Stress bir çox xəstslik üçün risk yarada biləcəyi kimi, bəzən də xəstəliklərin müalicəsi müddətində də neqativ təsir yarada bilir. Xüsusi ilə süni mayalanma müalicəsi kimi öz-özlüyünə stress yaradan bir müalicə müddətində streslə düzgün və təsirli bir üsul ilə başa çıxmaq son dərəcə vacibdir. Bəs cütlüklər bunu necə reallaşdıra bilər?
Bu problemin cavabını Bahçeci Sağlık Grubunun psixoloqu Gözde Özçelik maddələr halında belə sıraladı…
- Güvəndiyiniz və özünüzü rahat hiss etdiyiniz bir mərkəzdə müalicə alın.
- Müalicənin gedişi haqqında həkiminizdən və doğru qaynaqlardan məlumat alın,professional olmayan internet saytlarına girməyin.
- Stress qaynaqlarını təyinləşdirməyə və stresi yaradan faktorlardan uzaq durmağa çalışın.
- Streslə necə başa çıxmağı, rahatlamağı və nəfəs texnikasını öyrənin.
- Keçmişdə istifadə etdiyiniz və problemlərlə baş etməkdə təsirli bildiyiniz üsullardan yararlanın.
- Streslə baş etməkdə çətinlik çəkirsinizsə müalicədən əvvəl və ya müalicə müddətində psixoloji dəstək alın.
- Hisslərinizi ört-basdır etmək yerinə açıq ifadə edin.
- Tənzimlənə biləcək stress qaydalarının öz kontrolunuz altına alın. Dəyişdirə bilmədiyiniz və kontrol edə bilmədiyiniz şeyləri qəbul etməyə çalışın. Bunun əvəzinə kontrolunuz altında olan şeylərdən ziyadə misal olaraq problemlərə necə reaksiya verməyinizə çalışın.
- Güvəndiyiniz bir dostunuza və ya bir terapevtə müraciət edərək hisslərinizi paylaşın, sadəcə özünüzü açmaq belə sizi böyük ölçüdə rahatladacaq.
- Müalicə ilə bağlı sizə sual verən insanlardan və mühitdən uzaq durun, lazım olsa bunun sizə aid olduğu bir mövzu olduğunu bildirin.
- Problemin içində olan üstünlükləri görməyə çalışın. Qarşıdurma həllini fərdi inkişafa qatqısı olan bir fürsət kimi görməyə çalışın.
- Əyləncə və rahatlama üçün özünüzə zaman ayırın.
- Aktiv olun.
- Cütlük olaraq bir birinizə dəstək olmağa çalışın və əlinizdən gələn hərşeyi ən yaxşı şəkildə etdiyinizi xatırlayaraq bir birinizi tərifləndirməyi unutmayın.
- Süni mayalanma müalicəsində hər mərhələni bir zəfər olaraq görün və hər mərhələ üçün özünüzü və yoldaşınızı təbrik edin.
- Tək sonsuz cütlüyün siz olmadığını, bu problemi yaşayan minlərlə cütlük olduğunu xatırlayın.
Henüz yorum yapılmamış
Diğer Yorumlar