Xalq arasında hamiləlik qan testi olaraq bilinən betta HCG testi qadının hamilə olub-olmadığının müəyyən edilməsi üçün edilən və hardasa dəqiq nəticə verən bir növ laborator testdir. Digər test üsullarının əksinə damardan alınan qan nümunəsinin laborator şəraitdə incələnməsi ilə edilən betta HCG testində səhv payı sıfıra yaxındır. İnsan koryonik gonadotropini olaraq bilinən HCG hormonunun alfa və betta olmaq üzrə iki fərqli növü vardır. Hamiləliyin yaranması ilə bərabər yüksəlişə keçən insan koryonik gonadotropini hormonunun betta növü (betta hcg) hamiləlik qan testi olaraq ən çox istifadə edilən parametrdir.

Fərqli bir deyimlə progesteron hormonunun davamlı olaraq yaradılmasını və hamiləlik dövründə qadının düşük etməsinin qarşısını alan hormon betta HCG-dir. Qadın artım hüceyrəsi olan yumurtanın sperma ilə döllənməsinin ardından keçən 6-cı gündən sonra betta HCG hormonu qanda sürətlə yüksəlir. Hamiləlik davam etdiyi müddətdə 12-ci həftədən etibarən betta HCG hormon səviyyəsinin yüksəlişi yavaşlayar. Qadan baxılan bir digər qanda hamiləlik isə keyfiyyət HCG qan testidir. Bu testdə də betta HCG hormonunun varlığı incələnərək qadının hamilə olub-olmadığı başa düşülür. Ən çox maraqlandıran neçə günlük hamiləlik qan testində çıxar sualını cavablamadan əvvəl “Qanda hamiləlik testi nədir?” sualını cavablamaq lazımdır.

Hamiləlik Qan Testi Nədir?

Hamiləlik qan testi qadının hamiləlik əlamətlərindən bir və ya bir neçəsini görməsi və ya girilən cinsi əlaqə nəticəsində hamilə qalıb-qalmadığının başa düşülməsi üçün edilən testlərdən biridir. Qanda hamiləlik testi bir növ laborator testdir. Xəstəxana və laboratoriyalarda edilə bilir. Hamiləliyin müəyyən edilməsi üçün qanda HCG səviyyəsinin ölçülməsi lazımdır. Hamiləlik üçün qan testi növləri keyfiyyət və kəmiyyət HCG qan testi olmaq üzrə iki növə ayrılır. Keyfiyyət HCG qan testində sadəcə qan səviyyəsində HCG hormonunun varlığına və yoxluğuna baxılır. Çox zaman adət vaxtının gecikməsindən 11 gün sonra edilən qan testində qanda HCG hormonunun müəyyən edilməsi halında test pozitiv, yoxluğunda isə neqativ olaraq nəticələnir.

Kəmiyyət HCG testində isə qandakı HCG hormonunun miqdarı ölçülür. Döllənmənin ardından keçən 6-cı gündən etibarən yüksəlişə gedən betta HCG hormon səviyyəsinin müəyyən edildiyi bu test hamiləliyin araşdırılması ilə bərabər hamiləlik zamanı yaşana biləcək düşük və ektopik hamiləlik kimi problemlərin müəyyən edilməsi üçün də istifadə edilir. Hamiləlik qan testi nəticəsi pozitiv çıxanların hamilə olduğu böyük ölçüdə müəyyən edilsə də bu sadəcə ön diaqnoz olaraq dəyərləndirilir. Hamiləliyin dəqiq diaqnozu üçün ultrason müayinə zamanı hamiləlik kisəsinin görülməsi əsasdır. Hamiləlik testi etdirməyi düşünən qadınlar tez-tez “hamiləlik qanda neçənci gündə müəyyən olur?” və ya “1 həftəlik hamiləlik qan testində müəyyən edilirmi?” şəklində suallar soruşa bilirlər.

Neçə Günlük Hamiləlik Qan Testində Çıxar?

Hamiləliyin varlığının müəyyən edilməsi üçün qan səviyyəsində baxılan betta HCG hormon səviyyəsinin yüksəlmə vaxtı qadından qadına fərqlilik göstərsə də testin ümumi olaraq adət gecikməsindən sonrakı 11-ci gündə edilməsi məsləhət görülür. Qanda hamiləlik testi səhv çıxanlar ümumilikdə bu müddətdən öncə test etdirdikləri üçün xətalı nəticə ilə qarşılaşırlar. Testin doğruluğunun anlaşılması üçün test 48 ilə 72 saat sonra təkrarlana bilər. Betta HCG səviyyəsinin hamiləlik həftəsinə uyğun şəkildə yüksək olması lazımdır. Betta HCG hormonunun proqnoz ediləndən yüksək olması hamiləliyin başlanğıc zamanının xətalı hesablanmasından qaynaqlana biləcəyi kimi çoxdöllü hamiləlik və mol hamiləliklərə bağlı olaraq da yarana bilir. Ayrıca tək başına testin pozitiv nəticələnməsi hamiləliyin sağlam bir şəkildə olduğu mənasını daşımaz. Hamiləliyin 4 və ya 5-ci həftəsindən sonra edilən ultrason müayinəsində hamiləlik kisəsinin görülməsi lazımdır. Hamiləlik qan testi nəticəsində betta HCG azlığı görülməsi isə hamiləliyin başılanğıc tarixinin səhv hesablanması və ektopik hamiləlik varlığı kimi bir çox fərqli haldan qaynaqlana bilir. Bu kimi bir halın varlığında irəli diaqnoz analizləri etməsi lazım ola bilir.

