Over torsiyonu yumurtalıqlardan birinin onu yerində tutan və dəstəkləyən bağların ətrafında dönməsi və ya bükülməsi nəticəsində meydana gələn bir haldır. Dönmə total və ya qismi ola bilər. Yumurtalıq dönməsi olaraq da bilinən bu problem nadir müşahidə edilir, lakin təcili müalicə tələb edir. Çünki bu dönmə yumurtalıq və fallop borularına qan axımını kəsərək istənməyən nəticələrə zəmin hazırlaya bilir. Təcili müalicə edilməzsə yumurtalıq itkisi ilə nəticələnə bilir.

Over toriyonu yumurtalıqların yetərli qan almaması səbəbi ilə şiddətli ağrılara səbə olur. Daha çox doğurqanlıq dövrünü əhatə edən 20 ilə 40 yaş arasındakı qadınlarda ortaya çıxar. Menopoz sonrası dövrdə də sıxlıq artmışdır. Bununla bərabər uşaqlıqdan menopoz dövrünə qədər hər yaşdan qadın over torsiyonuna məruz qala bilər. Hamilə qadınlarda da torsiyon riski artmışdır. Hamiləlikdə ilk üç ayda daha sıxdır və ümumilikdə korpus luteum kistaları olaraq adlandırılan halın bir nəticə olaraq ortaya çıxar. Ən vacib risk faktoru yumurtalıqda kist və ya kistlərdir. Ən yayılmış əlaməti ani yaranan qarın ağrısı olub sıxlıqla bunu bulantı və qusma ilə davamı gələr. Müalicə ümumiliklə yumurtalığın cərrahi yolla normal quruluşuna gətirilməsidir.

Over Torsiyonu Nədir?

Qadın doğurqanlıq orqanları olan yumurtalıqlar qarın içərisində uşaqlığın hər iki tərəfində olan bir cüt orqandır. Yumurtalıqların bir ucu bağlar vasitəsi ilə qarın divarına bağlı olduğu halda digər ucu sərbəst haldadır. Bu bağlarla birlikdə yumurtalıqlara qan axımı təmin edən damarlar da vardır. Bu məlumatların işığında over torsiyonu nədir sualının cavabını: yumurtalıq özünü tutan bağların ətrafında qismən və ya tamamilə büküldüyündə ortaya çıxan hal şəklində açıqlaya bilərik.

Hər yumurtalıqda minlərlə kiçik yumurta vardır. Beyində və yumurtalıqda edilən hormonlar bir yumurtanın inkişafına və hər ay yumurtalıq içərisindəki folikul adı verilən kisədən buraxılmasına səbəb olur. Buna ovulyasiya deyilir. Buraxılan yumurta sperma vasitəsi ilə döllənməmişsə bədəndə yox olur. Ovulyasiya zamanı yumurta sərbəst buraxıldığında yumurtanı tutan kisənin də yox olması lazımdır. Yumurta yumurtalıqda kisədən ayrılmazsa və ya kisə maye ilə dolarsa yumurtalıq kisti yarana bilər. Yumurtalıq kisti bir yumurtalığın içərisində və səthində olan içərisi maye ilə dolu kisə şəklindədirlər. Kistlər çox hallarda ovulyasiya zamanı və ya sonrasında əmələ gəlir və over torsiyonu riskini artırır. Kistin ölçüsü böyüdükcə over kist torsiyonu adı verilən bu halın görülmə sıxlığı artar.

Over Torsiyonu (Yumurtalıq Dönməsi) Niyə Olur?

Over torsiyonu bir çox hallarda yumurtalıq pozisiyası stabil olmadığında ortaya çıxır. Məsələn, yumurtalıqda yaranan bir kist və ya kütlə orqanın tarazlığının pozulmasına səbəb ola bilir. Aşağıdakı hallarda yumurtalıq torsiyonu əmələ gəlmə ehtimalı daha yüksəkdir:
Yumurtalıqda kist və ya kütlə olması: Ortalama olaraq 50 % ilə 80 % yumurtalıqdakı kist və ya kütlə qaynaqlıdır. 5-10 sm arasındakı kütlələr torsiyon üçün ən yüksək risk yaradır.

Polikistik over sindromu

Yumurtalıqları uşaqlığa bağlayan bağ toxumasının yumşaq olması

Boruları bağlatma prosedurunun icrası

Hamiləlik: bu halın təxmini 20%-i hamiləlik sırasında ortaya çıxır.

Hormonal müalicələr (Süni mayalanma müalicələri): Over hiperstimulyasiyası olaraq adlandırılan və yumurtalıqların həddən artıq təsir görməsi ilə nəticələnən sonsuzluq kimi səbəblərlə hormonal müalicə almaq.

Hamiləlikdə Over Torsiyonu

Aparılan araşdırmalarda over toriyonunun təxmini olaraq 10% ilə 22%-nin hamiləlikdə meydana gəldiyi müşahidə edilmişdir. Yumurtalıqda 4 sm-dən böyük kütləsi olan 10-17 həftəlik hamilə qadınlarda risk daha yüksəkdir. Hamiləlik sırasında bədəndə daha yüksək hormon səviyyələri, yumurtalıqları yerində tutan bağlar da daxil olmaqla bədəndəki toxumalarda yumşaqlığa səbəb olur. Bağların gərgin olmaması yumurtalıq və borularda bükülməyə meyllilik yaradır.

Over Torsiyonu (Yumurtalıq Dönməsi) Əlamətləri Nələrdir?

