PLT (Trombosit) Nədir, Yüksəkliyi və Düşüklüyü Nə Mənaya Gəlir?

Plateletlər də adlanan trombositlərin funksiyası laxtalanma ilə birlikdə qan damarı yaralanmasından qaynaqlanan qanamaya reaksiya vermək və laxtalanmanı təmin edərək qanamanı durdurmaqdır. Plt nədir, qan təhlili normal dəyəri neçədir, qanda plt nədir kimi sualların cavabını yazının davamında tapa bilərsiniz.

Plt (Trombosit) Nədir?

Plt, platelet sözünün qısaldılmış şəkli olub plt nədir sualının cavabını: Qan dövranında olan və laxtalanmanı təmin edərək qanamanın durdurulmasına kömək edən hüceyrələr şəklində açıqlaya bilərik. Trombosit nədir sualı isə qısaca plateletlərə verilən digər ad olaraq cavablana bilər. Trombosit sözünün kökü trombozdur və laxtalanma deməkdir. Trombosit və ya plateletlər sümük iliyində olan və megakaryosit adı verilən kök hüceyrə mənşəli olur. Trombositlərin hüceyrə nüvəsi yoxdur və disk bənzəri bir görüntüyə sahibdir. Bu hüceyrə elementləri ağ qan hüceyrələri və qırmızı qan hüceyrələrindən daha kiçik bir ölçüyə sahibdir.

Damar yaralanmalarında qanamanı durdurmaq üçün laxtalanmanın təmin edilməsi trombositlər tərəfindən həyata keçirilir. Qan damarlarında bir yaralanma və ya kəsilmə olduğunda plateletlər lazımlı bölgəyə yapışır və bədənə kimyəvi siqnallar göndərərək digər laxtalanma maddələrinin çağırılmasını təmin edir. Yaralı sahədə tıxac yaratmaq üçün bir-birlərinə bağlanan plateletlər laxta yaranmasını təmin edir. Yaradılan laxtanı bir arada tutmaq üçün daha sonra başqa faktorlar da tıxaca yapışır.

PLT Qan Dəyəri Nədir?

Qandakı normal PLT dəyəri nədir sualını verənlər üçün aşağıda əlaqəli məlumatlar verilmişdir. Bununla bərabər normal dəyər aralıqları laboratoriyaya görə dəyişiklik göstərə bilər. Bəzi laboratoriyalar fərqli ölçümlər istifadə edir və fərqli nümunələri test edə bilir. Bu səbəblə test nəticələrimiz haqqında həkiminizlə mütləq danışmanız lazımdır.

Qandakı normal trombosit sayı kobud desək mikrolitrəyə 150.000 ilə 400.000 trombosit (mcL) şəklində ifadə edilə bilir. Trombosit referans dəyəri 150.000 – 400.000 / mcL şəklində qısaldılmış olaraq müəyyən edilir.

Qan Təhlilində PLT Nədir?

Plt qan analizi üçün öncədən ac qalma və s. hər hansı bir ön hazırlıq lazım deyil. Bəs qan analizi plt nədir? Qoldakı bir damardan qan nümunəsi alınaraq plt sayının ölçümünə dayanan bir testdir. Test sırasında qan almaq üçün enjektorla damara girildiyində yüngül bir ağrı hiss edilə bilir. Bəziləri bunu sadəcə bir batma kimi hiss edərlər.

Qanda olan trombositlərin sayına bir çox xəstəliklər təsir edə bilir. Qan laxtalanması və ya qanama olduğunda səbəbini təyin etmək üçün plt analizi istifadə edilir. Trombosit sayımı mövcud xəstəliklərin təqibini etmək və ya başqa xəstəlikləri müəyyən etmək üçün edilir.

Trombosit Yüksəkliyi Nədir, Nə Mənaya Gəlir?

