• INTERNATIONAL PATIENTS

Laporaskopiya

Laporaskopiya Nədir?

Laporaskopiya ən bəsit dildə izah etsək qarın içərisini optik bir cihaz istifadə edərək izləməkdir. Laporaskopiya ilk başlarda diaqnoz məqsədli tətbiq edilən bir işləm idisə, texnologiyanın inkişafı ilə artıq müalicə məqsədli (laporaskopik cərrahiyyə) tətbiq edilməkdədir.

Ənənəvi cərrahi üsullarda iç orqanlara müdaxilə edə bilmək üçün uzun bir kəsik açmaq lazımdır. Laporaskopik cərrahiyyədə isə 0.5-1 sm. ölçüdə kiçik kəsiklər açaraq uşaqlıq, yumurtalıq və borularla əlaqəli olan problemləri müşahidə edə bilir və lazım olan hallarda müdaxilə edə bilirik. Beləliklə xəstələr əməliyyat sonrası daha az ağrı hiss edir və daha qısa zamanda yaxşılaşaraq günlük həyatlarına dönə bilirlər.

Laporaskopiya Hansı Hallarda Tətbiq Edilir?

  • Sonsuzluq diaqnoz və müalicələrində
  • Endometriozis (şokolad kisti) müalicələrində
  • Boru cərrahiyyəsi şəklində bilinən, borulara aid tıxanıqlıqların açılması və ya borunun çıxarılması işləmlərində
  • Miom müalicələrində
  • Yumurtalıq kistlərinin müalicələrində
  • Uşaqlıqdan kənar hamiləlik hallarında
  • Hamiləlikdən qorunma məqsədli boruların bağlanması
  • Histerektomiya işləmlərində (uşaqlığın çıxarılması)
  • Pelvik problemlər olaraq bilinən uşaqlıq sallanması, sidik qaçırma, sidik kisəsi sallanması, vagina sallanması, xroniki ağrı müalicələrində tətbiq edilir.

Laporaskopiya Əməliyyatı Öncəsi və Sonrası

Laporaskopiya əməliyyatı ümumi anesteziya altında tətbiq edilir. Bu səbəblə əməliyyat öncəsi ən az 6 saat yemək yeməmək və maye qəbul etməmək lazımdır. Əməliyyat edilən işləmə görə dəyişməklə 1-2 saat davam edir. Əməliyyatdan təxmini 4-6 saat sonra ayağa qalxmaq olar və hər hansı bir problem yoxdursa evinizə gedə bilərsiniz.

Laporaskopiya əməliyyatları sonrası ümumi olaraq çox ağrı olmaz. Kəsik yerlərində yüngül ağrı və əməliyyat əsnasında istifadə edilən CO2 qazı səbəbi ilə bəzən bir neçə gün çiyin və kürəyə vuran ağrılar müşahidə edilə bilir. Bulantı qusma və ağrıların davam etməsi halında həkiminiz ilə əlaqə saxlamağınız məsləhət görülür. Əməliyyatdan bir həftə sonra həkiminiz sizi klinikada müayinə edəcəkdir.

Laporaskopiya Süni Mayalanma Müalicəsində Şansı Artırarmı?

Laporaskopiya süni mayalanma müalicələrində şansı artıran bir üsul olaraq istifadə edilə bilər. Xəstənin yaxşı keyfiyyətli embrionu varsa transfer işləmini həyata keçirmədən öncə boruların vəziyyətini görmək lazım olur. Çünki hidrosalpenks adı verilən içi maye ilə dolu olan borular təbii yolla hamiləliyə əngəl olmaqla bərabər süni mayalanma müalicəsinin də uğur şanslarını azaldır. Bu səbəblə boruların içərisində maye yığılması varsa laporaskopiya ilə bu borular alına bilər və ya uşaqlıq toxuması ilə əlaqəsi kəsilə bilər. Uşaqlığın divarları içərisindəki miomlar və yumurtalıqlardakı şokolad kistləri (endometrioma) laporaskopiya ilə müalicə edilərək hamiləlik şansı artırıla bilir.

Laporarskopiya Əməliyyatının Üstünlükləri Nələrdir?

Laporaskopiya təcrübəli əllərdə tətbiq edildiyi zaman açıq əməliyyatlarla oxşaq nəticələr verir.

Laporaskopiyanın ən vacib üstünlükləri:

  • Xəstəxanada qalma vaxtı açıq əməliyyatlara görə çox daha qısadır.
  • Əməliyyat sonrası ağrılar yüngüldür.
  • Qısa zamanda günlük yaşam tərzinə qayıda bilirsiniz (çox xəstə 3-4 gün içərisində normal yaşamlarına dönə bilirlər).
  • Kiçik bir kəsikdən işləm edildiyi üçün infeksiya, yara açılması və yırtıq kimi fəsadlar açıq əməliyyata görə son dərəcə azdır.
  • Əməliyyat sonrası qarın içi yapışıqlıqlar daha azdır.
Çikolata Kisti & Diğer Merkezlerde 9 Başarısız Denemeden Sonra…

Çikolata kisti olan hastamız başka merkezlerde 9 kez tüp bebek tedavisi denemiş …

Devamını Oku

Kalıtsal Hastalığa Sahip Çiftimiz, Bebeklerini Kucağına Aldı!

Anne ve babamız, kalıtsal bir hastalığa sahip oldukları için daha önce 2 …

Devamını Oku

Genetik Ayıklama ile Gelen Mucize

13 yıllık evlilik süresince 3 aşılama, 7 tüp bebek denemesi yaşayan çiftimiz, …

Devamını Oku

CD56 Testi ile 12 Yıllık Özlem Sona Erdi!

Çiftimiz 12 yıldır çocuk özlemi çekiyordu. Buket Hanım daha önce 2 başarısız …

Devamını Oku

14 Başarısız Denemenin Ardından Bahçeci’de İlk Denemede İkizler Yolda!

Daha önce 2 kez yurt dışı olmak üzere toplamda 14 başarısız tüp …

Devamını Oku

43 Yaşındaki Emel Hanım Asla Pes Etmedi!

18 yaşındaki oğullarını kaybeden çiftimiz çok zor zamanlardan geçtiler. Tekrar çocuk sahibi …

Devamını Oku

Testis Kanseri, Baba Olmaya Engel Değil!

Didem Hanım’ın eşi geçtiğimiz yıl testis kanseri olduğunu öğrenmişti, bu talihsiz haberin …

Devamını Oku

Meme Kanserini Yendi, Şimdi Hamile!

Kanser tedavisine başlamadan önce Bahçeci’de embriyo dondurma işlemi yaptıran Meltem Hanım şimdi …

Devamını Oku

Pulsuz ön görüşmə

Sizə Zəng Edək

Həkimlərimizlə pulsuz ön görüşmə üçün telefon nömrənizi yazın, sizə zəng edək.

Sizə Zəng Edək
Telefon Nömrəniz:

və ya 0125980543 nömrəli telefondan bizə zəng edə bilərsiniz.

[dynamichidden utmRef "CF7_URL"]

WhatsApp
WhatsApp
Messenger
Sizi Arayalım
Ən qısa zamanda sizə zəng edək:

[dynamichidden utmForm "CF7_get_post_var key='title'"]