Tibdə spontan abort olaraq da bilinən düşük hamiləliyin 20-ci həftəsindən öncə hamiləliyin özlüyündən sonlanması və ya fərqli bir deyimlə itirilməsi olaraq izah edilə bilir. Erkən düşük hamiləliyin ilk 12 həftəsində fetusun itirilməsidir. 20-ci həftədən sonra reallaşan düşük halları isə gec düşük olaraq bilinir. Ultrason və patoloji hesabatı ilə təsdiqlənmiş hamiləliklərin təxmini 10%-i ilə 20% -i düşüklə nəticələnir.Dolayısı ilə bu rəqəm bilinəndən daha çox ola bilər. Düşük edən hər 100 qadının birində təkrar düşük ola bilər. Ard-arda üç və ya daha çox hamiləliyin düşüklə nəticələnməsi isə təkrarlanan düşüklər olaraq bilinir.

Erkən hamiləlik müddətinin yayılmış fəsadları arasında yer alan düşük olduqca geniş müşahidə edilməklə bərabər bu hal düşük edən qadın üçün travmatik bir təcrübədir. Çox hallarda səbəbsiz olaraq gerçəkləşən bu hal qanama və ləkələnmə kimi əlamətlərlə müşahidə edilir. Lakin hər 4 hamiləliyin birində yaranan qanamalar təbii qəbul edilir. Fərqli bir deyimlə uşaq düşürmə əlamətləri arasında yer alan ilk 3 ayda görülən ləkələnmə və ya qanamalar hamiləliyin qəti şəkildə düşüklə nəticələndiyi və ya nəticələnəcəyi mənasına gəlməz. Ağrı, yüksək hərarət və halsızlıq kimi problemlər hamiləlikdə düşük əlaməti olaraq bilinir. Hamiləlikdə düşük əlaməti mövzusuna keçmədən öncə düşüyün nə olduğu və düşük keçirmənin səbəbləri incələnməlidir.

Düşük Nədir?

Hamiləlik çox daha sonra diqqət edilsə belə son görünən adət qanamasının ilk günü hamiləliyin başlanğıcı qəbul edilir. Hamiləliyi hesablayarkən bu tarixin əsas götürülməsi həm hamiləliyin təqibi, həm də gözlənilməz hallarda yaranan vəziyyətin daha rahat anlaşa bilməsi üçün vacibdir. Düşük hamiləliyin 20-ci həftəsindən əvvəl özlüyündən sonlanması olaraq bilinir. Uşaq düşürəmə əlamətləri ilə yaranan bu halın hamiləliyin ilk 12 həftəsindən əvvəl reallaşması erkən düşük olaraq qəbul edilir. Erkən düşük halları ən sıx müşahidə edilən düşük növüdürş 24-cü həftədən sonra gerçəkləşən düşüklər isə güc düşük olaraq qəbul edilir və bu bütün hamiləliklərin 1-2%-də olan nadir bir haldır. 1%-lik müşahidə edilən təkrarlanan düşüklər son dərəcə travmatik ola bilir.

Düşük səbəbləri çox hallarda qadının yaşına və artım orqanlarında var olan bəzi narahatçılığa bağlı olaraq inkişaf etsə də bəzən səbəbsiz olaraq da gerçəkləşir. Düşük diaqnozunun dəqiqləşdirilməsi üçün həkim müayinəsi və ultrason müşahidəsi lazımdır. Düşük etmə əlamətləri görülməsinin ardından həkimə müraciət edildiyində öncəliklə pelvik ultrason edilir və ardından ultrasonla uşaqlıq incələnir. Düşük gerçəkləşdisə və ultrason müayinəsində uşaqlığın içərisi boş görünürsə həkim hər hansı bir müdaxilə etməz. Lakin düşükdən sonra parka qalması əlamətləri varsa fərqli bir deyimlə uşaqlığın içərəsində qalıntı varsa həkim uşaqlıq içərisini təmizləməl və tamamilə boşaltmaq üçün kürtaj edər. Serviksin genişlədilməsinin ardından uşaqlıqda qalan plasenta və ya fetal toxumalar çıxarılır. Hmailəliyi zamanı qanama və ləkələnmə yaşayan qadınları maraqlandıran “Hamiləlikdə düşük əlaməti nədir?” sualının cavabı üçün yazımızı oxumağa davam edin.

Düşük Əlamətləri Nələrdir?

Ani hamiləlik itkisi olaraq da bilinən düşüklərin böyük bir çoxluğu hamiləliyin ilk trimesterini yaradan 12 həftənin içərisində düşük əlamətləri ilə birlikdə reallaşır. Vaginal axıntı və ləkələnmə geniş müşahidə edilən düşük təhlükəsinin əlamətləri arasında yer alır. Narıncı və ya qırmızı olan bu axıntılar mucus oxşarı bir quruluşdadır. Qəhvəyi rəngi və parlaq qırmızı rəngdə mü.ahidə edilənlər isə düşüyün vacib əlamətlərindəndir. Lakin bu vacib əlamətlər bütün hamiləliklərin təxmini 25%-də müşahidə edilir. Dolayısı ilə bu simptomların varlığı qəti şəkildə düşük olduğu mənasına gəlməz.

