Kişi sonsuzluğu ilə bağlı səbəbləri ortaya çıxarmaq üçün istifadə edilən üsullardan vacib olanı sperma testləridir. Sperma sayı, hərəkətliliyi kimi bir çox parametrlərin dəyərləndirilidiyi sperma testləri ilə birgə kişilərin keçmiş tibbi diaqnozları və müayinələrinə də doğru diaqnoz qoyulması çox əhəmiyyət daşıyır. Xəstənin hekayəsinə və özəlliklə aldığı müalicələrə görə də testlər təyin olunur. Kişi sonsuzluğuna diaqnoz qoymaq üçün istifadə üsulları belə sıralanır:

Kişiyə tətbiq olunacaq testlərin başında hormon testləri və genetik araşdırma gəlir. Ayrıca göstərmə üsulları ilə testlərin ultrasəs müayinə ilə araşdırılması, prostat və sperma çıxışını təmin edən kanalların yenə ultarsəslə rektal yolla araşdırılması kimi üsullarla diaqnoz qoymağa çalışırlar.

Xayalar mütləq müayinə olunmalıdır

Sonsuzluq səbəbi ilə müraciət edən kişilərdə xaya şişlərinin sıxlığı 1% təşkil edir. Bu diaqnoz normal populyassiyada görülən diaqnozdan təxminən 16 dəfə çoxdur. Erkən diaqnozun ciddi mənada həyat müddətini uzatdığı bu xəstəliyin təsbiti üçün bir uroloq tərəfindən müayinə edilməsində fayda var. Son illərdə kemoterpotik dərmanlarla xaya şişli xəstələrin həyat müddəti və keyfiyyəti əhəmiyyətli sayda artmışdır. Vaxtından tez diaqnoz qoyulan xəstələr günümüzdə xəstəlikdən tamamilə azad ola bilirlər. Bütün bu səbəblərə görə sonsuzluq müayinəsi üçün gələn kişilərin mütləq xaya müayinəsi etdirməsi mütləqdir.