Süni mayalanma müalicəsində edilən transfer işləmi sonrasında tutunma təbii yollardan əldə edilən hamiləliklərə nisbətən daha sürətli olur. Tutunma işləmi və əlamətləri haqqında ətraflı məlumatlara keçmədən əvvəl süni mayalanma müalicəsində tutunma mərhələsinin necə reallaşdığı yaxşı başa düşülməlidir.
Ağrısız bir üsul olan yumurta toplama işləmindən sonra toplanan yumurtalar laboratoriya mühitində sperma hüceyrələri ilə birləşdirilir. Əldə edilən embrion qadının uşaqlığına transfer edilir. Süni mayalanma müalicəsində son mərhələ olan emrbion transferi anesteziyasız, ginekoloji müayinə pozisiyasında yatırılan qadının uşaqlığına embrionun kateter vasitəsilə yerləşdirilməsi ilə reallaşdırılır.
Hamiləliyin olub olmadığını kontrol etmək üçün işləmdən 12 gün sonra qandakı Beta HCG hormon səviyyəsi kontrol edilir. Bu müddət içərisində qadının bədənində hormonal olaraq bir dəyişiklik olmadığı üçün ümumilikdə süni mayalanma embrion tutunma əlamətləri də müşahidə edilməz. Hamiləlik testinin pozitiv olması da hamiləlik dövrünün uğurla davam edəcəyi mənasına gəlməz. Təbii yollardan əldə edilən hamiləliklərdə olduğu kimi süni mayalanma müalicəsi sonrasındakı ilk 3 ayda da düşük riski vardır. Süni mayalanma tutunma qanaması olaraq bilinən ləkələnmə və ya qısa müddətli, az miqdarda qanama implantasiya dövrünə bağlı olaraq müşahidə edilə bilir. Bu tip qanamalar hamiləliyə təsir etməsə də çox miqdarda, qəhvəyi rəngli və ya açıq rəngli qanama müşahidə edildiyində həkimə müraciət etmək lazımdır. Süni mayalanma transfer sonrası tutunma qanaması uşağın əminliklə düşməsi mənasına gəlməz. Bu səbəblə bir qanama ilə qarşılaşıldığı hallarda həkim tərəfindən yazılan dərmanların qəbuluna davam edilməlidir.
Süni Mayalanma Müalicəsində Tutunma Nədir?
Süni mayalanma üsulunda laboratoriya mühitində meydana gələn embrion həssas cihazlar köməyi ilə müşahidə altında tutulur. Qadının uşaqlığı mühitini təmin edən kültür vasatları, uyğun temperatur şərtləri və qadının qarnında olan oksigen və karbondioksid qazlarını eynilə təmin edən irəli texnoloji cihazlarda embrionlar transfer öncəsində 2 ilə 5 gün gözlədilir. Sonrasında incələnərək böyümə nisbətləri dəyərləndirilir və ən yaxşı halda olan embrion və ya embrionlar kateter köməyi ilə qadının uşaqlığına transfer edilir.
Daha əvvəlcədən hazır hala gətirilən uşaqlıq divarı və ya digər bir deyimlə endometriuma tutunmaya hazır olan embrion qabığından çıxar. Uşaqlıq divarına tutunan embrion bu bölgədə inkişafına davam edər. Bu hal süni mayalanma müalicəsində tutunma olaraq adlandırılır. Süni mayalanma müalicəsində diqqət edilməsi lazım olanlardan ən vacibləri: bu müddət içərisində siqaret və spirtli içki qəbulundan uzaq olması, həkim tərəfindən yazılan dərmanların davamlı olaraq qəbul edilməsidir. Beləliklə tutunmanın reallaşma və embrionun sağlam bir şəkildə böyüməsinin şansı artır.
Emrbrion Transferi Sonrasında Nə etmək Lazımdır?
Xalq arasında yayılan embrion transferi sonrası yarım saat uzanıqlı vəziyyətdə qalma halı edilən araşdırmalara görə embrionun tutunması ilə əlaqəli deyildir. Transfer sonrası dərhal ayağa qalxan və 1 saat yataraq dincələn xəstələrin hamiləlik nisbətləri arasında ciddi bir fərq yoxdur. Bu səbəblə aparılan araşdırmalar işığında qadının embrion transferi işləmi sonrası uzun şəkildə yatmasına ehtiyac yoxdur. Embrionun uşaqlığa köçürülməsindən sonra cinsi əlaqəyə girilməsi də embrionun tutunma şansını azaltmaz. Əksinə kişi ejakulatında olan və qadına keçən mayelər qadının immunitet sisteminə təsir edərək embrionun tutunmasını asanlaşdırır.
Embrion transferi sonrası həddən artıq hərəkət etmək və idman ilə əlaqəli olaraq dəqiq bir araşdırma yoxdur. Lakin, bədəndə olan titrəşimlərə səbəb olduğu bilinən idman növləri embrionun düşməsinə səbəb ola bilər. Ayrıca olaraq edilən fiziki hərəkətlər ilə birlikdə bədən temperaturunun yüksəlməsi də düşüyə səbəb ola bilir. Embrion transferi sonrasında qadın narahatlıq və stresdən uzaq durmalı, sağlam qidalanmalı, həkim tərəfindən verilən dərmanları axsatmadan qəbul etməlidir.
Embrion Nə Zaman Tutunur?