Plt yüksəkliyi nədir sualının cavabını bilmək istəyənlər üçün cavablamaq lazım olarsa; qandakı platelet sayının 400.000 / mcL-nin üzərinə çıxması halında ortaya çıxan tabloya verilən addır. Plt yüksəkliyi tibbi ədəbiyyatda trombositoz olaraq adlandırılır və bədənin lazım olandan çox trombosit yaratması mənasına gəlir. Plt yüksəkliyi hansı xətəliyin göstəricisi, qanda plt yüksəkliyi niyə ortaya çıxar kimi suallar xəstələr tərəfindən tez-tez soruşulur. Trombosit yüksəkliyi səbəbləri arasında aşağıdakıları saymaq olar:

Qandakı qırmızı qan hüceyrələrinin (hct dəyəri) normaldan daha erkən yıxıldığı bir növ anemiya (hemolitik anemiya)

Aşağı dəmir, oraq hüceyrə xəstəliyinə bağlı anemiya

Bəzi infeksiyalardan sonra, böyük cərrahiyyə və ya zədə

Bəzi xərçəng xəstəliyi növləri

Bəzi dərmanlar

Policythemia vera adlı sümük iliyi xəstəliyi

Sümük iliyi məlum səbəb olmadan çox sayda trombositə səbəb olur (primer trombositemi)

Dalağın yaxın zamanda cərrahi olaraq alınması

Yüksək trombosit sayı olan bəzi insanlarda qan laxtalanma riski vardır. Qan laxtaları ciddi tibbi problemlərə yol aça bildiyindən bu kimi hallarda təcili dəstək lazımlıdır.

Trombosit (PLT) Yüksəkliyi Müalicəsi

Hər hansı bir əlaməti olmayan stabil xəstələrdə hər hansı bir müalicə lazım olmaya bilir. Bu xəstələrdə həkimləri tərfindən rutin kontrollar lazım olur. Doğuşdan olmayan, sonradan yaranan trombositoz formaları nadirən müalicə tələb edir. Fərqli şikayətləri olan xəstələr üçün bir neçə müalicə seçimi mövcuddur. Birincisi, trombositoza səbəb olan xəstəliyin müalicə edilməsidir. Bəzi hallarda qan laxtalarının önlənməsinə kömək olmaq üçün aspirinə başlanılır. Bu məqsədlə istifadə edilən aspirin dozası aşağıdır və ümumilikdə mədə rahatsızlığına və ya qanamaya səbəb olmaz.

Doğuşdan olan trombosit yüksəkliyi üçün sümük iliyində trombosit yaranmasını basqılamaq üçün fərqli dərmanlar qəbul edilir. Bu dərmanların ümumilikdə ömür boyu qəbul edilməsi lazım olur.

Plt-ni Azaldan Qidalar

Öncəliklə trombosit sayını artıran qidalardan uzaq durmaq vacibdir. Trombosit sayını azaldan qida və içkilər isə bu şəkildə sıralana bilər:

  • Gündə ən az 2 lt su
  • Çiy sarımsaq
  • İtburnu çayı (10 dəqiqə dəmlənmiş): Gündə 2 dəfə itburnu çayı içmək plt sayını azatlmaqda son dərəcə təsirlidir.
  • Üzüm toxumları
  • Alça
  • Nar
  • Aloe vera suyu
  • Tuna, somon, sardina və siyənək kimi omeqa 3 baxımından zəngin balıqlar
  • Xiyar
  • Göbələk
  • Turp
  • Darçın
  • Kofe

Trombosit Azlığı Nədir, Səbəbləri Nələrdir?

Plt azlığı nədir sualına cavab qısaca qandakı plateler sayının normal dəyəri olan 150.000 / mcL altına enməsidir. Plateler sayı 50.000 / mcL-nin altına düşdüyündə qanama riski çox artmışdır. Bu halda günlük fəaliyyətlər sırasında belə qanama ola bilər. Plt azlığı 3 əsas səbəbdən ortaya çıxa bilər:

1. Sümük iliyində yetərli trombosit yarana bilmir
2. Qan dövranında trombositlər yox olur.
3. Dalaqda və ya qaraciyərdə trombositlər yox edilir.

