Bir il müddətdə qorunmasız və düzənli olaraq cinsi əlaqəyə girilməsinə baxmayaraq hamiləlik olmaması halında cütlüklərin həkimə müraciət edərək yoxlanması məsləhət görülür. Qadınlarda bu problem birbaşa yaş ilə bağlıdır. Təbii yollardan hamiləlik olmaması halında 35 yaşdan yuxarı qadınların 6 ay içərisində, 40 yaş və yuxarı qadınların isə 3 ay ərzində müayinə üçün bir mütəxəssisə müraciət etmələri lazımdır. Aparılan müayinələr zamanı təbii yollarda hamiləlik mümkün olmayacağı müşahidə edilirsə cütlüklər həkimin məsləhəti ilə yardımçı reproduktiv müalicə üsullarından biri olan süni mayalanma müalicəsinə başlaya bilərlər. Süni mayalanma müalicəsi əsas olaraq ovulyasiya induksiyası, yumurta toplama, sperma alınması, döllənmə və son olaraq embrion transferi olmaqla 5 addımdan ibarətdir.

Sonsuzluq müalicəsi üçün tətbiq edilən süni mayalanma müalicə üsulunda öncəliklə qadının yumurtalarının hormon dərmanları istifadə edilərək böyüdülməsi və ardından toplanması lazımdır. Kişidən alınan sperma hüceyrələri embrioloji laboratoriyada qadının yumurtası ilə bir araya gətirilir və döllənmə təmin edilir. Yaranan embrionlar arasında ən sağlam olan seçilir və qadının uşaqlığına transfer edilərək hamiləlik təmin olunur. Bu addımların tamamlanmasının ardından təbii yollardan hamiləlik əldə edilməyən cütlüklər sağlam bir hamiləlik müddətinin ardından uşaqlarını qucaqlarına ala bilirlər. Döllənmə mərhələləri haqqında sizi maraqlandıran suallarınızı bu yazımızda tapa bilərsiniz.

Döllənmə Nədir?

Təbii yollardan hamiləliyin yarana bilməsi üçün qadın və kişinin çoxalma sistemləri ilə bərabər beyin və hormonal səviyyənin də sağlam olması lazımdır. Hamiləlik üçün qadının beynində yer alan hipotalamus və yenə beyində yer alan, bir növ endokrin vəzi olan hipofiz vəzinə təsir edir. Hipofiz vəzi xəbərdar edilməsi ilə bərabər LH və FSH hormonlarını ifraz edir. Qan dövranı sistemi vasitəsi ilə yumurtalıqlara çatan hormonlar yumurtalıq rezervində olan yumurtaların bir hissəsinin böyüməsinə səbəb olur. Böyüyən yumurtalar içərisində yerləşdikləri folikulları çatladır. Ən yaxşı və ən sağlam halda olan yumurta yumurtalıqlarla uşaqlıq arasında olan fallop borularına atılır. Fallop borularından uşaqlığa doğru irəliləyən yumurtanın ömrü sadəcə 24 saatdır. Lakin sperma qadın bədənində təxmini olaraq 4 ilə 5 günə qədər canlı qala bilir. Fallop borularında olan yumurta ilk 24 saat içərisində sperma hüceyrəsi ilə qarşılaşması halında döllənmə gerçəkləşir.

Döllənən yumurta uşaqlığa irəliləyək tutunur. Lakin bir çox fərqli narahatçılığa bağlı olaraq təbii yollardan döllənmə rellaşmaya bilər. Bu narahatçılıqıardan bir hissəsi müalicə edilə bilərkən, bir hissəsi müalicə edilsə də hamiləlik olmasına mane olmağa davam edir. Bu kimi hallarda yardımçı reproduktiv süni mayalanma üsulu ilə ailələr uşaq sahibi ola bilirlər. Süni mayalanma üsulunda döllənmə laboratoriya şəraitində edilir. Döllənmə IVF və İCSİ olmaqla iki fərqli üsulla aparılır. Bu üsullarının hansının seçilməsi sperm hüceyrələrinin miqdarına və hərəkətliliyinə bağlıdır. Fərqli bir deyimlə sperm hüceyrələrində axtarılan kriteriyalar tapılırsa İVF (İn Vitro Fertilization) üsulu ilə, həmin kriteriyalara rast gəlinmirsə İCSİ (Intracytoplasmic Sperm Injection) üsulu ilə döllənmə aparılır.

Embrioloji laboratoriyada edilən döllənmə işləmi sonrasında döllənmənin reallaşıb-reallaşmadığı mikroskop altında müəyyən edilir. Döllənmə olursa embrion transferi üçün zaman müəyyən edilir və embrion qadının uşaqlığına transfer edilərək hamiləlik başlayar. Süni mayalanma üsulu ilə hamilə qalmağı düşünənlərin ən çox soruşduğu sual “ Döllənmə nədir” bu şəkildə cavablandırıla bilər.

