Süni mayalanma müalicəsi xeyli texnik bir müddət olduğuna görə bu müddət ərzində xəstələr özlərini elmi bir prosedura tabe edilirmiş kimi və nəticədə heç bir təsiri yoxmuş kimi hiss edirlər.Lakin vəziyyət bunun tam əksinədir.Bu səbəblə də fərdi olaraq müalicənin təsirini artırmaq və sonrasında bədənimizin normal hala gələ bilməsi üçün edilə biləcək bir çox şey tapılır.ABŞ və İngiltərədə ən çox oxunan Zita West’in qələmə aldığı Fertility&Conception kitabının Bahçeci Sağlık Grupu tərəfindən Türk dilinə qazandırılan Doğurqanlıq və Hamilə Qalma Rəhbəri bu mövzuda vacib bir qaynaq xüsusiyyəti daşıyır.

Nəzarəti ələ alın

Bu müalicələrdəki prosedurlar və dərmanlar bədənimizə bir xeyli yük qazandırdığı üçün müvəffəqiyyət şansınızı artırmaq məqsədi ilə müalicədən ən az 4 və ya 6 həftə əvvəl özünüzü hazırlamağa başlamağınızda fayda var.Zita West kitabında müalicənin təsirli olmağına kömək etmək və bütün müddətlərdə nəzarətin sizdə olduğu hissini qazanmaq üçün edilə biləcəkləri belə sıralayır:

“Bəzi qadınların daha əvvəldən yaşadığı bir sıra təcrübələr ola bilər;amma əgər özünüzü hazırlayıb,diqqətinizi toplasanız hər şeyə qalib gələ bilər və bu nəticədən çox şey qazana bilərsiniz.Hiss etdiyiniz narahatçılığınızın böyük qismi,İVF’in bədənin təbii halindan necə faydalandığını,müalicənin mərhələrində nələrin hədəfləndiyini və olabiləcək nəticələri anlamaqla keçə bilər.Bu məlumatı təbii qaynaqları olacağını xəyalınızda canlandırmaq üçün istifadə edin”

Bədəninizi hazırlayın

Müalicəyə başlayacaq qadınlara bədənin hazırlanması ilə əlaqəli bu təkliflər təqdim olunur:
Daha əvvəl bir İVF müalicəsi almışsınızsa,yəni bir müalicəyə başlamazdan əvvəl yumurtalıqlarınızın özünü toplaması üçün 1-2 ay gözləməlisiniz.Çəkinizi nəzarət altına alın-həddindən artıq çəkili deyilsinizsə İVF müalicəsində müvəffəqiyyət əldə etmək imkanı daha çox olacaq.Əgər artıq çəkilisinizsə yemek yemə vərdişlərinizi dəyişdirərək,vacib olan qida elementlərindən özünüzü məhrum etmədən yavaş-yavaş çəki atmağa cəhd edin.

Bənzər şəkildə əgər çox zəifsinizsə müalicəyə tab gətirmək üçün çəki ala bilməniz üçün qidalanma vərdişlərinizi dəyişdirin.Bu mövzuda istəsəniz professional dəstək də ala bilərsiniz.

Qəti siqaretdən istifadə etməyin.Siqaret uşaqlıq içi zərinə zərər verəcəyi üçün siqaret dumanının olduğu mühitlərdən uzaq durun.

Aerobika kimi çətin məşqlərdən uzaq olun.Hormon sisteminiz İVF müalicəsi üçün işləməyi dayandırarkən bədəniniz istirahətə ehtiyac duyur.Yoga və ya gəzinti kimi yüngül məşqlər seçə bilərsiniz.

Sağlam Qidalanın

Sağlam qidalanmaq və bir detoks programından istifadə etmək İVF müalicəsi zamanı stress altına girəcək olan bədən sistemlərini gücləndirməyə yarayacaqdır.İlk başda şokoladdan,şəkərli və hazır qidalardan,duzlu çərəzlərdən,qəhvədən,çaydan,kolalı içkilərdən,qazlı içkilərdən və spirtdən uzaq duraraq başlaya bilərsiniz.

Akupunktur’dan faydalana bilərsiniz

Doğurqanlıq və Hamilə Qalma Rəhbəri’nə görə,İVF’ə hazırlaşarkən və müalicə müddətində akupunktur müalicəsindən də faydalanmaq mümkündür.Kitabda həm də həftəlik akupunktur üsullarının uşaqlıq içi zərinin yaranmasına,folikulların inkişaf etməsinə və embrion transferindən sonra implantasiya və hamiləliyi dəstəklədiyinə dair araşdırma məlumatlarının da olduğu ifadə edilir.

Xəyalınızda Canlandırın

Zita West kitabında İVF müalicəsinin hər mərhələsində qadının bədənində meydana gələnləri xəyalında canlandırmasını istəyir;yumurtaların yetkinləşməsi,uşaqlıq içi zərinin qalınlaşması,embrionların yerləşdirilməsi kimi.Bu yanaşmasının yaradacağı müsbət təsiri isə bu cümlələrdə başa salır:

“Çinlilər diqqətinizi bədəninizdəki müəyyən bir bölgəyə yönəltsəniz,həyat enerjisinin o nöqtəyə axacağına inanır.Bu müsbət canlandırmaların təsvirini bir kağıza yazın və nizamlı olaraq təkrar etməyinizi xatırladacaq tərzdə evinizdəki bəzi künclərə yerləşdirin.Bədəninizin dərmanlara çox yaxşı cavab verdiyi kimi başqa nəticələri də yazın.Bunu edərkən özünüzü biraz qəribə hiss edə bilərsiniz, amma unutmayın ki,zehin çox güclü bir alətdir.Nəyə inandıgınız,ən sonda nə olduğunuzu müəyyənləşdirər.Doğurdan da bir körpəniz olacağına,bunu edərkən sağlığınızı qoruyacağınıza və immunitet sisteminizi təhlükəyə atmayacağınıza inanmlaısınız.

Su içməyi unutmayın

Su bədənin hər hüceyrəsi və bir sözlə hər kəs üçün həyati şərt daşıdığı üçün müalicədən əvvəl və müalicə müddətində də gündə ən az 2 litr su içməli olduğunuz diqqətə çatdırılır.