Testislərdə yeniyetməlik dövründən sonra yaradılan sperma beyində FSH və LH hormonlarının ifrazı ilə başlayar. Qan dövranı vasitəsi ilə bədənə yayılan hormonlar testisin funksiyasına səbəb olur. Skrotum adlı cild kisəsi içərisində olan kök hüceyrələr hormon ifrazının təsiri ilə fərqliləşərək sperm hüceyrələrini yaradır. Skrotumda inkişaf edərək yetişməyə başlayan spermlər testisin arxasında olan epididimə çatır. Burada yetişməyə davam edən spermlərin hərəkət qabiliyyətlərini qazanmaları ilə birlikdə epididimdən sperm kanalına çatır. Sidik kisəsinin arxasında olan seminal vezikul ilə birləşən sperm kanalı eyni zamanda ejakulat kanalını yaradır.
Ejakulasiya zamanı prostatın yaratdığı seminal maye ilə sperm hüceyrələri qarışaraq testis kənarına atılır. Lakin çoxalma üçün sperm hüceyrələrinin kənara atılması tək başına yetərli deyildir. Sperm keyfiyyəti buna təsir edən ən vacib faktorlar arasında yer alır. Hərəkət qabiliyyəti və döllənmə bacarığı kimi xüsusiyyətlərin müəyyən etdiyi sperm keyfiyyəti , spermoqram olaraq bilinən sperm testi ilə analiz edilir. Bu yazımızda “sperm keyfiyyəti artarmı”, “sperm keyfiyyəti necə artırılır”, “sperm keyfiyyəti necə müəyyən edilir” və “sperm keyfiyyəti neçə olmalıdır” kimi sualların cavablarını tapa bilərsiniz, lakin bunlardan öncə “sperm keyfiyyəti nədir” sualı cavablandırılmalıdır.
Sperm Keyfiyyəti Nədir?
Spermanın keyfiyyətli olaraq sinifləndirilməsi üçün sperm həcmi, sperm sıxılığı, cəmi sperm sayı, normal və normal olmayan sperm miqdarı, spermin hərəkət etmə şəkli və hərəkət edən spermin toplam sperm miqdarına nisbəti, yetişməmiş sperm sayı, koaqulyasiya və ya fərqli bir deyimlə qatılaşma nisbəti, infeksiya varlığını göstərən leykositlərin sayı analiz edilir. Kişilərdə sperm keyfiyyəti qadın yumurtasının döllənməsində vacib faktor olduğundan doğurqanlığa birbaşa olaraq təsir edir. Spermin canlı və hərəkətli olması, baş qisminin uzunluğu ilə eni arasındakı nisbət, akrozom olaraq bilinən sperm hüceyrəsinin baş qismində olan və qadın yumurtasının içərisinə girməsini təmin edən bölgənin ölçüsü döllənmənin sağlam bir şəkildə baş verməsində vacib rol oynayır. Tez-tez soruşulan “sperm keyfiyyəti necə müəyyən edilir” sualı da bu şəkildə cavablandırıla bilər.
Kişilərdə Sperm Keyfiyyəti Necə Müəyyən Edilir?
Spermin keyfiyyətli olub-olmadığı spermoqram testi ilə müəyyən edilir. “Sperm keyfiyyəti necə ölçülür” sualı bu şəkildə cavablandırıla bilir. Spermoqram analizi bir il müddətində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləlik əldə edilmirsə verilməlidir. Kişiyə bağlı sonsuzluq varsa “kişilər sperm keyfiyyəti necə müəyyən edilir” sualı bu şəkildə cavablanarkən “evdə sperm keyfiyyəti necə müəyyən edilir” sualı isə “sperm keyfiyyəti ancaq laboratoriya şəraitində ölçülə bilər olduğundan ev şəraitində bu bilinməz” şəklində cavablandırılır. Sperm keyfiyyəti artırma üsulları da kişiləri maraqlandıran suallardan biridir. “Sperm keyfiyyəti necə artırılır” sualının cavabı yazımızın davamında…
Sperm Keyfiyyəti Necə Artırılır?
“Kişilərdə sperm keyfiyyəti necə artar” sualını cavablamadan öncə uroloji müayinə edilərək bəzi xəstəliklərin varlığının olub-olmadığını bilmək lazımdır. FSH və LH hormonlarındakı düzənsizliklər, enməmiş testis, testisdə torsiyon olaraq bilinən xayanın dönməsi ilə dövranın pozulması, testistə varis varlığı, sperm kanallarının vəziyyəti və digər xəstəliklər araşdırılmalıdır. Sperm keyfiyyətini artırmaq üçün siqaret və spirtli içki istifadəsi buraxılmalıdır. Ayrıca bəzi dərmanların uzun zaman istifadəsi sperm hüceyrələrinə zərər verə bilir. Düzənli yuxu və qidalanma da sperm keyfiyyətinə təsir edən amillər arasında yer alır. “Cinsi pəhriz sperm keyfiyyətini yüksəldərmi” sualı isə bu şəkildə cavablana bilər: “Cinsi pəhriz sperm miqdarının və keyfiyyətinin müəyyən bir ölçüdə artmasına yol açsa da təkbaşına yetərli deyil”. Həkim lazım bildiyində sperm keyfiyyətini artıran dərmanlar və bəzi diet proqramları məsləhət görə bilər. Bəs qidalanma ilə sperm sayı və keyfiyyəti necə artar? Sperm keyfiyyətini artıran qidalar aşağıda göstərilmişdir:
1. Qırmızı ət: Vacib bir protein qaynağı olan qırmızı ət hormonal düzənin qorunmasında təsirli olan aminoasitlərin bədənə alınmasını təmin edir. Qırmızı ət sperm keyfiyyətini artıran L-karnitin baxımından zəngin bir qidadır, lakin qırmızı ət qəbulunda həddən artıq istifadə olmamalıdır və ya yüksək xolesterol və dolayısı ilə sperm yaranmasına mənfi olaraq təsir edə biləcəyindən həftədə 2 dəfədən çox qəbul edilməməlidir.
