Səhiyyə Təşkiları (WHO) və Kruger kriteriyalarına görə gerçəkləşdirilən dəyərləndirmə üsuludur.
Bu üsullarda incələnəcək sperma hüceyrələri xüsusi hazırlıq işləmlərindən keçirilərək spermanın fərqli bölümləri baxımından (baş, boyun və quyruq) ətraflı dəyərləndirilirlər. Dəyərləndirmə nəticəsi normal standartlara sahib sperma heceyrə nisbətinin müəyyən bir sayın üzərində olduğu nəticələr normal qəbul edilir.
Sperma Morfoloji Pozğunluğun Vacibliyi
Bir çox klinikalarda sperma sadəcə hərəkətlilik və say olaraq dəyərləndirilir. Əslində xüsusilə son illərdə sperma şəkil pozğunluqları bizim üçün daha çox əhəmiyyət kəsb edir. Səbəbi sperma yaranması təxmini olaraq yetmiş gün davam edən bir dövrdür. Yaranan yüz spermadan dörd dənəsinin normal şəkilə sahib olması ilə biz bu nümunəni normal olaraq dəyərləndirməkdəyik.
Bu dövrdə əgər müəyyən bir mərhələlərdə yaranmada bir problem varsa bu spermaya ümumilikdə şəkil pozğunluğu olaraq yansıyır. Şəkil pozğunluğu demək müəyyən bir şəkil pozğunluqları əgər yüksək nisbətdə görünürsə spermada biz hələ işləm etmədən sonsuzluq müalicəsi zamanı şəkil pozğunluğu ilə müalicənin necə bir seyirdə gedə biləcəyini anlayırıq. Məsələn qlobozal sperma dediyimiz yuvarlaq başlı spermaların çoxunda göründeye bir nümunədə döllənmə problemi yaşayacağımızı biz bilirik. Bunun üçün laboratoriyamızda əlavə tədbirlər ala bilirik.
Quyruğun qısa olması, baş hissədə yer alan bir sıra ciddi anormallıqlar bizim müalicə və ya diaqnoz zamanı nə şəkildə bir yol ilə irəliləyəcəyimizi çox dəqiq olaraq bizə göstərə bilir. O baxımdan spermanın morfoloji dəyərləndirilməsi müalicə və analizdə son dərəcə vacibdir.
Sperm Morfologiyası Necə Olmalıdır?
Sperma hüceyrəsi üç bölümdən ibarətdir. Bunlar; baş hissə, ortası və quyruq hissəsidir. Baş genetik materialı təşkil edir, orta hissə spermanın hərəkət edə bilməsi üçün lazım olan enerjini, quyruq hissə isə sperma hərəkətini təmin edir.
Normal bir spermanın baş uzunluğu: 4 ilə 5 µm
Baş hissı eni: 2.5 – 3.5 µm
Baş hissənin uzunluq/en nisbəti : 1.50 – 1.75 olmalıdır.
Quyruq bölümü orta hissədən daha incədir və qıvrımsız, düzgün formalaşmış və təxmini 40-50 µm uzunluqdadır.
Sperma Morfoloji Pozğunluq Müalicəsi
Xəstələrin tez-tez soruşduğu suallardan biri “sperm morfogiyası necə düzələr?” sualıdır. Spermadakı morfoloji pozğunluqları düzəldə bilərsiniz demək çox çətindir. Çünki kök hüceyrədən başlayan və inkişaf etmiş bir sperma mərhələsinə qədər keçən təxmini 3 aylıq bir yaranma müddətində hansı daxili və kənar faktorların spermadakı şəkil pozğunluqlarını yarada bildiyi barədə məlumatımız olduqca azdır. Problemin qalıcı ola bildiyi hallarda bu yöndə bir yaxşılaşdırma təmin edilməsi mümkün olmamaqla bərabər, keçici kənar amillərə bağlı olan morfoloji pozğunluqların bu amillərin ortadan qaldırılması sonrası düzələ bildiyinə istiqamətlənmiş nəticələr də mövcuddur.
Günümüzə qədər həyata keçirilən və bu istiqamətdə yaxşılaşdırma məqsdəli tətbiq edilən vitamin və qida dəstəkləri tərkibli çalışmalarda sperma morfoloji pozğunluqlarının yaxşılaşa biləcəyi istiqamətində ciddi və qəbul edilə bilən dəqiq bir nəticə indi üçün mövcud deyildir. Bununla bərabər bu müalicələrin, xüsusilə spermanın baş hissəsində yer alan genetik yükündə yaranan zədələrin azaldığını göstərən nəticələr mövcuddur. Dolayısı ilə bəzi xəstələrdə adı keçən dəstək müalicələrin müalicəyə sperma morfoloji pozğunluqlarından ziyadə sayı, hərəkətlilik və genetik quruluşun keyfiyyəti olaraq qatqı verə biləcəyi müşahidə edilr.
Henüz yorum yapılmamış
Diğer Yorumlar