Adını “Human Chorionic Gonadotropin”in baş hərflərindən alan HCG hamiləlikdə plasenta tərəfindən ifraz edilən bir hormondur. Embrion uşaqlıq divarına tutunduqdan sonra plasentanın içərisindəki sinsityotrofoblast adlı hüceyrələr hcg hormonunu ifraz edir. Bu hormonun funksiyası yumurtalıqlarda olan corpus luteum adlanan quruluş ilə əlaqəli olub hamiləlik üçün vacib olan progesteron hormonunun ifraz edilməsini təmin etməkdədir. Corpus luteumdan ifraz olunan progesteron hamiləliyin davamı üçün lazımlıdır. Bir başqa şəkildə özətləmək lazım olarsa Beta HCG hormonu əslində embrion ilə yumurtalıq arasında əlaqə yaradıb embrionun inkişafı üçün ananın bətnindən lazımlı hormonun ifraz olunmasını təmin edib embrionun inkişafı üçün ananın bədənindən lazımlı hormonun ifrazını təmin edən xərbərdar edici bir molekul kimi davranır.

Bunun xaricində son aparılan çalışmalar Beta hCG-nin bir çox funksiyası olduğunu ortaya çıxarmışdır. Bunlardan ən vacibləri:

  • Embrion inkişaf etdikcə uşaqlığın da böyüməsini təmin etmək,
  • Uşaqlığın damarlanmasını artırmaq,
  • Bədəndəki fagozitozları blok edərək bunların embrionu bəsləyən hüceyrələrə hücum etməsinə mane olmaq
  • Göbək kordonunun inkişafını və böyüməsini təmin etmək olaraq sıralana bilər.

Beta hCG hormonu ananın qaraciyərində metbaolizə olur və 20%-i böyrəklər tərəfindən atılır. Bu səbəblə hamilələrdə həm qanda, həm də sidikdə müşahidə edilir.

HCG Dəyərləri Nə Zaman Yüksəlir?

Normal hamiləlik zamanı hCG yaranması plasentanın uşaqlığa tutunması ilə başlanılır. Hamiləlik varlığını dəstəkləyici konsentrasiyasına (təxmini 5 mIU/ml) döllənmədən sonrakı təxmini 8-11 gün içərisində çatır. Bu müddət hamilələrdə son adət başlanğıc tarixindən sonrakı 3-4 həftəyə qədər gəlir. Hamilələrin təxmini olaraq yarısına hCG konsentrasiyası adət gecikməsinin birinci günündə 25 mIU/ml nisbətində olur. Səkkizinci həftəyə qədər olan dövrdə serum (qan) hCG konsentrasiyasında çox sürətli bir şəkildə artım meydana gəlir. Sağlam bir hamiləlikdə hCG dəyərləri 72 saatda bir-iki qatına çıxır.

Bədəndəki hCG miqdarı təxmini olaraq 1000-2000 mIU/ml səviyyəsinə yüksəldiyi zaman transvaginal ultrason ilə kisə müşahidə edilir.

Bununla birlikdə digər hormonlarla müqayisə edildiyində hamiləlik dövründə hamilələr arası konsentrasiya fərqi ən çox olan parametrin hCG olduğu deyilə bilər. Bu səbəblə sağlam bir hamiləliyin müəyyən edilməsi üçün yalnız hCG dəyərləri kifayət bir parametr deyil.

HCG Dəyərlərinin Həddən Artıq Yüksəlməsi Nə Deməkdir?

Hamiləlikdə hCG dəyəri yüksəkliyinin bir çox səbəbi ola bilir. Bu səbəblərin kənarlaşdırılması üçün testin 48-72 saat arasında təkrar edilməsi lazımdır.

Yüksək hCG dəyərləri səbəbləri:

  • Hamiləlik tarixinin səhv hesablanması,
  • Xalq arasında üzum hamiləliyi olaraq bilinən mol (molar) hamiləlik,
  • Kənar (ektopik) hamiləlik,
  • Çoxdöllü hamiləlik olaraq sayıla bilər.