Yüksək temperature, yorğunluq, halsızlıq, bulantı, qusma, vaginadan maye boşalması, toxumalı və ya laxtalı boşalma kimi əlamətlər düşük varlığında yarana bilir. Kürək, bel və qarın bölgəsində ağrı müşahidə edilə bilir. Ağrıya əlavə olaraq qanama isə düşük olma ehtimalını qüvvətləndirən əlamətlər arasında yer alır. Kürək, bel və qarın bölgəsindəki ağrılar çox hallarda qanamadan sonra yaranır. Uzun müddətli, yüngül və ya orta şiddətli ola bilən ağrılar zaman-zaman qıc olma şəklində də müşahidə edilə bilir. Bu kimi əlamətlərin varlığında qadının mütləq təcili yardıma və ya həkim kontroluna getməsi lazımdır. Təkrarlanan düşük hallarında da əlamətlər eyni şəkildə olur. Düşükdən sonra hamiləlik əlamətləri normal hamiləlik əlamətlərindən fərqli deyildir. Lakin düşük sonrasında təkrar hamilə qalmadan öncə psixoloji baxımından özünüzü hazır hiss etməlisiniz. Düşük sonrasında hamiləlik planlanması halında ginekoloq həkim müayinəsi olması məsləhət görülür.

Düşük Səbəbləri Nələrdir?

Qadının 40 yaşından böyük olması düşük etmə riskini artıran təsirlərin başında yer alır. Kişinin yaşı da hamiləliyin sağlaml bir şəkildə davam edə bilməsi üçün vacibdir. Daha əvvəl üç və daha çox düşük edən qadınların da düşük etmə ehtimalı digərlərinə görə daha yüksəkdir. Diabet, tiroid problemləri və hormonal problemlər düşük olmasında vacib bir paya sahibdir. Boş hamiləlik olaraq da bilinən su hamiləliyi fetusun uşaqlıq içərisində ölməsi və mol hamiləlik də hamiləliyin düşüklə sonlanmasında rol oynayır. Plasentanın anormal inkişafı, xromosom problemləri, polikistik over sindromu, lupus, çölyak, qızdırma və HIV, frengi, bel soyuqluğu kimi cinsi yolla yoluxan xəstəliklərin varlığı düşüklə əlaqələndirilən sağlamlıq problemlərindəndir. “Hamiləlikdə düşük niyə olur?” sualına verilə biləcək cavablardan biri də miomlardır. Xüsusilə uşaqlıq iç zərinə yerləşən böyük ölçülərdəki miomlar, qanama, plasenta yerləşmə anomaliyası, düşük, erkən doğum. Doğumdan sonra plasentanın ayrılması kimi risklərin artmasına səbəb olur.

Çoxdöllü hamiləliklər də düşük açısından risk yaradan faktorlar arasında yer alır. Fərqli bir deyimlə çoxdöllü hamiləliklərdə düşük olma ehtimalı tək döllü hamiləliklərə görə çox daha yüksəkdir. Servikal yetməzlik və ya xalq arasında bilinən adı ilə uşaqlıq ağzı yetməzliyinə bağlı düşüklər çox hallarda ikinci trimesterdə müşahidə edilir. Çox hallarda ağrısız bir şəkildə uşaqlıq ağzının açılması ilə gerçəkləşən bu hal bəzən qarın ağrısı, vaginal bölgədə basqı hissi, qanlı axıntı, şəffaf maye gəlməsi, vaginal axıntı artımı kimi əlamətlərlə də müşahidə edilir. Servikal yetməzlik düşüklə bərabər 24 ilə 32-ci həftələr arasında erkən doğuma da yol aça bilir. Bu səbəbdən xüsusilə daha əvvəl hamiləliyi düşüklə nəticələnən qadınların bir sonrakı hamiləlikləri öncəsində uşaqlıq ağzının incələnməsi üçün mütləq həkimə müraciəti lazımdır. Aparılan araşdırmalarda control altına alınan tip 1 diabeti olan hamilələrin düşüj etmə ehtimalı diabetic olmayan hamilələrlə eyni nisbətdə olduğu görülmüşdür. Lakin ilk trimesterdə qan şəkəri yüksək və qlikolizə hrmoqlobini olan diabet xəstələrində düşük etmə ehtimal müəyyən bir şəkildə yüksəkdir. Bəzi ürək və böyrək xəstəlikləri, xroniki narahatçılıqlar, akut infeksiyalar, folik asit düşüklüyü, pis qidalanma, stress, travma, siqaret, spirtli içki və kofein qəbulu da düşük etmə ehtimalını artıran amillər arasında yer alır.

Düşük Sonrasında Təkrar Hamilə Qalmaq Olurmu?

Düşük başldadıqdan sonra müalicə ediləcək və ya qarşısı alına biləcək bir hal deyildir. Düşüyə səbəb olan bu halın müəyyən edilməsi və narahatçılığın müalicə edilməsi bir sonrakı düşük yaranmasının qarşısını ala bilər. Bir əvvəlki hamiləliyin düşüklər nəticələnmiş olması isə qadının təkrar hamilə qala bilməsinə mane yaratmaz. Düşük olduqdan sonra hamilə qalan və hamiləliyi sağlam bir doğumla nəticələnən qadınların nisbəti təxmini olaraq 85%-dir. Lakin qadınların 1-2 %-də təkrarlanan düşüklər müşahidə edilir. 3 və ya daha çox düşüklə nəticələnən hamiləliklərdə təkrar hamilə qalmağa çalışmadan əvvəl mütləq həkimə getməli və düşüyə səbəb olan amil müəyyən edilməli və müalicə olunmalıdır.