Süni mayalanma müalicəsi dövründə bir çox xəstəlikdə olduğu kimi xəstə hər zaman müalicənin mərkəzində yer alır. Müalicə müddətində xəstənin dərmanlarını doğru şəkildə istifadə etməsi müalicənin şansına təsir edəcək nəticələr yaradır.
Hər nə qədər süni mayalanma müalicələrində xəstə digər xəstəliklərdə olduğu kimi “gerçək mənada xəstə” olmasa da müalicə müddətində bir çox dərmanı istifadə etmək məcburiyyətində qalır. Bununla bərabər xəstə daha əvvəl hər hansı bir təcrübəsi olmayan və təxmini 20 gün ərzində davam edən bir müddətə girir. Bəs bu müddətdə süni mayalanma xəstələrinin ən çox etdiyi xətalara nələrdir? Süni mayalanma dərmanlarını xətalı istifadənin önünə necə keçmək olarmı? Süni mayalanma dərmanlarının yan təsirləri varmı? Bütün bu sualların cavablarını yazımızda tapa bilərsiniz.
Müalicə Müddətində Dərman İstifadəsi Mövzusunda Ən Çox Narahat Edən Nöqtə Nədir?
Xəstələrimizin bir qismində olan süni mayalanma qorxusunun vacib bir qismi əslində dərman istifadəsindən qaynaqlanır. Çünki bu dövrdə süni mayalanma xəstələri “dərman dozasını səhv edəcəm” və ya “səhv bölgəyə iynə vuracam” kimi narahatçılığa qapıla bilirlər. Bu hissiyat üzərilərində həddən artıq basqı yaradır. Çünki müalicənin 10-14 gün çəkən ovulyasiya induksiyası (yumurtanı böyütmə) dövründə həyatında bəlkə də tək bir dəfə belə əlinə enjektor (iynə) almamış olan bir qadından özünə yumurta böyütmə iynəsi vurmasını istəyirik. Əlbəttə bu hal onları narahat edir.
Süni Mayalanma İynələri Vurarkən Edilən Xətaların Önünə Necə Keçmək Olar?
Edilməsi lazım olan ən vacib şey xəstəyə süni mayalanma iynələri istifadəsini ətraflı bir şəkildə izah edilməsidir. İstər yumurta böyütmə iynəsinin istifadəsi, istərsə də yumurta toplama işləmindən sonra istifadə edilən dərmanlar mövzusunda xəstə ətraflı bir şəkildə məlumatlandırılmalıdır. Bu məlumat xəstənin narhatlığını aradan qaldıra biləcəyi kimi müalicə sonrasındakı hamiləlik şansları üzərində də böyük rol oynayır.
Müalicə müddətində xəstənin səhv şəkildə dərman istifadəsindən qaynaqlanan xətaların önünə keçmək üçün nələr edilməlidir?
Əslində həssas bir süni mayalanma müalicəsi müddətində xəstə çox yaxşı məlumat aldığı təqdirdə bu tərz problemlərlə qarşılaşmaz. Lakin bir digər vacib məqam xəstənin hər zaman və hər mövzuda həkiminə və tibb bacısına qarşı dürüst davranması lazımdır. Bununla bərabər ediləcəkləri bu cür sıralamaq olar:
Yumurta böyütmə iynəsi istifadəsi müddətinin, saatlarının və dozalarının xəstəyə diqqətli şəkildə izah edilməsi və praktik olaraq göstərilməsi lazımdır.
Dərman istifadəsi mövzusunda diqqət edilməsi lazım olan məqamlar və necə istifadə edəcəyi məlumat xəstəyə yazılı olaraq verilməlidir.
Süni mayalanma xəstəsi, müalicə zamanı edilən dəyişikliklərlə əlaqəli həkimi və tibb bacıaı tərəfindən xəbərdar edilməlidir. Əgər yanlış bir istifadə varsa edilən xətanın yaratdığı təsirə görə müalicənin təkrar olaraq düzənlənməsi və ya müalicənin dayandırılması halı ola bilər.
Ən çox səhv edilən mərhələ yumurta böyütmə dövrünün sonunda edilən HCG (yumurta çatlatma) iynəsidir. Bu iynənin zamanlamasında ediləcək bir xəta yumurtaların erkən çatlamasına və ya yetişkin yumurta alına bilməməsinə səbəb olur. Bu səbəblə süni mayalanma mərkəzləri iynənin saatını mütləq təyin etməlidirlər. Bu saat mövzusunda xəstə diqqətli bir şəkildə məlumatlandırılmalıdır.
Yumurta toplama və transfer sonrası istifadə ediləcək dərmanlar tamamilə fərqliləşir. Ağızdan alınan və vaginal yoldan istifadə edilən dərmanlar müalicəyə əlavə edilir. Xəstə ilə həkimi təkrar danışmalı və xəstə uyumunun ən yaxşı olduğu müalicə dəstəyi seçilməlidir.