Döllənmənin Mərhələləri

Qadın yumurtasının embrioloji laboratoriyada döllənməsi üçün öncəliklə ovulyasiya təqibi kimi bilinən yumurtaların böyüdülmə müddətinin tamamlanması lazımdır. Adətin 3-cü günündə yumurtalarıın böyüdülməsi üçün dərman istifadəsinə başlanılır. Təxmini 2 həftə içərisində böyüyən çox sayda yumurtanın çatlatma iynəsi köməyi ilə çatladılaraq folikullarından çıxması təmin edilir. Çatlatma iynəsi vurduqdan sonra təxmini 36 saat sonra OPU olaraq bilinən yumurta toplama işləminə başlanılır. 5-20 dəqiqə davam edən bu işləmin ardından toplanan yumurtalar laboratoriya şəraitində hazır ola kültür mühitinə yerləşdirilir. Qadından yumurta toplanarkən kişinin də masturbasiya yolu ilə sperm verməsi lazımdıl4r. Lakin bu yolla yumurtanı dölləyəcək keyfiyyətdə sperm hüceyrəsi alınamaması halında TESE olaraq bilinən biopsiya üsulu ilə sperma alına bilir. Sperma hüceyrələri laboratoriya şəraitində tətbiq edilən xüsusi bir yuma işləmi ilə hazırlanır. Ardından döllənmə mərhələsinə keçilir.

Döllənmə mərhələsi iki fərqli üsulla aparılır. Bu nöqtədə bəlirləyici olan sperm hüceyrəsinin keyfiyyətidir. Döllənmə qabiliyyətində problem yoxdursa İVF üsulu ilə döllənmə icra edilir. Bu üsulda qadından toplanan yumurtalar və kişidən alınan sperm hüceyrələri kültür mühitində bir araya gətirilir. Təbii seçilimin mümkün olduğu bu üsulda yumurtaların bir hissəsi döllənir. Yumurtalar döllənmə işləminin tamamlanmasının ardından döllənmə kontrolu üçün kültür mühitində gözlədilir. Lakin az sayda sperm istifadə edildiyində döllənmə uğursuzluğu çox sayda istifadə edildiyində isə polispermiya olaraq bilinən tək bir yumurtanı birdən çox spermanın dölləmə ehtimalı yaranır. Polispermiya varlığında yaranan embrionlar transfer işləmi üçün istifadə edilməz. bu səbəblə İVF üsulunda laboratoriya seçimi son dərəcə vacibdir.

Bir digər döllənmə üsuli isə İCSİ və ya geniş yayılmış adı ilə mikroinyeksiyadır. Bu üsulda holding pipeti ilə yumurta tutulur və mikroinyeksiya pipeti ilə yumurtanın içərisinə sperma hüceyrəsi enjektə edilir. Olduqca həssas bir mikro cərrahi işləm olan İCSİ üsulunun ardından inyeksiyanın edildiyi yumurtalar kültür mayesinə buraxılaraq döllənmə kontrolu edilənə qədər gözlədilir. İVF və ya İCSİ işləminin tamamlanmasının ardından 10-18 saat ara ilə gözlədikdən sonra döllənmə kontrol edilir. Mikroskop altında edilən bu kontrol sırasında ziqot yaranışı axtarılır. 2 çəkirdəkli (2 pronucleus və ya 2 PN) yumurta sağlam bir şəkildə döllənmənin gerçəkləşdiyini göstərir. Çəkirdəksiz (0PN) və ya sağlam olmayan (1 PN və ya 3 PN) yumurta varlığı döllənmənin sağlam bir şəkildə olmadığını göstərir. 2 çəkirdəkli sağlam ziqot bölünərək çoxalmaya davam edər və sonunda embrion meydana gələr.

Yumurta toplama işləminin ardından keçən 2 ilə 6-cı gundə embrion transferi edilir. Anesteziyaya ehtiyac olmayan bu prosedur vaginadan endometriuma çatdırılan kateter vasitəsi ilə icra edilir. Embrion implantasiyası və ya fərqli bir deyimlə embrionun uşaqlıq divarına tutunması 6-10 gün içərisində reallaşır. Beləliklə hamiləlik müddəti başlamış olur. Döllənmə mərhələləri nələrdir sualı bu şəkildə cavablandırıla bilər. Süni mayalanma üsulu ilə uşaq sahibi olmağı planlayan ailələri maraqlandıran bir digər sual da “ Döllənmə harada baş verir” şəklindədir.

Döllənmə Harada Baş Verir?

Döllənmə təbii yollarla yaranan hamiləliklərdə fallop borularında gerçəkləşir. Yumurtanın çatladıqdan sonra atıldığı fallop boruları yumurtalıqlarla uşaqlıq arasındakı kanal oxşarı quruluşdur. Yumurta fallop borularına atıldıqdan sonra 24 saata qədər canlı qalır. Fərqli bir deyimlə yumurta hələ uşaqlığa varmadan ölür. Sperm isə 4-5 gün qadın bədənində canlı qala bilir. Uşaqlıq ağzından uşaqlığa, oradan da fallop borularına çıxan sperm hüceyrəsi yumurtanın bu nöqtədə olması halında döllənməni reallaşdırır. Əgər yumurta yoxdursa 4-5 gün yumurtanın gəlməsini gözləyə bilir. Süni mayalanma üsulunda istifadə edilən İVF və ya İCSİ üsullarının hər ikisində də döllənmə laboratoriya şəraitində baş verir. İVF üsulunda döllənmə embrioloji laboratoriyadakı kültür mühitində yumurta ilə spermin bir araya gətirilməsi ilə yaranır. İCSİ üsulunda isə sperm yumurtanın içərisinə mikroinyeksiya üsulu ilə buraxılır.

Əgər siz də yardımçı reproduktiv süni mayalanma üsulu ilə uşaq sahibi olmağı planlayırsınızsa sizi maraqlandıran bütün suallar üçün 012-598-05-43/49 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilərsiniz. Sağlam günlər arzulayırıq.