Süni mayalanma işləmlərində uğuru artıran ən önəmli faktorlardan biri, embrioloji laboratoriyanın keyfiyyəti və embrioloqların uzmanlığıdır. Bahçeci, investisiyalarının önəmli bir hissəsini texnoloji avadanlıqlarını davamlı olaraq inkişaf etdirməyə və embrioloji laboratoriyalarını son texnologiyalara uyğun təchizatlarla gücləndirməyə xərcləyir. Bu sahədəki son yeniliklər yerləşdiyi ölkələrdə ilk öncə Bahçeci laboratoriyalarında istifadəyə verilir. Bu səbəblə başqa heç bir mərkəzdə tətbiq olunmayan test və metodlar Bahçecidə tətbiq olunur.
Hər biri yüksək təcrübə sahibi olan 40-dan çox embrioloq və laboratoriya texnikalarının xidmət göstərdiyi mərkəzlərimizdə faydalılığı isbat olunmuş bütün üsul və texnikalar uğurla tətbiq olunur. Eyni zamanda həyata keçirdiyimiz beynəlxalq elmi iş birlikləri ilə xəstələrimizə daha təsirli imkanları təqdim etmə çalışmalarımız aralıqsız davam edir.