Prolaktin süd hormonu olaraq da bilinən və başlıca vəzifəsi qadınlarda süd yaranmasını təmin edən bir hormondur. Bəzi hallarda qanda yüksələrək hiperprolaktinemi adı verilən prolaktin yüksəlməsi halına səbəb ola bilir. Həm qadınlarda, həm də kişilərdə müşahidə edilə bilən bu problem özü ilə birgə bir sıra fərqli sağlamlıq problemlərinə də yol aça bilməsi səbəbi ilə müalicə edilməsi lazım olan bir haldır.
Prolaktin Hormonu (Süd Hormonu) Nədir?
Prolaktin hormonu nədir, süd hormonu nədir kimi suallar xüsusilə hormon testinə baxdırmış və bunun nəticəsində prolaktin səviyyəsinin yüksək olduğunu öyrənmiş insanlar tərəfindən çox tez-tez soruşulan suallardır. Bir hormon növü olan prolaktin beyinin alt qismində olan noxud böyüklüyündəki hipofiz vəzindən ifraz olunur. Bu hormonun ən təməl vəzifəsi hamiləlik dövründə 2-ci aydan etibarən məmə vəzlərini xəbərdar edərək süd yaranmasını təşkil edəcək hala gətirilməsidir. Bu səbəblə hamiləlik müddətində, doğum sonrasında zahılıq və əmzirmənin davam etdiyi dövrlərdə qandakı səviyyələri yüksək olur.
Eyni zamanda hormon hamilə qadınlarda ovulyasiyanı basqılayaraq adət (aybaşı) görməyə də mane olur. Doğum sonrasında qandakı səviyyəsinin yüksək olması eyni zamanda yeni bir hamiləliyin reallaşma ehtimalını azaldır, süd yaranmasını dəstəkləyir. Qadınlarla bərabər kişilərdə də az miqdarda prolaktin ifraz olunur və sperma yaranmasının sağlam bir şəkildə davam etdirilməsində vəzifə alır.
Süd Hormonu Niyə Yüksəlir?
Hamiləlik dövründə və sonrasında həm süd vəzilərinin inkişafı, həm də süd yaranmasının davam etməsi üçün prolaktin səviyyəsinin yüksək olması lazımdır və bu dövrdəki insanlarda prolaktin yüksəkliyi normal və olması lazım olan bir haldır. Lakin hamilə olmayan qadınlarda prolaktin yüksəkliyi bir neçə problemlərin varlığını işarə edər. Prolaktin hormonunun ifraz olunduğu yer olan hipofiz vəzində yaranan xoş xassəli şişlər, polikistik over sindromu, bəzi tiroid, qaraciyər və böyrək xəstəlikləri prolaktin yüksəkliyi səbəbləri arasında yer alan sağlamlıq problemləridir.
Eyni zamanda ağır fiziki məşqlər, yuxu nizamsızlığı, stress, antidepresan dərman qəbulu, dar alt paltarlarının geyinilməsi, xərçəng və düzənsiz qidalanma da prolaktin hormonu niyə yüksəlir sualının cavabları arasında yer alır.
Prolaktin Yüksəkliyi Əlamətləri
Prolaktin yüksəkliyi əlamətləri bir çox insanda oxşar şəkildə özünü göstərir. Bunların birincisi adət düzənsizliyi və ya adət görməmə problemidir. Lakin endokrinolojik və ginekolojik bir çox xəstəlik adət döngüsündə pozulmalara yol açdığından bu tərz bir şikayətlə klinikaya müraciət edənlərdə problemin səbəbini müəyyən etməyə yönəlik lazımlı diaqnostik testlər icra edilməlidir. Adət düzənsizliyinin xaricində süd hormonu yüksəkliyi problemi olanlarda görülə biləcək ən yayılmış əlamətlər bunlardır:
- Döşlərdən süd gəlməsi
- Hamilə qala bilməmək
- Döşlərdə həssasiyyət və şişlik
- Vaginal quruluq
- Cinsi istəyin azalması
- İsti basması
- Baş ağrısı
- Görmə ilə əlaqəli problemlər
- Ürək bulantısı
- Davamlı yorğunluq halı
- Tüklənmə
Prolaktin Yüksəkliyi Nələrə Səbəb Olur?