Süni mayalanma mərkəzi həkimləri, tibb bacıları və xəstə arasındakı əlaqə günün 24 saatında bir-birlərinə çata biləcəkləri bir çərçivədə olmalıdır. Eyni zamanda qurulan əlaqədə dəqiqliyə önəm verilməli, çox açıq və net bir şəkildə əlaqə qurulmalıdır.
Bahçeci Süni Mayalanma Mərkəzində müalicə alan bütün xəstələrimizə xəstə danışmanı işçilərimiz iynələrin istifadəsini aydın şəkildə göstərməlidir. Evə getdiyinizdə istifadəni unutmanız halında xəstə danışmanlarımıza zəng edərək məlumat ala bilərsiniz.
Süni Mayalanma Müalicəsindən İstifadə Olunan Dərmanlar
Süni mayalanma xəstələri müalicə müddətində DHEA hormonu, folik asit və vitaminlərlə dəstək almalıdırlar. Ümumilikdə ağız yolu ilə verilən bu dərmanlarla bərabər süni mayalanma həkimi balıq yağı da məsləhət görə bilər.
Bəs istifadə olunan iynələr nələrdir və süni mayalanma müalicəsində neçə gün iynə vurulur?
Süni Mayalanma Müalicəsində İstifadə Edilən İynələr
Süni mayalanma etdirənlərə verilən iynələri iki kateqoriyada incələmək mümkündür:
1. Yumurta Böyütmə İynəsi
Bu dərmanlar xəstənin fiziki və hormonal halına görə tamamilə xəstəyə özəl olaraq müəyyən edilən hormon dərmanlarıdır. Vəziyyətə görə yumurtalıqların bəzən təsir edilməsi, bəzən isə basqılanması şəklində irəliləyən ovulyasiya induksiyası (yumurta böyütmə) dövründə istifadə edilən bu dərmanlarla qadında birdən çox sağlam yumurta yaranması hədəflənir.
2. Yumurta Toplama İşləmindən Sonra İstifadə Edilən Dərmanlar
Yumurta böyütmə işləminin ardından toplanan yumurtalar kişinin sperması ilə döllənir və embrionlar yaradılır. Yaradılan ən keyfiyyətli embrion qadına transfer edilir. Bu işləm əsnasında və sonrasında estrogen və progesteron hormonları dəstək olaraq xəstəyə verilir. Bu hormonlar vaginal gel, şam və ya iynə olaraq verilə bilir.
Süni Mayalanma İynələri Neçə Gün Davam Edir
Süni mayalanma müalicəsi tamamilə xəstəyə özəl olaraq davam edir. Bu səbəblə araşdırmalarında dəqiq bir məlumat olmayan xəstələrin tez-tez soruşduğu suallardan biri də “süni mayalanma iynələri neçə gün davam edir” sualıdır. Xəstənin vəziyyətinə bağlı olaraq süni mayalanma iynələri 10-12 gün ərzində vurulur. Həkimin seçiminə bağlı olaraq bəzən uzun müalicə protokolu tətbiq edilir. Bu halda adətdən ortalama 21 gün sonra başlayan süni mayalanma iynəsi təxmini 20 gün ərzində xəstəyə vurulur.
Gonal F İstifadə Edərkən Diqqət Edilməsi Lazım Olan Məqamlar
Gonal f süni mayalanma müalicələrində tez-tez istifadə edilən hormon iynələrindəndir. Estrogen hormonu ehtiva edən bu iynəni qadın özü özünə göbək bölgəsindən vurur. Xəstə doğru şəkildə vurulması son dərəcə vacib olan bu iynəni dozasını hazırladıqdan sonra göbək dəliyinin 2 barmaq aşağısı və 2 barmaq yanlarını əhatə edən yarım ay şəklindəki bölgəyə vurmalıdır. İynənin vurulma şəkli olduqca asan və ağrısızdır. Gonl f istifadə edərkən diqqət edilməsi lazım olan ən önəmli hal iynənin vaxtı vaxtında vurulmasıdır.
Cetrotide İynəsi
Böyüyən yumurtanın kontrol xaricində çatlamaması üçün müalicə başlanğıcından ən tez 5-6 gün sonra vurulan cetrotide iynəsi böyüməkdə olan yumurtaların həkim nəzarəti olmadan çatlamasına mane olmaq üçün vurulan bir iynədir. İynənin istifadəsi gonal f kimi hormon iynələri ilə eyni şəkildə tətbiq edilir. Burada ən vacib məqam iynənin vurulma saatıdır. Həkim xəstədən hansı saatda bu iynəni vurmasını istədisə tam olaraq o saatda iynə vurulmalıdır. Əks halda yumurta inkişafı balansı pozula bilir və yumurtalar planlanan zamandan əvvəl çatlaya biləcəyi üçün süni mayalanma müalicəsini yarıda kəsmək lazım ola bilər.