2. Yumurta: Digər protein qaynağı olan yumurta eyni zamanda sperm keyfiyyətini artıran vitamin və mineral qaynağıdır. Aminoasitlər baxımından zəngin olan yumurtanın qəbulu gündə bir ədəd olmalıdır.
3. Balıq: Omega 3 baxımından zəngin olan balıq sperm keyfiyyətini artırmaq üçün həftədə 2 və ya 3 dəfə qəbul edilə bilər. C, D və B12 vitaminləri baxımından zəngin olan balıq sink, mis, dəmir və selenium kimi minerallar tərkiblidir.
4. Çərəz: Omega 3 baxımından zəngin qoz, fındıq, badam kimi çərəzlərin yeyilməsi sperm keyyfiyyətinin artmasını təmin edir. Gündə təxmini olaraq bir ovucdan çox qəbulu içərisindəki yağ miqdarının çox olması səbəbi ilə məsləhət görülməz.
5. Tərəvəz: Yaşıl yarpaqlı tərəvəzlərdə bol miqdarda olan folik asit sperm sağlamlığı ilə birbaşa bağlantılıdır. Folik asit səviyyəsinin düşük olması sperm keyfiyyəini pozaraq spermanın yumurtaya çatmasına və döllənməyə mənfi təsir edər. Bu səbəbdən brokoli, kələm, gül kələmi və ispanaq kimi tərəvəzlərin qəbulu məsləhət görülür.
6. Sitrus bitkiləri: Sperm hüceyrəsinin genetikası üzərində təsiri olan vitamin qəbulu da sperm keyfiyyəti üzərində təsirlidir. C vitamin baxımından zəngin olan sitrus bitkilərinin qəbulu sperm keyfiyyətinə müsbət yöndə təsir edir.
7. Sarımsaq: Selenium və B6 vitamin tərkibli sarımsaq sperm hərəkətliliyini və yaranmasını artıran qidaların başında gəlir. Testislərə gedən qan miqdarının artmasına səbəb olan sarımsaq davamlı olaraq qəbul edilə bilər.
8. Banan: Sperm miqdarını artıran qidalardan biri olan banan eyni zamanda sperm sağlamlığına da müsbət təsir edir. A, C və B1 vitamini və bromelin fermenti yönündən zəngindir.
9. Şokolad: L-Arginin HCL adlı aminoasit tərkibi olan şokolad sperm keyfiyyətini artıra bilir.
Sperm Keyfiyyəti Testi
Sperm hüceyrəsi miqdarı və keyfiyyətinin ölçümü spermoqram testi ilə edilir. Tək bir dəyər üzərindən deyil, bəzi parametrlərin bütün olaraq incələnməsi ilə sperm keyfiyyəti müəyyən edilir.
Sperm Keyfiyyəti Necə Ölçülür?
Spermoqram testi öncəsində 2-3 gün cinsi pəhriz tətbiqi lazımdır. Sperm nümunəsinin xəstəxana şəraitində alınması testin təkrarlanmaması üçün əhəmiyyət daşıyır. Edilən mikrobioloji incələmə nəticəsində sperm keyfiyyətinin müəyyən edilməsi üçün sperm sayı, canlı və hərəkətli sperm sayının toplam sperm sayına nisbəti, sperm hərəkətliliyi, qatılaşma nisbəti müəyyən edilir. Bütün bu dəyərlər sperm keyfiyyətini müəyyən edən parametrlərdir.
Sperm Keyfiyyəti Neçə Olmalıdır?
Sperm keyfiyyəti tək bir parametrdən ibarət olmaz, lakin sperm keyfiyyətini müəyyən edən həcm; spermatozoa/mL, spermatozoa sayı, toplam hərəkətlilik, şəkil və pH kimi parametrlərin referans dəyərləri edilən laboratoriya testi üzərində yer alır. Bütün bu dəyərlər işığında sperm keyfiyyəti haqqında məlumat əldə edilə bilir.
Sperm keyfiyyəti haqqında digər suallarınız üçün 012-598-05-43/49 nömrəli telefonla bizimlə əlaqə saxlaya bilərsiniz.
Henüz yorum yapılmamış
Diğer Yorumlar