Uşaq sahibi olmaq bir çox ailənin günün birində gerçəkləşdirmək istədiyi planları və xəyalları arasındadır. Cütlük uşaq sahibi olmağa qərar verdikdən sonra bunun dərhal gerçəkləşməsi üçün səbrsizələnir. Xüsusilə də səbrsiz qadınlar hamilə qalmanı asanlaşdıran hallar haqqında araşdırma aparmağa başlayarlar. Öncəliklə həm qadınlarda, həm də kişilərdə çoxalma sisteminin çalışma düzəninin qorunması və qadında doğurqanlığın sağlam bir şəkildə davamlılığı üçün stresin ən böyük düşmənlərdən biri olduğu bilinməlidir. Hamiləlik möcüzəvi bir haldır və reallaşması müəyyən bir müddət və aylar davam edən cəhdlər tələb edə bilir. Bu olduqca təbiidir və valideyn olmaq üçün səbrsizlənən ana və ata namizədlərinin stresə və narahatçılığa qapılması yersizdir. Hamiləlik planlamasına başlanarkən qadında ginekoloji, kişilərdə isə uroloji müayinələrin edilməsinin ardından hər hansı bir sağlamlıq probleminin olmadığı müşahidə edilən cütlüklər bu müddəti təbii axşıa buraxa bilərlər. Həkimlərin verdikləri məsləhətlərə uyulduğu təqdirdə hamiləliyin reallaşması yalnızca doğru zamanı gözləyər.

Doğurqanlığı artıran və qadınlarda reproduktiv sağlamlığı yaxşılaşdıran xüsusiyyətlərdən biri də sağlam və balanslı qidalanmadır. Doğru bir qidalanma planının tətbiqi ilə birlikdə hormonal sistem olması lazım olduğu kimi işləyir, beləliklə hamiləliyin asanlaşdığı deyilə bilər. Buna əlavə olaraq tərkibindəki qida elementləri və bəzi komponentlər sayəsində hamilə qalmanı sadələşdirən qidalar da mövzumuzdur. Qidalanma planına bunların da uyğun ölçüdə əlavə edilməsi ilə birlikdə doğurqanlıq artırıla bilir, hamiləliyin reallaşması asanlaşdırılır. Hamilə qalmanı asan edən qidalar:

1. Omega 3 Tərkibli Çərəzlər

Çərəzlər tərkibindəki makro və mikro qida maddələri sayəsində olduqca qidalandırıcı bir qida qrupu olmasının yanı sıra omega 3 tərkibli nadir qidalar olmaları səbəbi ilə sağlamlıq baxımından vacib faydaları da özü ilə bərabər gətirir. Ürək və damar sağlamlığı başda olmaqla reproduktiv tibb və bir çox sahədə vacib faydalar təmin edən omega 3 yağ asitləri çərəzlərdə xüsusilə də qozda vacib miqdarda olur. Buna əlavə olaraq E vitamin tərkiblərinin yüksək olması sayəsində çərəzlər cinsiyyət hormonlarının sağlam bir şəkildə yaradılmasını dəstəkləyərək qadınlarda doğurqanlığı, kişilərdə isə sperm yaranmasını dəstəkləyər. Bu səbəblə dəyərli protein və yağlar tərkibli çərəzlər hamilə qalmanı asanlaşdıran qidalar arasında ilk sırada yer alırlar.

Qoz

Çərəzlər arasında omega 3 tərkibi ən yüksək olan qoz hamiləliyi asanlaşdıran qidalar arasında ən vacib bir yerə sahibdir. Maqnezium və posa (diet lifi) tərkibi olduqca yüksək olan qoz reproduktiv sağlamlığın yaxşılaşdırılmasına əlavə olaraq ürək və damar sağlamlığının qorunması, həzm sisteminin düzənlənməsi kimi müsbət təsirləri vardır. Eyni zamanda tərkibindəki antioksidan komponentlər köməyi ilə yumurta keyfiyyətinin yüksəldilməsinə köməkçi olaraq hamilə qalmanı və sağlam bir uşaq sahibi olmağı asanlaşdırır. Hamiləlik olduqdan sonra da qoz qadınlara vacib faydalar verməyə davam edir. Qan təzyiqinin balanslaşmasına yardımçı olaraq hamiləliyin sağlam bir şəkildə davam etməsinə köməkçi olur. Eyni zamanda protein tərkibinin yüksək olması səbəbi ilə hamiləlikdə artmış protein ehtiyacının qarşılanmasına köməkçi olaraq ödem kimi problemlərin önünə keçilə bilməni təmin edər.

Badam

Hamilə qalmanı asanlaşdıran qidalar arasında vacib bir yerə sahib digər bir qida olan badam olduqca keyfiyyətli bir bitkisəl protein qaynağı olması ilə yumurta yaranmasını və keyfiyyətini dəstəkləyər. Yumurta yaranmasında çox vacib vəzifələrə sahib olan sink badamda bol miqdarda vardır. Bu sayədə sink ehtiyacını qarşılayan badam davamlı olaraq qəbul edildiyində hamilə qalma şansını vacib bir ölçüdə yüksəldər. E vitamin tərkibi yüksək olduğundan həm qadınlarda, həm də kişilərdə reproduktiv sağlamlığını yaxşılaşdırır. Bu səbəblə uşaq planlayan ailələrin qidalanma planları içərisində günlük 5-6 ədəd badama yer verilməsində fayda vardır.

