NGS Nədir?
Yeni nəsil sıralama (Next Generation Sequencing) deyiminin qısaldılmış şəkli olan NGS , embrionlarda ətraflı xromosom baxışını icra etməmizə kömək edən, ən son inkişaf etdirilmiş bir genetik analiz texnologiyasıdır. NGS ilə embrionlarda sürətli və təsirli bir şəkildə incələmə edilir və xromosom səviyyəsində genetik problemlər hamiləlik öncəsində müəyyən edilir. Süni mayalanma müalicələrində əldə edilən embrionların uşaqlığa uğurla transfer edilməsinə baxmayaraq sağlam hamiləliyin baş tutmamasının ən vacib səbəblərindən biri embrionlarda olan xromosom pozğunluqlarıdır.NGS metodu ilə həyata keçirilən ətraflı xromosom baxışları embrionlarda adı keçən xromosom pozğunluqlarının təyin edilməsində son dərəcə təsirli bir rol oynayır. Xüsusilə təkrarlanan düşüklər yaşayan xəstələrdə və 40 yaş üzəri qadınlarda NGS metodu tətbiq edilərək xromosomal cəhətdən sağlam olduğu aşkar edilən embrionun uşaqlığa transferi ilə yüksək hamiləlik şansı əldə edə bilirik.
NGS Kimlərə Tətbiq Edilir?
Süni mayalanma müalicəsində NGS metodu tətbiq edilərək həyata keçirilən ətraflı xromosomal incələmə bəzi ölkələrdə çox daha geniş istifadə sahəsi tapsa da Bahçeci Sağlamlıq Qrupu olaraq bu metodu xüsusilə aşağıdakı hallarda məsləhət görür və tətbiq edirik:
- 40 yaş üzəri qadınlarda
- Səbəbi bilinməyən sonsuzluq hallarında
- Təkrarlanan müalicə uğursuzluqları
- Təkrarlanan düşük hekayəsi
- Şiddətli kişi sonsuzluğu
NGS Metodunun Üstünlükləri Nələrdir?
Embrionu əmələ gətirən bütün xromosomlara ətraflı olaraq baxılır.
Baxılan hüceyrələrdəki xromosomların say və struktur fərqlikliklərini daha həssas şəkildə müəyyən edə bilməyimizə imkan yaradır. Beləliklə “mozaik” olaraq adlandırılan və içərisində fərqli xromosom strukturları daşıyan hüceyrələrin olduğu embrionların aşkar edilməsində və müalicə məqsədilə istifadəsində çox daha müəyyən edici bir metoddur.
NGS, genetik pozğunluqları deyil, xromosom səviyyəsindəki səhvləri də nəzərdən keçirmək imkanı yaradır. Uyğun şərtlərdə mövcud tək gen xəstəliklərinin analizi və HLA tipləməsi ilə birgə eyni zamanda ətraflı xromosomal incələmə edilməsinə imkan yaradır.