Yumurtalıq dönməsi əlamətləri aşağıdakıları əhatə edir:

  • Alt qarın bölgəsində anidən yaranan ağrı
  • Qasıqda kramp və həssasiyyət
  • Ürək bulantısı
  • Qusma
  • Hərarət
  • Anormal vaginal qanama

Bəzi hallarda alt qarın bölgəsində yaranan ağrı, kramp və həssasiyyət bir neçə həftə boyunca gəlib gedə bilər. Bu yumurtalıq doğru pozisiyaya geri dönmə əyilimi göstərdiyində ortaya çıxır. Lakin yumurtalıq dönməsi olduğunda mütləq ağrı şikayəti müşahidə edilir.

Əlamətlər böyrək daşları, appendisit, sidik yolu infeksiyası, qastroentirit kimi fərqli hallarla oxşar olduği üçün over torisyonunun diaqnozu çətindir. Bununla bərabər sayılan əlamətlərdən bir və bir neçəsinin olması halında dərhal xəstəxanaya müraciət etməkdə fayda vardır.

Over Torsiyonu Diaqnozu

Yumurtalıq dönməsini düşündürən şikayətlər yaşayan qadınlar dərhal tibbi yardım almalıdırlar. Çünki bu halın müalicə edilmədən qalsa zaman keçdikcə fərqli fəsadlar yaratma ehtimalı da artır. Həkim diaqnoz qoya bilmək üçün xəstənin əlamətlərini dəyərləndirdikdən və tibbi keçmişini incələdikdən sonra ağrı və həssaslıq yerlərini tapmaq üçün qarın müayinəsi edər. Ayrıca ola biləcək sidik yolu infeksiyası olan, yumurtalıq apsesi, ektopik hamiləlik, appendisit kimi digər halları istisna etmək üçün qan və sidik testləri istənilir. Əldə edilən nəticələrə əsaslanaraq over torsiyonu üçün çox hallarda ön diaqnoz qoyula bilir. Dəqiq diaqnoz ümumilikdə müalicə üçün edilən düzəldici cərrahiyyə zamanı qoyulur. Over torsiyonu diaqnozunda istifadə edilən görüntüləmə üsulları bunlardır:

1. Ultrason müayinə: Yumurtalıq və fallop borularının halı, bu orqanlara gedən damarlardakı qan axımını görmək üçün transvaginal utrason edilir.

2. Kompyuter tomoqrafiyası: Bəzən ultrasonda torsiyona baxmayaraq yumurtalıq və fallop boruları normal görünə bilir. Bu halda over torsiyonu olub olmadığını bilmək üçün kompyuter tomoqrafiyasından istifadə edilir.

Over Torsiyonu Müalicəsi

Yumurtalıq dönməsi üçün tək müalicə yolu cərrahiyyə üsuludur və təcili olaraq edilməsi lazımdır. Lakin, əməliyyat öncəsi xəstənin rahatlaması, ağrı və ürək bulantısının azaldılması üçün bəzi dərmanlar yazıla bilər. Xəstəliyin müalicəsinə yönəlik əməliyyat aşağıdakı kimi fərqli şəkillərdə icra edilir:

1) Laporoskopik Üsul: Cərrahiyyə işləmi ideal olaraq laporoskopiya ilə aparılır. Laporokopik cərrahiyyə alt qarın bölgəsinə kiçik, açar dəliyi kimi bir kəsik açılaraq həyata keçirilir. Bu kəsikdən həkim iç orqanlarını görmə şansı əldə edir. İşləm zamanı ucunda işıqlı bir video kamera olan boru şəklindəki cihazla qarın içərisinə girilir. Yumurtalıqlara çatmaq üçün ikinci bir kəsik də açılar. Dönmüş yumurtalığa çatdıqdan sonra orqanı əvvəlki vəziyyətinə gətirmək üçün fərqli bir yol istifadə edilir. Müalicə yumurtalıqların normal vəziyyətinə gətiriləcəyi şəkildə aparılır. Əgər lazım olarsa fallop borusunu düzəltmək üçün də cərrahiyyə işləmi icra edilir. Əməliyyatdan sonra bu halın təkrarlanma riskini azaltmaq üçün dərman yazılır.

Bəzən yumurtalığın tamamilə çıxarılması da lazım ola bilir. Tibbi ədəbiyyatda ooferektomiya olaraq adlandırılan bu üsul yumurtalıq toxumasının canlılığını itirməsi halında olur. Həm yumurtalıq, həm də fallop boruları qan dövranının kəsilməsi nəticəsində canlılığını itirə bilir. Bu halda hər ikisinin də çıxarılması lazımdır. Menopoz sonrası qadınlarda da torsiyonun təkrarlanmasının önünə keçmək üçün yumurtalıq və fallop borusunun çıxarılmasına qərar verilə bilir.

2) Laporotomiya: Laporoskopik yolla yumurtalıq yetərincə yaxşı görülə bilmirsə laporotomiya adı verilən açıq cərrahi işləm edilməsi lazımdır. Daha az seçilən bu üsul alt qarın bölgəsinə daha böyük bir kəsik açılaraq yumurtalıq əllə düzəldilir. Ümumi anesteziya altında tətbiq edilən bu üsulda xəstəxanada qalma və sağalma müddəti daha uzundur.

Bir çox hallarda, xüsusilə laporoskopik üsuldan sonra xəstə eyni gün evə buraxılır. Bununla bərabər yumurtalığa yetərli qan axımı varlığının müşahidə edilməsi üçün xəstə bir müddət də xəstəxanada yatırıla bilər. Təqib sonrasında toxuma ölümü əlamətləri görülsə sonrakı bir tarixdə yumurtalığın çıxarılması lazım olur.

Hamiləlik, sonsuzluq, süni mayalanma müalicəsi kimi qadın sağlamlığı ilə əlaqəli olan bütün suallarınız üçün 012-598-05-43/49 nömrəli telefonlardan bizimlə əlaqə saxlaya bilərsiniz.