Fındıq

Sink bitki tərkibli protein və E vitamin baxımından olduqca zəngin olan fındıq cinsiyyət hormonlarının sağlam və balanslı bir şəkildə yaradıla bilməsini dəstəkləyir.Ovulyasiyanın bir düzən içərisində davam etməsinə və yumurta keyfiyyətinin artırılmasında paya sahibdir. Qadınlarda doğurqanlığı vacib ölçüdə artıran fındıq eyni zamanda kişilərdə də reproduktiv sağlamlığın qorunmasında olduqca təsirlidir. Cinsi sağlamlığı yaxşılaşdıran fındıq sperma sayını və keyfiyyətində artım təmin edər. Bu sayədə sağlam bir şəkildə döllənmənin reallaşmasını dəstəkləyərək hamilə qalmanı asanlaşdırdığı deyilə bilər.

Balqabaq Tumu

Hamilə qalmanı asanlaşdıran qidalar arasında yer alan balqabaq tumu bu təsiri tərkibindəki qida komponentləri, vitamin və mineral tərkibinə əlavə olaraq saxladığı dəyərli aminoasitlər köməyi ilə təmin edər. Arginin adlı aminoasidin bir forması olan L-arginin vacib bir bitki mənşəli protein qaynağı olan balqabaq tumunda bol miqdarda yer alır. Bu aminoasid yumurta kanallarının sağlamlığını qoruyur və yumurtanın bu kanaldakı irəliləyişini düzənləməyə köməkçi olur. Dolayısı ilə doğurqanlığı və yumurta keyfiyyətini dəstəkləyən balqabaq tumu hamilə qalmaq istəyən qadınlar tərəfindən davamlı olaraq yeyilə bilər.

2. Yumurta

İnsanlarda hormon yaranmasının düzənli bir şəkildə davam etdirilməsi üçün ən vacib məqamlardan biri protein ehtiyacının tam olaraq qarşılanmasıdır. Məsələn protein qaynağı olan yumurtanın içərisindəki protein bədəndə yüzdə-yüz biofaydalılıqla istifadə edilə bilər. Protein ehtiyacının qarşılanmasına əlavə olaraq D vitamin, folik asit, kolin kimi vacib komponentlər tərkibi səbəbi ilə qadınlarda polikistik over sindromu, yumurtalıq kistləri və miomlar kimi hamiləliyin önündə mane təşkil edəcək problemlərin önlənməsinə və reproduktiv sağlamlığın qorunmasına, döllənmənin gerçəkləşməsinin ardından isə hamiləlik dövrünün sağlam bir şəkildə davam etməsinə köməkçi olur. Bu səbəblə uşaq sahibi olmaq istəyən ailələrin hər gün bir ədəd yumurta yeməsində fayda vardır.

3. Sarımsaq

Sağlamlıq üzərindəki müsbət təsirləri saymaqla bitməyən sarımsaq hamilə qalmanı asanlaşdıran bitkilər arasında da vacib bir yerə sahibdir. Antioksidan maddələr tərkibli və xüsusilə də selenium baxımından olduqca zəngin bir bitki olan sarımsaq yumurta keyfiyyətinin artırılmasına və ovulyasiyanın düzənli bir şəkildə davam etməsində pay sahibidir. Eyni zamanda qadın artım orqanlarına bağlı infeksiyaların da qarşısının alınmasını təmin edərək ginekoloji salamlığı qoruyur, beləliklə hamilə qalma şansını vacib bir şəkildə yüksəldir.

4. Süd

Süd və süd məhsulları hamilə qalmağa yarayan qidalar arasında yer alan qida qruplarından biridir.Kalsiumun təməl qaynaqları olan süd və süd məhsulları eyni zamanda D vitamin və probiotik bakteriyalar baxımından da zəngindir. Tərkibindəki bu faydalı komponentlər sayəsində qadın artım orqanları olan yumurtalıq və uşaqlıqda kistlərin yaranmasının qarşısını alar, miom və polikistik over sindromu kimi hamiləlik şansını azalda biləcək sağlamlıq problemlərinə qarşı qoruma təmin edər. Bu səbəblə bütün ailələrdə olması lazım olan kimi hamiləlik planlayan qadınlarda da süd və süd məhsullarının günlük olaraq ən az 2-3 porsiya qəbul edilməsinə diqqət edilməlidir.

5. Banan

Hamilə qalmanı asanlaşdıran qidalar arasında sayıla biləcək bir digər qida isə banandır. İnsulinin bədəndə istifadəsini asanlaşdırma, yumurta yaranmasını dəstəkləmə, qadınlarda androgen hormonların yaranmasını basqılama və polikistik over sindromunu yumşaltma kimi bir çox müsbət təsiri olan inositol adlı komponent bananda bol miqdarda vardır. Bu səbəblə hamilə qalmaq istəyən qadınları düzənli olaraq banan yeməyə diqqət göstərməlidirlər.

Əgər siz də uşaq sahibi olmağı planlayırsınızsa sağlam və balanslı qidalanma, fiziki aktivliyə diqqət etməlisiniz. Bununla bərabər mətbəxinizdə sağlam qidalardan istifadə etməlisiniz. Hamiləliyin sağlam bir şəkildə gerçəkləşməsi və davam etməsi üçün sağlamlıq kontrollarının zamanında və düzənli olaraq edilməsi çox vacibdir. Hamiləlik planı və təqibinə bağlı randevu tələbləriniz və bütün suallarınız üçün 012-598-05-43/49 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilərsiniz.