Məhsuldarlığa təsir etməsinə görə kişilər qadınlara nisbətən daha çox şanslıdırlar.Bu səbəblə də ata olmağın bir yaş həddinin olmaması bilinən ümumi bir mövzudur.Lakin, zamanla ekoloji faktorlara bağlı olaraq sperma keyfiyyəti mövzusunda mənfi fikirlər yarada bilir.Bir sözlə ata olmağa mənfi təsirləri aşkarlanıb.
Bunların başında stress,siqaret və spirtli içkilərdən istifadə kimi faktorlar, qidalanma vərdişlərinizi,ekoloji iş faktorları,işdə isti mühitlərdə işləmək,kimyəvi maddələrlə işləmək və ya radiasiyaya məruz qalma kimi vəziyyətlərdə zaman içində spermaların sayının və morfologiyasının pozulduğuna rast gəlinir.Hətta spermanın tərkibindəki DNT quruluşunun da yaş ilə birlikdə pozulmalara rast gəlindiyi görülmüşdür.

Artıq çəki problemlərin vaxtından tez başlamasına səbəb olur

Əlbəttə bir kişinin özünə yaxşi baxa bilməsinə bağlı olaraq da ortaya çixa biləcək bu təsirlər azalacaqdır.Sağlam bir yaşantı keçirməmiş kişi yaş ilə birlikdə spermalarında bu mənfi təsirləri daha çox görəcək.Bu da sonrakı yaşlarda sağlam uşaq sahibi olmaq ehtimalını zəiflədir.Misal olaraq,son illərdə bütün cəmiyyətin ən vacib problemi halına gələn köklük də kişinin artıma mənfi təsir edən ünsürlərin başında yer alır.Kişinin əzələ nisbəti yağ nisbətindən çox olmalıdır.Yağ nisbəti və bədən yağ kütləsi nə qədər artarsa kişidə bunun qədər yan təsirləri ortaya çıxar. Estrogendən asılı olaraq sperma parametrləri neqativə doğru getməkdə və bədəndə estrogen və testesteron nisbətinin pozulmasına səbəb yaradır.Və bu yolla sperma istehsalı və keyfiyyəti pozulur.
Nəticə etibarilə ata olmağın yaş həddi olmasa da zamanla sperma keyfiyyətində çox ciddi azalmalar gözlənilir.Xüsusilə 65 yaşdan sonra daha çox ortaya çıxır.Bir sözlə ata olmağın yaş həddi olmasa belə vaxt ərzində bu faktorlardakı dəyişiklik xüsusilə 35 yaşdan sonra uşağın olmağına əngəl törədən bir hal ola bilər.