• INTERNATIONAL PATIENTS

Süni Mayalanma Müalicəsi

Süni Mayalanma Müalicəsi Nədir?

Süni mayalanma müalicəsi, qadın və kişinin qorunmasız cinsi əlaqədə olmalarına baxmayaraq övlad sahibi ola bilmədiyi hallarda tətbiq edilən bir müalicə metodudur. Cütülüklərin sonsuzluq əhatəsində dəyərləndirilə bilməsi üçün, qadının 35 yaşdan kiçik olduğu hallarda 1 il boyunca, qadının 35 yaşdan böyük olduğu hallarda isə 6 ay boyunca qorunmadan nizamlı cinsi əlaqəyə girmələrinə baxmayaraq hamiləlik baş tutmamalıdır.

Süni mayalanma müalicəsi professional bir komandanın birgə fəaliyyəti nəticəsində həyata keçirilən bir müddətdir. Uğurlu nəticəyə çatmaq üçün bu müalicə ginekoloq (qadın xəstəlikləri və doğum uzmanı), androloq, embrioloq, tibb bacısı və köməkçi işçilərdən ibarət bir komanda fəaliyyəti ilə həyata keçirilməlidir.

Süni mayalanma necə icra olunur, mərhələləri nələrdir?

Süni mayalanma mərhələləri aşağıdakılardır:

1. Addım: Həkim Görüşməsi

İlk görüşmədə, müalicəyə başlamaq istəyən cütlüyə sonsuzluğun səbəbləri açıqlanır və götürüləcək testlər haqqında ətraflı məlumat verilir. İlk müayinədə həm qadın, həm də kişinin iştirakı məlumatlandırma və sualların cavablandırılması üçün çox vacibdir. Klinikaya gələrkən xəstə o vaxta qədər etdirdiyi bütün analizləri, varsa uşaqlıq filmini, keçirilmiş əməliyyatlara ya da əvvəlki sonsuzluq müalicələrinə aid nəticələri özüylə gətirməlidir. Bundan əlavə cütlüklərdə ürək xəstəliyi, diabet kimi fərqli xəstəlik varsa bunlara əlaqəli nəticələrin və məlumatların da həkimə çatdırılması da vacibdir.

İlk müayinə üçün adətin müəyyən bir günündə olmaq zərurəti yoxdur. Hər hansı bir gündə də bu dəyərləndirmə həyata keçirilə bilir. Ətraflı ginekoloji müayinə və ultrasonoqrafiyanın ardından lazım görülərsə əlavə testlər istənə bilər. Həkimin lazım bildiyi hallarda genetika uzmanı, üroloq, embrioloq, klinika psixoloqu, bəslənmə və metobalizma uzamnı görüşmələri planlanaraq xəstənin ümumi vəziyyəti uzmanların ortaq qərarı ilə dəyərləndirilir. Hədəf, öncəliklə sonsuzluq səbəblərini ortaya çıxarmaq və xəstə üçün uyğun olan müalicə şəkli seçilərək və uyğun zamanda , uyğun texnika ilə müalicə tətbiq olunur.

2. Addım: Kontrollu Yumurta (Ovaryen) Böyütmə Müalicəsi

Qadın, adətin 2-ci ya dac3-cü günü müayinəyə gəlir və həkim ultrasonda yumurtalıqların vəziyyətini dəyərləndirir. Xəstənin vəziyyətinə görə o gün üçün hormon dəyərlərinə də baxıla bilər. Nəticələrə görə həkim, xəstənin çox sayda yumurta inkişafının həyata keçirilməsi məqsədi ilə bəzi hormon dərmanları verir və dərmanlarla əlaqəli xəstəyə məlumat verilir. FSH, HMG ehtiva edən hormon iynələri ilə nizamlı bir şəkildə yumurtalıqlar oyadılır və çox sayda folekulun (içində yumurta hüceyrəsi olduğu düşünülən kisəciklər) inkişafı həyata keçirilir.

