• INTERNATIONAL PATIENTS

Uşaqlıq Ağzı Xərçəngi (Serviks Xərçəngi)

Uşaqlıq Ağzı (Serviks) Xərçəngi Nədir?

Serviks, uşaqlığın vaginaya qonşu olan boyun qismidir. Serviks xərçəngi serviks səthindəki anormal hüceyrələrdə inkişaf edir və qadınlarda ən sıx rast gəlinən xərçənglərdən biridir.

Servikal displaziya isə səthi hüceyrələrin prekanseröz dəyişimləridir. Anormal hüceyrələr xərçəngə çevrilə bilər. Xərçəngin yayılma dərəcəsinə görə 4 mərhələsi vardır. Xərçəng yayıldıqca daha çox müalicə gərəkli olur.

Uşaqlıq Ağzı Xərçəngi Necə İnkişaf Edir?

Serviks xərçənginin əsl səbəbi tam olaraq bilinmir.

İki tip serviks xərçəngi vardır:

Skuamöz tip (epidermoid xərçəng): Ən sıx görülən tipdir. Serviks xərçənglərinin təqribən 80-85%-i bu tipdir. Araşdırmalar nəticəsində bu xərçəngin cinsi yolla keçən xəstəliklərdən qaynaqlandığı hesab olunur. Bunlardan biri hüman papilloma virusunun (HPV) səbəb olduğu kondilomlardır. Kanseröz şiş serviksin səthinə və ya içinə doğru inkişaf edir. Xərçəng adətən səthdə inkişaf edir və erkən dönəmdə smear testi edilərək aşkarlana bilir.

Adenokarsinom: Servikal bezlərdəki toxumalardan inkişaf edir.

Servikal xərçəng riskinizin yüksək olduğu halları aşağıdakı şəkildə sıralaya bilərik:

• Anormal pap-smear testiniz varsa,
• Partnyorunuz human papillom virus infeksiyonuna sahibdirsə və ya daha öncə keçirmişsə,
• Çox sayıda partnyorunuz varsa və ya cinsi həyatınız 18 yaşından öncə başlamışdırsa,
• Yeni partnyorunuzla əlaqə əsnasında prezervatif istifadə edilmədiyi halda,
• Öncədən genital və ya vaginal xərçəng keçirmişsinizsə,
• Partnyorunuzun öncəki partnyorunda servikal xərçəng və ya anormal servikal hüceyrələr varsa,
• Seksual partnyorunuzun penisində xərçəng varsa və ya daha öncə keçirmişsə,
• Siqaret istifadə edirsinizsə,
• immunitet sisteminiz zəifdirsə,
• Ananız hamiləliyi müddətində DES (diethylstilbesterol) hormonu almışdırsa, yoluxma riskiniz yüksəkdir.

Uşaqlıq Ağzı Xərçənginin Əlamətləri Nələrdir?

Serviks xərçənginin erkən dönəmdə əlamətlərini göstərmir. Adət dönəmləri arasında və ya cinsi əlaqədən sonra qanamalar və ləkələnmələr serviks xərçənginin xəbərçisi ola bilər. Çox qadında şikayət yoxdur. Xərçəng adətən illik pap-smear təqiblərində və ya müayinələrdə aşkarlanır. Bu səbəblə cinsi əlaqəyə başladıqdan sonra ildə 1 dəfə müayinə olunmalı və pap-smear testi etdirilməlidir.

Adətən servikal xərçəng olan xəstələrin gözlənilməyən zamanda anormal vaginal qanaması və ya qanlı axıntısı olur, irəli mərhələlərdə isə ağrı ortaya çıxır.

Serviks Xərçəngi Necə Aşkar Edilir?

Xəstəliyin aşkarlanması üçün smear testi etdirmək lazımdır. Həkiminiz tərəfindən spatula və ya bir fırça köməyi ilə servikstən sürüntü alınaraq bir şüşə üzərinə yayılır və hüceyrələr patoloq tərəfindən nəzərdən keçirilir.

Pap-smear testində izlənilən hüceyrələr:

• Normal
• Anormal
• Prekanseröz
• Kanseröz

Xəfif bir anormallıq müşahidə edildiysə müalicəsiz və ya müalicə ilə normala qayıdıla bilər. Amma bunun təqibi edilərək tamamilə normala qayıtdığından əmin olmaq lazımdır.

Əgər pap-smear testində nəzərə çarpan bir anormallıq aşkarlanarsa serviksə kolposkop adı verilən teleskopik cihazla baxıla bilər. Kolposkop serviks və vaginanın izlənməsinə imkan verən xüsusi bir mikroskopdur. Bu müayinə əsnasında şübhəli bölgələrdən kiçik bir toxuma parçaları və endoservikal küretaj deyilən servikal kanaldan nümunə alına bilər. Bunlar patoloji laboratoriyada baxılaraq dəqiq diaqnoz qoyulur.

Uşaqlıq Ağzı Xərçəngi Müalicəsi Necə Həyata Keçirilir ?

Erkən prekanseröz dəyişimlər; lazerlə dondurularaq (kriyoterapiya), koterize edilərək və ya cərrahi müdaxilə ilə o qisim çıxarılaraq asanlıqla müalicə edilə bilir.

Daha irəli hallarda isə konizasyon hətta histerektomi (uşaqlığın alınması) həyata keçirilə bilir.