Bədən funksiyalarının problemsiz bir şəkildə yerinə yetirilə bilməsi üçün hormonal balansın yerində olması olduqca vacibdir. Bu səbəblə hər hormonun yüksəkliyi və düşüklüyündə olduğu kimi prolaktin hormonu yüksəkliyi də bədəndə bir neçə işləyiş pozulmalarına yol açır. Bu problemə sahib olanlar tərəfindən prolaktin hormonu yüksəkliyi çəki artırarmı, süd hormonu yüksəkliyi nələrə səbəb olur kimi sualların cavabları maraqlı mövzulardır.
Süd hormonunun yüksək olması hamilə olmayan və əmzirməyən qadınlarda adət periodlarında pozulmalara və hormon səviyyəsi çox yüksək isə adətdən kəsilməyə səbəb olur. Bu hal eyni zamanda hamilə qalmamağa da yol açır. Bu xəstələrdə ən geniş olaraq müşahidə olunan problem isə sinədən süd və süd bənzəri maye gəlməsidir. Prolaktin yüksək olduğu hallarda sinələrdə şişkinlik və həssasiyyət yaranır. Eyni zamanda cinsi istək azalır, vaginal quruluq yaranır və buna bağlı olaraq cinsi əlaqədən qaçınma və əlaqənin ağrılı olması problemləri baş verir. Bütün xəstələrdə olmasa da bu problemi yaşayanların bir hissəsində qidalanma düzənində bir dəyişiklik olmamasına qarşı çəkidə artım gözlənilə bilir.
Prolaktin Yüksəkliyi Hamiləliyə Mane Olurmu?
Əmzirən qadınlarda tam bir qorunma təmin etməsə də qorunmamaya qarşılıq hamilə qala bilməməsinin səbəbi prolaktin hormonunun yüksək olmasıdır. Prolaktin hormonunun yüksək olması ovulyasiyanın basqılanmasında birbaşa təsirlidir. Bu səbəblə hamilə və ya əmzirən qadınlarda bu hormonun yüksəkliyi hamiləliyə mane ola bilir. Bu hal hormonun nə dərəcədə yüksək olduğu ilə əlaqəlidir. Süd hormonu səviyyələrinin azacıq yüksək olması hamiləliyə mane olmaya bilərkən, bəzi aylarda ovulyasiyanı basqılayacaq qədər yüksəlməsi hamiləliyin önündə əngəl təşkil edir. Bu səbəblə hamilə qalmaq istəyən və süd hormonu yüksəkliyi problemi olan qadınlarda hormon səviyyələrinin düşürülməsinə köməkçi olan dərmanların istifadəsi lazım ola bilir.
Prolaktin Hormonu Neçə Olmalıdır?
Prolaktin hormonunun qandakı səviyyəsinin neçə olması lazımlılığı cinsiyyət faktoru və qadınlarda hamilə olub olmama və ya əmzirmə hallarınına bağlı olaraq dəyişir. Prolaktin hormonu neçə olmalıdır deyə olan suallar üçün bu hormonun qandakı normal səviyyələrinə əlaqəli məlumat verməkdə fayda vardır. Hamilə olmayan qaınlarda prolaktinin qandakı səviyyəsi 2-29 ng/dL, hamilələrdə hansı dövrdə olmasına görə fərqli dəyər aralıqları göstərilməklə birlikdə ümumi olaraq 10-209 ng/dL, kişilərdə isə 2-18 ng/dL aralıqlarında olması normal olaraq qəbul edilir. Hormon səviyyəsinin bu aralıqların üstündə olması hiperprolaktinemiya, aşağı olması isə prolaktin düşüklüyünü, yəni hipoprolaktinemiyaya işarə verir. Hər iki halda da bu halın səbəbinin araşdırılması və səbəbinin ortadan qaldırılmasına istiqamətlənmiş olaraq müalicə planı tətbiqi lazımdır.
