Tiroid hormonları bədənin orkestra şefi kimi bir çox funksiyanın nizamlı olaraq gedişində son dərəcə vacib rol oynayır. Artırma funksiyaları da bunların arasına daxildir. Hormonlarda rast gəlinən pozğunluq və ya problemlər hamilə qalmağa mənfi təsir edə bilər. Doğurqanlıq çağına gələn qadınlarda hormonlara söykənən yaranmış pozğunluqlar uşaq sahibi olmağa mane olduğu kimi hamiləlik müddətində də ana və uşaq üzərində istənilməyən problemlərə yol aça bilər.
Yeniyetməlik zamanı ilə birlikdə estrogen hormonu bir gənc qızın aybaşı olmasından nə qədər məsuliyyət daşıyırsa, tiroid hormonları da bu aybaşının başlaması üçün olduqca vacib bir hormondur.Burada rast gəlinə biləcək pozğunluq aybaşı nizamıslığına səbəb yaradır.Digər tərəfdən hiportoidi,yəni tiroid hormonlarının az işlədiyi vəziyyətdə yumurtlama problemləri daha çox baş verir. Bununla bağlı sonsuzluq, yəni hamilə qalma faizi biraz daha azala bilər.
Tiroid hormonları sağlam hamiləlik üçün vacibdir.
Tiroid hormonu sadəcə bir qadının hamilə qalması baxımından vacib olması ilə birgə sağlam bir hamiləliyin davamı, sağlam bir körpə dünyaya gətirmək üçün də vacibdir. Xüsusi ilə tiroid funksiyası pozğun olan insanlarda hamiləlik baş verərsə düzgün bir müalicə edilməsi vacibdir. Əks təqdirdə körpədə doğumdan sonra nevroloji pozğunluqlar aşkarlana bilər. Hamiləlik dövründə istifadə olunan diaqnostik və biokimyəvi testlərin məhdud olması və bununla birlikdə ciddi bir həkim nəzarəti vacibdir. Ona görə ki, tiroid hormonu ilə əlaqəli xəstəliklər hamiləlikdən öncə aşkarlanmasa belə, hamiləlik dövrü aşkarlana bilər.Bu səbəblə ortaya çıxan işdahsızlıq, ürək bulanma tiroid hormonunun pozğunluğu ilə əlaqələnə bilər.Hamiləlik dövründə uşağın tiroid hormon səviyyələri hamiləliyin ilk 3 dövrünün sonuna qədər anaya bağlıdır. Bu səbəbdən ananın tiroid hormon səviyyəsinin uşağın beyin inkişafına görə vacib olduğu unudulmamalıdır.
Henüz yorum yapılmamış
Diğer Yorumlar