Bu günki gündə xərçəng bütün dünyada əhəmiyyətli bir problem olaraq gündəmini qorumağa davam etməkdədir.Eyni zamanda müalicələrlə birlikdə xəstəlik xroniki bir xəstəlik olaraq saxlanılması, xəstələrin həyat tərzlərinin mənalı olaraq uzanması da ümidverici inkişaf olaraq qarşımıza çıxır.Bu vəziyyətdə xərçəngin müalicəsinə görə xəstələrin saglamlıqlarının qorunmasında da vacib rol oynayır.

Xəstələri maraqlandıran bir digər mövzu isə xərçəng müalicəsi və kimya terapiya dərmanlarının sperma istehsalına mənfi təsiri varmı?

Kimyaterapiya sürətli bölünən hüceyrələri yoxetmə prinsipi ilə aparılan bir müalicədir.Bu müalicədə hədəf hüceyrə xərçəng hüceyrəsi olmaqla yanaşı bədənimizdə sürətlə bölünən mədə-bağırsaq sistem hüceyrələrini,saç kökü hüceyrələrini,çoxalma hüceyrələrini də, sperma və yumurta hüceyrələrini yox edir.Bundan əlavə xərçəngin müalicəsində istifadə olunan digər üsul olan radiasiya terapiyaları da sperma hüceyrəsini yaradan germ hüceyrələrinə zərər verir.

Kimyaterapiya və radioterapiya müalicələri ,dərmanların növü, kürün sayı və ümumi dozaya bağlı olaraq kişilərdə geriyə donülməz bir azospermiyaya yol açır.Kişilərdə rast gəlinən bu sonsuzluğun qarşısını almaq məqsədi ilə xərçəng müalicələrindən əvvəl spermaların dondurularaq saxlanılması reproduktivliyin (artımın) qorunması üçün tətbiq olunan isbatlanmış yeganə müalicə üsuludur.