Prolaktin Hormonu Necə Düşürülür?
Süd hormonu necə düşürülür sualının cavabı xəstəliyin təməlində yatan problemə görə fərqlilik göstərir. Hormon səviyyəsindəki yüksəkliyin səbəbinin müəyyən edilməsi, hipoprolaktinemiya müalicəsində başlanğıc mərhələsini təşkil edir. Bu problemi yaşayan xəstələrin bir qismində stresi azaltmaya istiqamətlənmiş önləmlər alınması, yuxu səviyyəsinin təmin edilməsi, sağlam qidalanma və dar alt paltarı geyinilməsindən qaçmaq kimi tədbirlərlə hormon səviyyələrinin normallaşdırılması mümkün ola bilir.
Hipofiz vəzində şiş olub olmadığı araşdırılmalı, belə bir hal müəyyən edildiyi təqdirdə şişin ölçüsünə görə həkim tərəfindən məsləhət veriləcək müalicə planı tətbiq edilməlidir. Bu müalicə kütlənin ölçüsünə bağlı olaraq dərman müalicəsi və ya cərrahi əməliyyat şəklində ola bilər. Buna əlavə olaraq lazımlı ultrasonoqrafik müşahidələr aparılaraq qadın doğurqanlıq orqanlarına əlaqəli polikistik over sindromu və oxşarı bir xəstəliyin tapılıb tapılmadığı araşdırılmalı, belə bir problem müəyyən edilərsə buna yönəlik müalicə tətbiq edilməlidir. Nəticə olaraq hormonun yüksəkliyinə səbəb olan faktorun müəyyən edilməsi və bu faktorun aradan qaldırılmasına yönəlik lazımlı tədbirlərin alınması prolaktin hormonunun düşürülməsində tətbiq edilməsi lazım olan yoldur.
Kişilərdə Prolaktin Yüksəkliyi və Əlamətləri
Prolaktin hormonu yalnız qadınlara xas olan bir problem olmayıb kişilərdə də müşahidə edilə bilən bir problemdir. Süd hormonu olaraq da adlandırılan prolaktin kişilərdə sperma yaranmasında mühüm rol oynayır. Kişilərdə prolaktin yüksəkliyi sonsuzluq, cinsi istək və arzunun azalması, cinsi əlaqədə uğursuzluq, sərtləşmə problemləri kimi əlamətlərə səbəb olur. Eyni zamanda bu hormonun yüksəkliyi kişilərdə ginekomastiya olaraq da adlandırılan, sinələrdə böyümə probleminə yol aça bilir. Eyni qadınlarda olduğu kimi kişilərdə də bu hormonun yüksəkliyinə yönəlik olaraq tətbiq ediləcək müalicədə prolaktin yüksəkliyinin səbəbinin müəyyən edilməsi əsasdır. Həkim tərəfindən lazımlı və uyğun görüldüyü hallardan hipofiz vəzindən prolaktin hormonu yaranmasını basqılayan dərmanların qəbulu ilə hormon səviyyələrinin normal səviyyələrə endirilməsi mümkün ola bilir.
Prolaktin hormonu səviyyənizi öyrənmək istəyirsinizsə və ya prolaktin yüksəkliyi problemi ilə mübarizə aparırsınızsa müalicə olmaq və bu xəstəliklə əlaqəli bütün suallarınızın cavabları üçün 012-598-05-43/49 nömrələrindən bizə zəng edə bilərsiniz.
Henüz yorum yapılmamış
Diğer Yorumlar