Hamiləlik xaricində hCG yüksəlməsi bir çox sağlamlıq problemlərinə də işarə verə bilər; bunlardan bəziləri Daun sindromu kimi doğumsal anomaliyalar, testis və yumurta xərçəngləri, qaraciyər şişləridir.

Beta hCG Dəyərinə Görə Hamiləlik Diaqnozu

Hamiləlik diaqnozunda Beta hCG (serum testləri), sidik testlərindən çox daha həssasdır. Bir çox sidik testində testin pozitiv çıxması üçün hCG səviyyəsinin 20 mIU/mL-dən çox olması lazımdır. Apteklərdə satılan bir çox hamiləlik test kitləri hiperglikolizə hCG formlarını müəyyən edə bilməz. Bu səbəblə bu testlərdə qadın hamilə olduğu halda xüsusilə çox erkən dövrdə neqativ nəticə ala bilir. Buna yalançı neqativlik deyilir.

Lakin qan testləri çox həssasdır. Hamiləlik qan testi hCG dəyərinin 5 mIU/ml-dən az olması neqativ nəticə, yəni hamiləlik olmadığını göstərdiyi halda, 25 mIU/ml-dən çox olması pozitiv nəticə, yəni hamiləlik göstəricisidir. 6 ilə 24 mIU/ml arasındakı dəyərlər isə boz sahə olaraq adlandırılır və bir neçə gün sonra testin təkrarlanması lazım olur.

Hamiləliyin sonlanmasından 7 ilə 60 gün sonra hCG dəyərləri 0-a düşür. hCG azalmasının təqibi molar və ektopik hamiləliklərin sonlanmasının izlənməsi baxımından vacibdir.

Beta hCG hesablama Beta hCG dəyərinə görə hamiləliyin neçənci həftəsində olduğunuzun təxmin edilməsidir. Bu hesablamalar yuxarıda müəyyən edilən əlamətlərdən dolayı təxmini bir müddət verməkdədir.

Son adət tarixi (SAT) əsas götürülərək təxmini hamiləlik həftəsi və Beta hCG dəyərləri aşağıdakı kimidir.

  • 3 həftəlik hamiləlikdə : 5-50 mIU/ml arasında,
  • 4 həftəlik hamiləlikdə : 5-425 mIU/ml arasında,
  • 5 həftəlik hamiləlikdə : 20-7.300 mIU/ml arasında,
  • 6 həftəlik hamiləlikdə : 1.080-56.000 mIU/ml arasında,
  • 7-12 həftəlik hamiləlikdə: 7.650-290.000 mIU/ml arasında,
  • 13-16 həftəlik hamiləlikdə: 13.300-250.000 mIU/ml arasında,
  • 17-24 həftəlik hamiləlikdə: 4.000-165.000 mIU/ml arasında olmalıdır.

Beta hCG testi 0-5 nə deməkdir?

Beta hCG testinin 0 ilə 5 arasında bir dəyərdə olması hamiləliyin gerçəkləşmədiyi mənasına gəlir. Yenə bunun kimi neqativ test nəticələrində beta-hcg 0.1, beta-hcg 1.20 kimi ondalıq dəyərlərə neqativ nəticələrdə sıx-sıx müşahidə edilməkdədir.

Beta-HCG Dəyəri Niyə Düşər?

Yüksək Beta HCG dəyərləri kimi düşük Beta hCG konsentrasiyalarının da bir çox səbəbi ola bilir. Bu səbəblə testlərin 48-72 saat arasında təkrarı istənilə bilər.