İnkişaf edən folekul sayı mülaicədə uöur əldə etmək şansına birbaşa təsir edir. Bu səbəblə hormon iynələrinin başlanğıc dozası qadının yaşı, kilosu, varsa əvvəlki müalicələrinə əsasən təyin olunur. Folekulun inkişaf təqibi qanda ostrogen səviyyəsi və ultrasonoqrafiyada folekul sayı və həcmi ölçülərək icra olunmaqda və bu məlumatların birlikdə dəyərləndiirlməsi ilə FSH, HMG ehtiva edən iynələrin dozası yumurta inkişaf etdirilmə müddətincə müəyyən edilməkdədir. Təxminən 8-10 gün davam edən hormon iynələrinin istifadəsinin ardından folekulların ən böyüyü 18-20 mm ölçüyə çatanda çatlatma iynəsi tətbiq olunur.

3. Addım: Yumurta Toplama İşləmi

Çatlatma iynəsindən təxminən 34-36 saat sonra yumurtalar, ümumi anesteziya alıtnda qısa müddətli bir cərrahi işləmlə vajinal yoldan toplanır. Yumurta toplama işləmi ümumi anesteziya altında icra edilən ağrısız bir işləmdir. Laboratoriya şəraitinə alınan yumurtalar mikroenjeksiyon işləmi üçün hazırlanır.

4. Addım: Laboratoriyada Dölləmə İşləmi

Yumurtalar laboratoriyada mikroskop altında dəyərləndirilərək uyğun olanlar seçilmiş spermalarla döllənərək embrion inkişafı üçün müşahidə altına alınır. Dölləmə işləmi üçün 2 fərqli metoddan istifadə edilir. Klassik süni mayalanma tətbiqində, sperma və yumurta hüceyrələri eyni mühit içərisinə buraxılır və hərəkətli spemaların təbii mühitlərdə yumurtaya çataraq döllənməsinə nail olunur.

Mikroenjeksiyon metodunda isə seçilmiş sperma hüceyrəsi yumurta içərisinə mikroanüllər istifadə edilərək yeridilir. Müalicədə hansı metodun istifadə ediləcəyinə cütlüklərin yumurta və sperma özəllikləri ilə daha öncəki hekayələri dəyərləndirilərək qərar verilir.

Döllənmə işləmi sonrasında yumurtalar inkubator adı verilən və uşaqlıq mühitini ən yaxşı şəkildə təqlid etmə məqsədi ilə istehsal edilmiş xüsusi cihazlar içərisinə alınır və embrion inkişafı günlük olaraq təqib edilir. Günlük təqiblərin məqsədi uşaqlığa tutunma ehtimalı ən yüksək və keyfiyyətli embrionun seçilməsidir. Yüksək texnologiya istifadə edilən laboratoriyalarda olduğu kimi Bahçeci laboratoriyasında da embrionların böyüdülməsi, təqibi və seçilməsi mərhələlərində dinamik embrion müşahidə sistemləri saxlayan özəl inkubator cihazları istifadə edilməkdədir. Embrioskop olaraq bilinən bu cihazlar ilə embrionlar tapıldıqları mühitdə hər hansı bir dəyişiklik edilməsinə ehtiyac qalmadan canlı olaraq izlənə bilməkdə və beləliklə hamiləlik baş tutma potensialı ən yüksək embrionun seçimi daha doğru və güvənli icra oluna bilməkdədir.

5. Addım: Embrion Transferi

Müalicənin ən qısa lakin ən vacib mərhələsini təşkil edir. Bütün müalicə boyunca inkişaf etdirilib seçim edilmiş bir embrionun və ya embrionların uşaqlığa transferinin doğru və ya uyğun şərtlərdə həyata keçirilməməsi bütün müalicə müvəffəqiyyətini riskə ata bilər. Bu səbəblə embrion keyfiyyəti və seçimi qədər transferi icra edən həkimin bu sahədəki təcrübəsi və uğuru da böyük önəm daşıyır.

Ümumiyyətlə ağrı hiss edilməyən transfer işləmində çox nadir vəziyyətlərdə anesteziyadan istifadə edilir. Embrion sayısına və inkişafına, yaşa, keçmiş cəhdlərə və digər bir çox parametrlərə görə OPU (yumurta toplama əməliyyatı) sonrası 2 ilə 6. günlər arası həyata keçirilməkdədir. Müəyyən bir yetkinliyə çatmış olan embrion xüsusi bir kateter köməyilə uşaqlıq içinə yerləşdirilir.