Süni Mayalanma Müalicəsində İstifadə Edilən İynələrin Yan Təsirləri
Süni mayalanma müalicəsində istifadə edilən dərmanlar (inkişaf edən texnologiya sayəsində) artıq daha saf, tərkibindəki doza miqdarı daha dəqiq və istifadəsi daha asan olaraq istehsal edilir. Bu da günümüzdə müalicəni daha etibarlı və daha asan hala gətirmişdir.
Hər bir dərman və müalicədə olduğu kimi süni mayalanma dərmanlarının da yan təsirləri vardır. Bunlar çox hallarda qısa müddətdə özlüyündən düzələn, keçici təsirlərdir. Sağlamlığı təhdid edən hallarla nadir rastlaşarsınız.
Bu dərmanlar çox tez-tez olmasa da iynə vurulan bölgədə yüngül pozuntuya yol aça bilər. Ayrıca olaraq nadir hallarda rastlanan və çox ciddi dərəcələrdə olmayan baş ağrısı, sinədə həssaslıq, isti basması, yorğunluq və ya duyğusal həssasiyyət müşahidə edilə bilər.
“Süni mayalanma müalicəsində artıq çəki yaranarmı?” sualı da çox tez-tez rastlaşılan suallardandır. Qısa müddət üçün iştah dəyişikliyi, bədəndə su tutulumu və ödemə bağlı olaraq biraz kilo artımı ola bilər. Lakin bu vəziyyət keçicidir və qida alımında həddən artığa qaçılmasa uzun vədədə qalıcı bir çəki artıqlığı yaranmaz.
Süni mayalanma dərmanlarının xərçəngə yol açdığı yönündə söyləntilər də vardır. Bu mövzuda bir çox və geniş ölçülü araşdırmalar aparılmış, lakin bu müalicələrlə yumurtalıq və məmə xərçəngləri arasında birbaşa bir əlaqə tapılmamışdır. Heç doğum etməmiş sonsuzluq problemi olan qadınlarda (heç müalicə almasalar belə) yumurtalıq xərçəngi riskinin artmış olduğu müşahidə edilir. Ayrıca olaraq bu müalicənin yumurtalıqlardakı yumurtaları tükədib xəstəni erkən menopoza salması kimi bir hal da qəti şəkildə mövcud deyildir.
Yumurta böyüdən müalicədə istifadə olunan dərmanlar; yumurtalıqların həddən artıq böyüməsi, qarın şişliyi, bulantı, qusma ilə müşahidə edilən bir səhnəyə yol aça bilir. OHSS (yumurtalıqların həddən artıq təsirləndirilməsi sindromu) adı verilən bu vəziyyət yüngül, orta və şiddətli olmaqla üç səviyyədə qarşımıza çıxa bilər. Ən çox yüngül forması ilə qarşılaşırıq. Yumurtalıqlar böyümüşdür, qarında yüngül narahatlıq hiss edilir. İstirahət və lazım olarsa ağrı kəsicilər ilə bir neçə gündə düzələr. Orta dərəcəli OHSS-də bu əlamətlərə bulantı-qusma da əlavə olar, qarın şişliyi daha çox olur. Bu vəziyyət yaxın təqib və xəstə rahatlığını düzəldici müalicələrlə qısa müddətdə azalacaqdır. Şiddətli OHSS qarın boşluğunda maye toplanması və nəfəs darlığı ilə bərabər xəstənin ümumi vəziyyətini pozan bir səhnədir. Yüzdə bir olaraq xəstələrdə müşahidə edilir və xəstəxanaya yatması lazım ola bilər.
Əlamətlər ümumi olaraq yumurta toplama işləmindən 4-5 gün sonra başlayar. Yüngül və orta dərəcəli OHSS günlər içərisində özlüyündən düzələr. Əgər embrion transferi edilmiş və hamiləlik olmuşsa bu düzəlmə gecikir, bəzən bir neçə həftə çəkə bilir.
OHSS-dən qaçmaq üçün ən vacib faktor müalicə zamanı yaxın təqibdir. Əgər xəstənin dərmanlara cavabı çox olmuşsa və estradiol hormon səviyyəsi çox artmışsa dərman vermədən keçiriləcək günlər ilə bu səviyyənin düşməsi gözlənilir.
Hamiləliyin olması bu vəziyyəti ağırlaşdırdığından embrionların transfer edilməyib dondurularaq saxlanılması riskli xəstələrdə üstünlük verdiyimiz bir üsuldur. Xəstənin yumurtalıqları əvvəlki vəziyyətinə qayıtdıqdan sonra dondurulmuş embrionların donu açılaraq transfer həyata keçirilir. Beləliklə xəstə şiddətli OHSS-dən qorunmuş olur və hamiləlik şansı da bu haldan mənfi təsir almır.
Henüz yorum yapılmamış
Diğer Yorumlar