Bu suallara yol aça bilən trombosit azlığı səbəbləri arasında ən geniş yayılanlar bunlardır:

Kimyaterapiya və ya radiasiya kimi xərçəng müalicələri platelet kök hüceyrələrinə zərər verərək azlığa səbəb olur.

Müxtəlif dərmanların qəbulu

İmmun sisteminin yanlışlıqla trombositlər kimi sağlam bədən toxumasına hücum etdiyi autoimmun pozulmalar (SLE, ITP)

Lösemi və limfoma kimi sümük iliyi xərçəngi

Aplastik anemiya adı verilən qan xəstəliyi

Wiskott – Aldrich vəya May – Hegglin sindromu kimi ailədə olan xəstəliklər

Suçiçəyi, qabaqulaq, məxmərək, HIV və ya Epstein-Barr kimi virus infeksiyaları

Trombositləriniz aşağıdırsa qanamanı necə önləyəciyiniz və qanama keçirməniz halında nə etməniz lazım olduğu mövzusunda həkiminizlə görüşmək ən doğru yoldur.

  • Plt Azlığı Əlamətləri
  • Bədəndə sadə, sıx və həddən artıq göyərmə
  • Halsızlıq, yorğunluq
  • Yaralanma halında həddən artıq qanama
  • Qadınlarda həddən artıq adət qanaması
  • Sarılıq
  • Dalaqda böyümə
  • Sidik və ya nəcisdə qan
  • Baş ağrıları

Trombosit (PLT) Azlığı Mülicəsi

Trombositlərdə həddən artıq azlıq yoxdursa müalicəyə ehtiyac olmaya bilər. Müalicə lazımlılığı olan hallarda isə azlığa səbəb olan xəstəlik müalicə edildiyində plt dəyərləri də normallaşa bilir. Plt azlığı müalicəsi üçün əgər istifadə edilən bir dərman azlığa səbəb olursa istifadə edilən dərman dəyişilməlidir. Keçməyən ciddi trombositopeni hallarında plt düşüklüyü necə yüksəldilir sualına cavab ola biləcək fərqli müalicə seçənəkləri mövcuddur. Trombosit azlığı müalicəsi üçün edilə biləcəklərin bəzilər bunlardır:

Bədəninizin trombositləri yox etməsini dayandırmaq üçün steroid qrupu verilən dərmanlar istifadə edilə bilir.
Sağlam bir insandan alınan qan və ya trombosit xəstəyə köçürülə bilir.

Lazımlı hallarda dalağı əməliyyatla çıxarmaq faydalı ola biir.

Bəs müalicədə istifadə edilən trombosit qan nədir, necə əldə edilir? Qan donoru olan insandan qan alınıb trombositlərini ayırıb toplanmasından sonra qalan qismin geri verilməsi şəklində edilən prosedurdur.

Trombositlərin aşağı olduğu hallarda qanamanı önləmək üçün aspirin kimi qan sulandırıcı dərmanlardan, bitki mənşəli əlavələrdən və spirtli içki istifadəsindən qaçmaq lazımdır. Çünki bunlar qanamanı daha da pisləşdirir. İnsanın zədəyə məruz qala biləcəyi futbol və ya boks kimi idmanlardan uzaq durması vacibdir. Diş əti qanamasını önləmək üçün yumşaq bir diş fırçası istifadə edilməlidir. Maşında təhlükəsizlik kəməri taxmalı və yaralanmaları önləmək üçün elektrikli alətlərlə çalışarkən əlcək və eynək istifadə edilməlidir.

Trombosit Azlığında Nələr Yemək Lazımdır?

Tombosit sayını artıran qidalardan bəziləri aşağıda qeyd olunur:

  • balqabaq
  • kök
  • kələm
  • Şirin kartof
  • İspanaq
  • kərəviz
  • Yaşıl mərcimək
  • Püstə fındıq
  • Papatya
  • Çuğundur suyu
  • süd
  • yumurta
  • qaraciyər
  • Nar
  • Buğda otu
  • Balqabaq
  • Portağal, limon, naringi, çiyələk, kivi kimi C vitamini ilə zəngin olan meyvələr
  • Hindistan qarağat
  • Küncüt yağı