Transfer sonrası əgər hələ də laboratoriyada inkişafı davam edən yaxşı keyfiyyətli embrionlar mövcuddursa, bu vəziyyət cütlüklərə bildirilir. Əgər istənilərsə embrionlar dondurularaq daha sonra istifadə edilmək üçün saxlana bilər.

6. Addım: Transfer Sonrası Dərman Müalicəsi

Transfer sonrası embrionun uşaqlıq içinə tutunmasının dəstəklənməsi üçün dərman müalicəsinə başlanılır.

7. Addım: Hamiləlik Testi

Transfer həyata keçirildikdən 12 gün sonra Beta HCG ilə hamiləlik testi edilir.

Süni Mayalanma Mərkəzi Necə Seçilir?

Süni mayalanma mərkəzi seçimində ilk öncə mərkəzin təcrübəsinnə, laboratoriyasındakı texniki təchizata və hamiləlik nisbətlərinə diqqət etmək lazımdır. Bahçeci Sağlıq Qrupu, 23 illik təcrübəsi və 50.000-dən çox sağlam süni mayalanma körpəsiylə uğurunu isbat etmiş böyük bir ailədir. Son texnologiyaların istifadə edildiyi embriologiya laboratoriyamız və öz sahəsində uzman həkm və embrioloqlarımızla minlərlə ailənin xəyalını reallaşdırmağa davam edirik.

Süni Mayalanma Qiyməti Nə Qədərdir?

Daxili qaydalarımız səbəbiylə web saytımızda qiymətlərlə bağlı məlumat paylaşa bilmirik. Ətraflı məlumat üçün əlaqə formumuzu doldura bilər və ya 012-598-05-43/49 telefondan bizimlə əlaqə saxlaya bilərsiniz.

Kadavradan Rahim Nakli Sonucu Tıp Dünyasına Adımızı Yazdırdık! (NTV Haber)

Dünyadaki ilk Kadavradan Rahim Nakli 10 yıl önce Türkiye’de Prof. Dr. Ömer …

Devamını Oku

İleri Kadın Yaşı ve Düşük Yumurtalık Rezervine Karşı Kişiye Özel Tedavi!

Çiftimizin 16 yıllık özlemleri başka merkezlerdeki 2 başarısız denemeden sonra Bahçeci’de ilk …

Devamını Oku

İleri Kadın Yaşına Rağmen 19 Yıl Sonra Bahçeci’de Özlemleri Son Buldu!

Sevim Sadık Özdemir çifti tam 19 yıllık bebek özleminden sonra Bahçeci ekibiyle …

Devamını Oku

40 Yaşındaki Hastamıza İlk Denemede Yıllardır Beklediği Haberi Verdik!

Başka merkezlerde başarısız denemeleri olan hastamızdan genetik ayıklama yöntemi ile sağlıklı embriyomuzu …

Devamını Oku

17 Yıllık Özlem ve 4 Başarısız Denemeden Sonra Bahçeci’de Mucize Son!

Uzun yıllardır çocuk sahibi olmak isteyen çiftimiz başka merkezlerdeki başarısız denemelerden sonra …

Devamını Oku

Hollanda’daki 10 Başarısız Denemeden Sonra Bahçeci’de Mutlu Son!

Hollanda’da yaşayan çiftimiz 10 başarısız tüp bebek tedavisinden sonra Bahçeci’de hayallerine kavuşabilmek …

Devamını Oku

20 Başarısız Deneme, 43 Yaş, 0.04 AMH

0.04 AMH değerine sahip 43 yaşındaki annemiz 20 yıldır çocuk özlemi çekiyordu. …

Devamını Oku

Bahçeci Tüp Bebek’te 80.000’den Fazla Mutluluk Hikayesi!

Hastalarımızın hikayeleri farklı olsa da yaşadıkları zorluk, çektikleri özlem ve “anne-baba” oldukları …

Devamını Oku

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

    Sizə Zəng Edək

    Telefon Nömrəniz:

    və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

    [dynamichidden utmRef "CF7_URL"]


    WhatsApp
    WhatsApp
    Messenger
    Sizi Arayalım

      Ən qısa zamanda sizə zəng edək:

      [dynamichidden utmForm "CF7_get_post_var key='title'"]