Erkən dönəmdə aşkar edilən serviks xərçəngi müalicəsiylə qadının övlad sahibi olma şansı qorunmuş olur. İrəli mərhələlərdəki xərçəngin müalicəsi isə xəstənin yaşına, ümumi səhhətinə, xərçəngin yayılma halına bağlı olaraq dəyişir.

Əgər invazif xərçəng kiçik və sadəcə serviksdə yer alırsa, bu halda uşaqlıq, serviks, vaginanın üst qismi və çevrələyən toxumalar əməliyyatla götürülür. Xəstənin yaşına bağlı olaraq yumurtalıqlar götürülə və ya götürülməyə bilər. Əgər şişin yayılması aşkarlanmışdırsa, əməliyyatdan sonra radioterapiya edilir.

Əgər xərçəng irəli mərhələdədirsə və ya əməliyyat xəstənin ümumi vəziiyəti üçün risk daşıyırsa, bu halda radioterapiya edilir və ya kimyaterapiya ilə biləşdirilə bilir.

Xərçəng erkən dönəmdə aşkarlanıb müalicə edilirsə, tam bir sağalma əldə edilmiş olur. Əgər erkən aşkarlanmamış və müalicədə gecikmə olmuşdursa, xərçəng lenf nodlarına və qonşu pelvik orqanlara yayılır. Şiş böyüyər və serviks xaricinə çıxarsa, müalicənin uğuru azalır.

Müalicədən Sonra Özümə Necə Baxmalıyam ?

• Duş qəbul etmə, cinsi əlaqə və tampon istifadəsində həkiminizdən məlumat alın.
• Sız aralıqlarla müayinə olunun və smear testi etdirin, beləliklə erkən dönəmdəki təkrarlar aşkarlana bilər.
• Müalicəyə bağlı olarak yumurtalıqlar funksiyasını itirmişdirsə,həkiminiz tərəfindən ostrojen replasman müalicəsinə başlana bilər.

Uşaqlıq Ağzı Xərçənginin Qarşısını Almaq üçün Nə Edə Bilərəm?

Servikal xərçəngin qarşısını almaq üçün bir sıra tədbirlər görülə bilər.

• İdeal olaraq bir qadın ən az 18-20 yaşına gələnə qədər cinsi əlaqədə olmamalıdır.
• Partnyor sayını minimuma endirərək riski azaltmış olursunuz. Bununla birlikdə partnyorunuzun birlikdə olduğu insan sayı da önəmlidir.

İdeal olanı tək partnyorun olmasıdır.

• Əlaqə əsnasında prezervatifdən istifadə edin.
• Siqareti tərgidin.
• Təmizliyinizə diqqət edin.
• Seksual fəaliyyəti olan bir qadın düzənli olaraq ginekoloji müayinə olunmalı və hər il pap-smear testi etdirməlidir.

Qanlı vaginal axıntılar, adət arası və ya cinsi əlaqədən sonra qanamalar, əlaqə əsnasında ağrı şikayətləri diqqətli olaraq araşdırılmalı və uyğun müalicə tətbiq olunmalıdır.

Kadavradan Rahim Nakli Sonucu Tıp Dünyasına Adımızı Yazdırdık! (NTV Haber)

Dünyadaki ilk Kadavradan Rahim Nakli 10 yıl önce Türkiye’de Prof. Dr. Ömer …

Devamını Oku

İleri Kadın Yaşı ve Düşük Yumurtalık Rezervine Karşı Kişiye Özel Tedavi!

Çiftimizin 16 yıllık özlemleri başka merkezlerdeki 2 başarısız denemeden sonra Bahçeci’de ilk …

Devamını Oku

İleri Kadın Yaşına Rağmen 19 Yıl Sonra Bahçeci’de Özlemleri Son Buldu!

Sevim Sadık Özdemir çifti tam 19 yıllık bebek özleminden sonra Bahçeci ekibiyle …

Devamını Oku

40 Yaşındaki Hastamıza İlk Denemede Yıllardır Beklediği Haberi Verdik!

Başka merkezlerde başarısız denemeleri olan hastamızdan genetik ayıklama yöntemi ile sağlıklı embriyomuzu …

Devamını Oku

17 Yıllık Özlem ve 4 Başarısız Denemeden Sonra Bahçeci’de Mucize Son!

Uzun yıllardır çocuk sahibi olmak isteyen çiftimiz başka merkezlerdeki başarısız denemelerden sonra …

Devamını Oku

Hollanda’daki 10 Başarısız Denemeden Sonra Bahçeci’de Mutlu Son!

Hollanda’da yaşayan çiftimiz 10 başarısız tüp bebek tedavisinden sonra Bahçeci’de hayallerine kavuşabilmek …

Devamını Oku

20 Başarısız Deneme, 43 Yaş, 0.04 AMH

0.04 AMH değerine sahip 43 yaşındaki annemiz 20 yıldır çocuk özlemi çekiyordu. …

Devamını Oku

Bahçeci Tüp Bebek’te 80.000’den Fazla Mutluluk Hikayesi!

Hastalarımızın hikayeleri farklı olsa da yaşadıkları zorluk, çektikleri özlem ve “anne-baba” oldukları …

Devamını Oku

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

    Sizə Zəng Edək

    Telefon Nömrəniz:

    və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

    [dynamichidden utmRef "CF7_URL"]


    WhatsApp
    WhatsApp
    Messenger
    Sizi Arayalım

      Ən qısa zamanda sizə zəng edək:

      [dynamichidden utmForm "CF7_get_post_var key='title'"]