Embrionun qadının uşaqlığına köçürülməsi işləmi yumurtaların toplanıb laboratoriya şəraitində döllənməsini təqib edən 3 və ya 5-ci günündə icra edilir. Çox hallarda blastokist olaraq bilinən 5-ci gündə edilən transfer işləmi üstün tutulur. Bu dövrdə hamiləlik əldə edilmə potensialı ən yüksək olan embrion seçilir. Lakin, transferin hansı gündə ediləcəyi embrion sayı və keyfiyyətinə bağlıdır. Qadının yaşı da transfer işləminin neçənci gündə ediləcəyini müəyyən edən digər bir faktordur. Təbii yollarla olan hamiləliklərdə tutunma zamanı təxmini 20-24 gün çəkər. Blastokist mərhələsində edilən transferlərdə embrionun qadının uşaqlığına tutunması isə eyni gün içərisində və ya sonrakı gün reallaşır. Əgər embrion blastokist mərhələsindəykən transfer edilməzsə embrionun transferini təqib edən 4-cü və ya 5-ci gündə tutunma başlayar.
Süni mayalanma müalicəsində hamiləliyin başlanğıc tarixi yumurtaların toplandığı gün olaraq qəbul edilir. Bunun səbəbi yumurtaların toplandığı gün laboratoriya şəraitində sperma tərəfindən döllənməsidir. Hamiləliyin olub olmadığı isə 12-ci gündə edilən qan testi ilə dəqiq şəkildə bilinir. İrəliləyən günlərdə təkrar edilən qan testi ilə hormon səviyyələrinin artımı kontrol edilir. Hamiləliyin 8-ci həftəsində ultrason ilə aparılan dəyərləndirmə ilə kisə və ya ürək döyüntüsü müşahidə edilir. Bəzi hallarda gec tutunma da müşahidə edilir. Hamiləlik dövrünə və doğum sonrası hər hansı bir təsiri olmayan bu hal tamamilə qadının geç ovulyasiyasına bağlıdır. Belə bir halda hamiləlik həftəsinin hesablanması 1 həftə kimi fərqlənə bilir.
Süni Mayalanma Sonrası Tutunma Əlamətləri Nələrdir?
Süni mayalanma müalicəsinin vacib və son mərhələsi olan süni mayalanma trasnferindən sonra tutunma əlamətləri embrion transferindən sonrakı bir neçə gün içərisində müşahidə edilən qasıq və bel ağrıları şikayətləridir. Lakin, qasıq və ya bel ağrıları başlı başına hamiləlik əlaməti olmadığı üçün bu şikayətlər süni mayalanma transferi sonrası tutunma əlamətləri arasında yer almaz. Əmələ gələn bel və ya qasıq ağrıları simptomları hər ana namizədində görülmədiyi kimi embrion transferi sonrasında bəzi qadınlarda görünən bel və ya qasıq ağrısı ilə əlaqəli dəqiqləşmiş bir məlumat da yoxdur.
Hamiləliyin olub olmadığı transfer işləmi sonrasında qanda baxılan Beta HCG hormon dəyəri ilə dəqiq olaraq başa düşülür. Çox erkən dövrdə təzyiq düşüklüyü, bulantı, qusma kimi əlamətlər də müşahidə edilməz. Qanda artan Beta HCG hormon səviyyəsinə bağlı olaraq hamiləliyin irəliləyən mərhələlərində bəzi hamilələrdə bu şikayətlər müşahidə edilir. Süni mayalanma müalicəsində tutunma əlamətləri normal yollardan əldə edilən hamiləlik ilə eynidir. Qan testində görünən pozitivlik ilə dəqiqləşən hamiləlik sonrasında bəzi qadınlarda qoxu və dadlara qarşı həssaslıq arta bilir.
Bunlara əlavə olaraq süni mayalanma sonrası tutunma əlamətləri arasında iştah artımı da müşahidə edilir. Bu əlamətlər çox hallarda qan testindən sonra ortaya çıxsa da, bəzən embrion transferi sonrasında da müşahidə edilir. Hamiləliyin əmələ gəlməsinin ardından 4-cü həftədən sonra bəzi qadınlar ürək bulantısından şikayət edə bilir. Ancaq qan tesi öncəsində belə bir əlamətlərin varlığı çox hallarda psixoloji olaraq müşahidə edilir. Qan tesi öncəsində müşahidə edilən ürək bulantısı həyəcana və stresə bağlıdır.
Embrion transferi sonrasında nadir hallarda olsa da qanama və ya ləkələnmə müşahidə edilir. Tutunma əlamətləri arasında da görülən bu halın əsas səbəbi transfer işləmi zamanı kateterin əlaqəli olan nahiyyəni yaralamasından qaynaqlanır. İmplantasiya dövrünə bağlı olaraq müşahidə edilən bu qanamalar qısa müddətli və çox az miqdardadır, hamiləliyin yaranması dövrünə təsir etməz. Süni mayalanma tutunma əlamətləri arasında daha bir neçə əlamət olduğu deyilsə də bu yanaşmalar elmi olaraq hamiləlik ilə birəbir əlaqələndirilmiş deyildir. Təbii yollarla əldə olunan hamiləlikdə olduğu kimi süni mayalanma ilə əldə edilən hamiləlik ancaq qan testi ilə anlaşılır. Hamiləlik boyunca qadınlar fərqli əlamətlər hiss edə bilərlər.
Süni mayalnma müddəti boyunca xoş düşünmək lazımdır, qulaqdan eşidilən və heç bir elmi əsası olmayan məlumatlardan uzaq durmaq lazımdır. Süni mayalanma üçün tətbiq edilən emrbion transferi sonrası yaranan şikayətləriniz və ağlınıza gələn digər suallarınız üçün 012-598-05-43/49 telefon nömrələri ilə əlaqə saxlaya bilərsinz.
Henüz yorum yapılmamış
Diğer Yorumlar