Hamiləlik Qan Testi Nəticəsi

Hamiləlik zamanı yaranan, döllənən yumurtanı qidalandıran və uşaqlıq divarına bağlı olan kisə plasenta olaraq təyin olunur. HCG hormonu sürətlə inkişafını davam etdirən plasenta tərəfindən yaradılır. Qan testində hamiləlik təyin olunması üçün hamiləliyin yarandığı gündən sonrakı 11-ci gün betta HCG testi etdirilməlidir. Testin doğruluğunun dəqiqləşdirilməsi üçün 48 ilə 72 saat sonra test təkrarlana bilər. Bu müddətin gözlənilməsinin əsas səbəbi HCG hormon səviyyəsinin bu vaxt içərisində get gedə artmasıdır. Qan testində hamiləlik müəyyən edilməsi üçün HCG dəyərinin ən az 5 mlU/ml və üzərində olması lazımdır. Bu dəyər hamiləlik həftəsi irəlilədikcə yüksəlir. Hamiləliyin 3-cü ayına qədər artdıqdan sonra bir miqdar düşər və hamiləlik müddəti boyunca sabit qalar. Dolayısı ilə 5 mlU/ml və üzəri HCG qadının hamilə olduğunu göstərir. Betta HCG testi etdirənlərin tez-tez soruşduğu bir digər sual da “Qanda hamiləlik nə zaman müəyyən olar” şəklindədir. Test nəticəsi qan verildiyi gün hazır olur.

Qanda Hamiləlik Testi Neçə Olmalıdır?

Qanda hamiləlik testi etdirməyi düşünənləri maraqlandıran suallardan biri də “ Hamiləliyin müəyyən edilməsi üçün qanda hamiləlik testi neçə olmalıdır” şəklindədir. Hamiləliyin varlığından söz edilməsi üçün betta HCG dəyərinin ən az 5 mlU/ml səviyyəsində olması lazımdır. Hamiləlik həftələri irəlilədikcə qanda müşahidə edilən betta HCG hormon səviyyəsi də sürətlə yüksəlir. 4 həftəlik hamiləlikdə 5 ilə 425 mlU/ml olan dəyər, 5-ci həftədə 20 ilə 7.300 mlU/ml səviyyəsinə, 6-cı həftədə isə 1.080 ilə 56.000 mlU/ml səviyyəsinə çatır.Bu dəyərlər hamiləliyin təxmini olaraq 12-ci həftəsinə qədər getdikcə artır və sonrasında yavaş-yavaş azalmağa başlayır. Bu nöqtədə son müşahidə eilən adət qanamasının ilk gününün hamiləliyin də birinci günü qəbul edildiyi unudulmamalıdır.

Qanda Hamiləlik Testi Səhv Çıxanlar

Evdə edilən hamiləlik testləri və sidik yolu ilə baxılan hamiləlik testlərində bir miqdar xəta payı olsa da qandan edilən hamiləlik testlərində xəta payı olduqca aşağıdır. Lakin yenə də hamiləlik varlığının erkən dövrdə doğru bir şəkildə müəyyən edilməsi üçün edilən qanda hamiləlik testi bəzi hallarda səhv nəticə verə bilir. Betta HCG səviyyəsinin aşağı çıxması qadının hamilə olmadığını göstərsə də ektopik hamiləlik, hamiləlik həftəsinin xətalı hesablanması və testin erkən dönəmdə edilməsi kimi amillər betta HCG düşüklüyünə yol aça bilir. Ayrıca olaraq düşüklə nəticələnən hamiləliklərdə də betta HCG səviyyəsi aşağı çıxa bilər.

Bu kimi halların qarşısına keçmək üçün test 48 ilə 72 saat sonra təkrar edilə bilir. Betta HCG testinin yüksək çıxması isə hamiləliyə işarə edər. Lakin hamiləlik tarixinin səhv hesablanması, çoxdöllü və ya mol hamiləlik varlığında da test gözlənilən səviyyənin üzərində çıxa bilər. İstifadə edilən dərmanlar, erkən mərhələdə reallaşan düşüklər və bəzi xərçəng növləri də betta HCG səviyyəsinin pozitiv çıxmasına yol aça bilir.

Hamiləliyin Qan Testi və Sidikdə Hamiləlik Testi ilə Yoxlanılması Arasındakı Fərq

Sidikdən baxılan hamiləlik testi bir sağlamlıq qurumlarında edilə biləcəyi kimi aptekdən alınan hamiləlik kiti ilə evdə də edilə bilir. Adət gecikməsindən sonrakı həftə içərisində edilən bu testin xəta payının ən aza endirilməsi üçün test adət gecikməsinin ardından keçən 14-cü gündə edilməlidir. Bəzi özəl hamiləlik kitləri cinsi əlaqədən sonrakı 6-cı gündə də nəticə verir. Bu test kitindən çıxan kiçik qabda idrar toplanır və ardından çubuğun uc hissəsi idrara batırılır. Test çubuğunun üzərindən testin neqativ və ya pozitiv çıxması sürətli bir şəkildə öyrənilə bilir. Burada bəhs edilən üsullar markalar arasında fərqlilik göstərdiyindən test öncəsində kitin istifadə təlimatını diqqətlə oxumaq lazımdır. Qandan baxılan hamiləlik testi isə yalnız laboratoriya şəraitində edilə bilir. Bu baxımdan dəyərləndirildiyində sidikdən baxılan hamiləlik testi daha tez nəticə versə də hamiləik varlığının dəqiq bir şəkildə başa düşülməsi doğruluq payı daha yüksək olan qan testinin etdirilməsi lazımdır.