Hamiləlik dövründə qarşılaşılan xəstəliklərdən biri olan hamiləlik zəhərlənməsi ana namizədlərini çətin vəziyyətə salan və hamiləlik dövrünü çətinləşdirən bir sağlamlıq problemidir. Uşaqlıq yatağında olan kapilyarların quruluşunun dəyişiminə bağlı olaraq yaranan və tibb dilində preeklampsi olaraq adlandırılan bu hal hər 10 hamilədən birində müşahidə edilir.
Hamiləlik zəhərlənməsi ilə mübarizə aparan qadınlarda tibbi təqib vacibdir. Xəstəlik hər nə qədər zəhərlənmə şəklində adlandırılsa da gerçək bir zəhərlənmədən olduqca fərqlidir. Yüksək təzyiq başda olmaq üzrə fərqli əlamətlərlə özünü bəlli edən bu halın tək həlli hamiləlik boyunca ediləcək düzgün müalicə və müşahidə ilə qadının bir an öncə sağlam bir şəkildə doğum edərək hamiləlik müddətini tamamlamasının təmin edilməsidir.
Hamiləlik Zəhərlənməsi (Preeklampsi) Nədir?
Ümumilikdə hamiləlik dövrünün 20-ci həftəsindən etibarən ortaya çıxan preeklampsi təzyiq yüksəkliyinin 140/90 mmHg-nin üzərində müşahidə edilməsi ilə özünü biruzə verir. Buna əlavə olaraq edilən sidik testlərində proteinə rast gəlinməsi və bədəndəki şişkinlik də bu xəstəliyin yol açdığı problemlər arasındadır. Hamiləlik zəhərlənməsi nədir və hamiləlik zəhərlənməsi necə olur suallarının cavabına gələcək olarsaq belə açıqlaya bilərik; uşaqlıqdakı damarsal quruluş içərisində hamiləliyə bağlı olaraq ortaya çıxan problemlər səbəbi ilə plasentaya yetərli miqdarda qan çatmaz və bu səbəblə uşaq yetərli miqdarda qidalanmaz. Bu hal hamiləlik zəhərlənməsi olaraq adlandırılmaqla birlikdə qadında bu problemlərə əlavə olaraq özündən getmələr də müşahidə edilə bilir. Belə bir halda xəstəlik eklampsi olaraq adlandırılır.
Preeklampsi və eklampsi hallarında əmələ gələn fəsadlar həm qadının bütün orqanlarını, həm də uşağın böyümə, inkişaf ilə yaşam funksiyalarının yerinə gətirilə bilməsinə birbaşa təsir edir. Bu səbəblə yüksək təzyiq və şişkinlik problemi olan qadınların rutin kontrol zamanını gözləmədən bir klinikaya müraciət edilməli, preeklampsinin təyin edilməsi halında lazımlı müalicə müddətinə dərhal başlanılmalıdır. Bu tablonun hamiləliyin son aylarında ortaya çıxması doğumun yaxın olması səbəbi ilə daha rahat tolerə edilə bilər və doğumun bir miqdar erkənə alınması düşünülə bilər. Lakin erkən aylarda xəstəliyin öz əlamətlərini biruzə verməsi halında öz sahəsində mütəxəssis olan bir həkim tərəfindən davamlı olaraq təqib və ciddi bir müalicə müddəti lazım olur.
Hamiləlik Zəhərlənməsi Niyə Olur?
Hamiləlik zəhərlənməsinin dəqiq səbəbi tam olaraq müəyyən edilməmiş olsa da xəstəliyin inkişafında rol oynayan müəyyən əsas faktorlar vardır. Hamiləlik zəhərlənməsi səbəbləri arasında ən vacibi incə və qıvrımlı quruluşa sahib olan uşaqlıq damarlarının həddən artıq şəkildə incəlməsi və qan axımının müəyyən bir ölçüdə əngəllənməsidir. Bu hal uşaqlıqda (rahim) qan dövranının yavaşlamasına və plasenta vasitəsilə uşağın lazımi qədər qidalanmamasına səbəb olur.
Eyni zamanda həddən artıq şəkildə incələn və daralan damarlarda qan təzyiqinin artmasına bağlı olaraq damarlarda zədələnmələr ola bilir və qadında təzyiqin yüksəkliyi başda olmaq üzrə bir çox vacib problemlər ortaya çıxır. Damarlarda yaranan bu quruluş problemlərinin genetik faktorlarla da əlaqəli ola biləcəyi deyilir. Ailəsindəki qadınlarda daha öncədən hamiləlik zəhərlənməsi problemi görülmüş olan qadınlarda bu xəstəliyin görülmə riski digər şəxslərə görə daha çoxdur. Bundan başqa hamiləlik zəhərlənməsinə tutulma mövzusunda risk yaradan səbəblər bu şəkildə sıralana bilər:
- Hipertoniya
- Daha əvvəl doğum etməmiş və ya 4-dən çox doğum etmiş olanlar
- Qadının 18 yaşdan kiçik və ya 35 yaşdan böyük olması
- Cöxdöllü hamiləlik
- Hamiləlik diabeti və gizli şəkər
- Xroniki böyrək xəstəlikləri
- Avtoimmun xəstəliklər
- Obezite
- Hamiləlikdə müşahidə edilən hidrops sefalis (uşaqda su toplanması) problemi
Hamiləlik Zəhərlənməsi Əlamətləri Nələrdir?