Aşağı Beta hCG dəyərlərinin ən çox müşahidə edildiyi hallar bu şəkildə sıralana bilir:

  • Ola biləcək düşüklər
  • Boş hamiləlik
  • Kənar hamiləlik
  • Hamiləlik tarixinin səhv hesablanması

Bədəndə aşağı Beta hCG hormonu olduğu halda embrionun qidalanması və inkişafı mümkün olmayacağı üçün bu dəyərlər davamlı olaraq düşük olduğunda canlı və sağlam bir hamiləlik mümkün deyildir. hCG yüksəlməsi hamiləlik olmasında təbii bir dövrün olması səbəbi ilə hCG azlığının bir müalicəsi yoxdur. Eyni şəkildə hCG azlığına qarşı alınacaq bir tədbir də yoxdur.

Süni Mayalanma Embrion Transferi Sonrasında Beta hCG Hamiləlik Testi

Süni mayalanma müalicəsində ən son mərhələ yaranan embrionun uşaqlıq içərisinə transferidir. Bu transferdən bir müddət sonra embrion tutunacaq və Beta hCG sintezləməyə başlayacaqdır. Əgər tutunma uğurlu bir şəkildə gerçəkləşərsə ən başda minimum səviyyədə ifraz edilən hCG geometrik bir şəkildə artaraq qanda test edilə biləcək səviyyəyə çatır. Bu sırada hamiləlik testi edib müalicənin nəticəsi müşahidə edilir. Ailələr üçün uzun və həyəcanlı olan bir gözləmənin ardından yumurta inkişaf etdirmə və dərman müalicələri sonrasında nəticə bu test ilə müəyyən ediləcəkdir.

Süni mayalanmada hamiləlik testi embrionun uşaqlıq içərisinə transferindən 12 gün sonra edilir. 12 gündən tez edilən testlər etibarlı və dəqiq məlumat verməz.

Qandakı hCG miqdarı hamiləliyin sonlanmasından 7 ilə 60 gün sonrasında 0-a düşər. hCG azalmasının təqibi molar və ektopik hamiləliklərin sonlanmasının müşahidəsi baxımından vacibdir.

HCG və Beta hCG Testi Arasında Fərq Varmı?

Günümüzdə hCG hormonunun qandakı varlığı Beta hCG (bHCG,b-hCG) testi ilə baxılır. Bunun səbəbi qısaca olaraq bu şəkildə izah edilə bilər. HCG hormonu quruluşuna görə bir proteindir və beta adlanan iki alt uniteyə sahibdir. Normalda bu iki alt qrup bir arada olur və qanda bu şəkildə dolaşırlar. Bir-birinə bağlanmamış haldakı alfa və beta unitələri isə sərbəst beta-hCG və ya səbəst alfa-hCG olaraq adlandırılırlar. Alfa adlanan parçası bədəndəki lüteinləşdirici hormon (LH), Tiroid Xəbərdar Edici Hormon (TSH) kimi başqa hormonların da alt ünitəsinə girdiyi üçün qandakı bu parça test edilməz. Beta parçası isə molekulun bağlanma xüsusiyyəti baxımından fərqlidir.

Testlərin həssas olması lazım olduğu üçün qandakı bu parçanın kitlərə bağlanması ilə varlığı müəyyən edilir. Bu səbəblə hCG-nin varlığı qandakı Beta hCG miqdarı ilə ölçülür. Bununla bərabər bəzi xüsusi hallarda sərbəst beta və total hCG-yə də baxıla bilir. Dolaşımda olan sərbəst ünitələrin qaynağı yaranan hər hansı bir səbəbə bağlı balanssızlıq ola biləcəyi kimi bəzi xərçəng növlərində olduğu kimi digər alt ünitə ilə birləşmə bacarığından məhrum olmuş ünitə varlığı da ola bilər. Yenə bəzi genetik xəstəliklərdə xüsusilə sərbəst Beta hCG qanda arta bilir. İkili test adı verilən tarama testində hamilə qadının qanındakı sərbəst Beta hCG səviyyələri ölçülür.

Hamiləlik, sonsuzluq və süni mayalanma müalicəsi ilə əlaqəli bütün suallarınız üçün 012-598-05-43/49 nömrəli telefondan bizimlə əlaqə saxlaya bilərsiniz.