Hamiləlik zəhərlənməsində əlamətlər ümumilikdə 20-ci həftədən etibarən müşahidə edilməyə başlansa da yuxarıdakı başlıqlarda da müəyyən edildiyi üzrə daha erkən müddətdə xəstəliyin özünü göstərdiyi hallara rastlamaq da mümkündür. Hamilələrdə müşahidə ediən əlamətlər ümumilikdə oxşar çərçivədədir və ən geniş simptomlar arasında bunlar vardır:
- Təzyiqin yüksək müşahidə edilməsi
- Sidikdə protein qaçağı
- Bulantı və qusma
- Şişkinlik problemi
- Davamlı yorğunluq və halsızlıq
- Diqqət dağınıqlığı, unutqanlıq
- Qarın ağrısı
- İdrara çıxmanın seyrəkləşməsi
Hamiləlik zəhərlənməsi necə anlaşılır sualına cavab olaraq göstərilə biləcək xəstəliyin ən geniş simptomlarından biri olan şişkinlik preeklampsi xəstələrində ayaq biləyindən dizə qədər uzanan bölümdə barmaqla basdırıldığında iz qalmasına səsəb olacaq bir quruluşa sahibdir. Bu hal preeklampsi xəstələrində damarsal quruluşda meydana gələn pozulmalara bağlı olaraq damar içərisində olan suyun damar xaricinə çıxışından qaynaqlanır.
Hamiləlik Zəhərlənməsi Diaqnozu Necə Qoyulur?
Hamiləlik zəhərlənməsi göstəriciləri net bir şəkildə işarə etsə də bəzi xəstələrdə bu problemin varlığına dair hər hansı bir əlamətə rastlanmaya bilər. Xəstəliyin varlığının müəyyən edilməsi baxımından hamilələrdə davamlı olaraq təzyiq ölçülməlidir. Çünki bu, xəstəliklə əlaqəli ilk və ən geniş yayılmış bir göstəricidir. Buna əlavə olaraq hamilələrin rutin müayinələrdə yer verilməsi lazım olan sidik testləri ilə sidikdə hər hansı bir protein qaçağının olub olmadığı incələnir və belə bir problemə rast gəlinməsi halında həkim tərəfindən preeklampsi xəstəliyinin olub olmadığına dair irəli analizlər tətbiq edilir.
Qaraciyər və böyrək funksiyası testləri, qandakı trombosit səviyyələri, ultrason və bir neçə digər tibbi diaqnoz testləri də edilərək xəstəliyin varlığı mövzusunda tam olaraq məlumat əldə etmək olur. Əldə edilən göstəricilər qadın xəstəlikləri və doğum üzrə mütəxəssis həkimləri və digər bölmə mütəxəssisləri tərəfindən dəyərləndirilərək xəstəlik müəyyən edilir. Ardınca qadının yaşı və ümumi sağlamlıq vəziyyəti, hamiləlik həftəsi kimi faktorlar da göz önünə alınaraq müalicə müddəti planlanır.
Hamiləlik Zəhərlənməsi Müalicəsi Necə Edilir?
Hamiləlik zəhərlənməsi diaqnozu qoyulan qadınlarda müalicə müddətinin necə olmasına dair müəyyən bir plan yoxdur və müalicə hamilələrin sağlamlıq durumuna görə həkim tərəfindən şəkilləndirilir. Xəstəliyə dair problemlərin tam bir şəkildə ortadan qalxması ancaq sağlam bir şəkildə doğumun gerçəkləşməsi ilə mümkündür. Lakin hamiləlik müddətində alınacaq bəzi önləmlər xəstəliyin yol açdığı problemlərin müəyyən bir dərəcədə də olsa önünə keçilməsinə kömək olur. Bu sayədə ana və uşağın sağlamlığı üzərində yarana biləcək ciddi fəsadların vacib bir ölçüdə önlənməsi təmin edilir.
Xəstəliyin müəyyən edildiyi andan doğuma qədərki dövrü boyunca hamilələr davamlı olaraq tibbi təqib və müşahidə altında tutulmalıdır. Qidalanmaya diqqət və yaşam tərzində həkimin məsləhət gördüyü şəkildə bəzi dəyişikliklərin edilməsi lazım ola bilər. Bunlar doğuma qədər olan müddətin böyük bir hissəsinin yataqda istirahət edilərək keçirilməsi, hamilənin sağlamlıq durumuna bağlı olaraq fiziki aktivliyin azalması və ya düzənli olaraq yüngük fiziki hərəkətlərin edilməsi, duz qəbulunun azaldılması və ya ortadan qaldırılması kimi ön tədbirlərdir.
Hamiləlik zəhərlənməsi problemi yaşayan xəstələrdə eyni zamanda həkimin məsləhət gördüyü hallarda C və E vitamini dəstəyi tətbiq edilə bilir, bəzi hormon tərkibli dərmanlar və mineral dəstəyindən yararlana bilər. Bütün bu ön tədbirlər uşaq sağlam bir şəkildə dünyaya gələ biləcək inkişafa çatana qədər keçən müddətin hər hansı bir ciddi problem yaranmadan tamamlana bilməsi üçündür.
Öz sahəsində mütəxəssis bir həkim tərəfindən bu və ya oxşar üsullarla davamlı olaraq təqib edilən və müşahidə altında tutulan hamilələrin böyük bir hissəsində doğum sağlam bir şəkildə həyata keçirilir və qadında müşahidə ediən problemlər doğumla birlikdə aradan itir. Bəzi qadınlarda doğumdan sonra da hipertoniya davam edə bilir. Bu hallarda uşaqla əlaqəsi olmadan qadına bir sıra müalicələr tətbiq edilə bilər.
Əgər siz də preeklampsi göstəriciləri yaşayırsınızsa və ya hamiləlik zəhərlənməsi diaqnozu qoyulmuş bir hamilə xanımsınızsa xəstəliyə və müalicəyə aid bütün suallarınız üçün və randevu tələbləriniz üçün 012-598-05-43/49 nömrəli telefondan bizə zəng edə bilərsiniz.
Henüz yorum yapılmamış
Diğer Yorumlar