Niyə uşağımız olmur, hamilə qala bilmək üçün nələr etməliyəm, hamilə qalmaq üçün müalicəyə başlamalıyammı kimi bir çox suallar fikrinizdə dolaşa bilər. Uşaq sahibi olmaq üçün öncəliklə bununla bağlı olan probleminizin nə olduğunu öyrənməlisiniz.
Niyə Uşaq Sahibi Ola Bilmirəm, Sonsuzammı?
Evliliklərinin üzərindən qısa bir zaman keçmiş və hamiləlik olmamış və ya bir dəfə uşaq sahibi olmuş, ancaq ikinci dəfə hamilə qala bilməyən bir çox insan uşaq sahibi olmamaqla əlaqəli narahatçılıq yaşamağa başlayırlar. Narahatçılığa qapılmadan bunların bilinməsində fayda var.
Cütlüklərin sonsuzluq üçün dəyərləndirilə bilməsi üçün qadının 35 yaşdan kiçik olduğu halda 1 il boyunca, qadının 35 yaşdan yuxarı olduğu halda isə 6 ay boyunca düzənli olaraq cinsi əlaqəyə girmələrinə baxmayaraq hamiləliyin olmaması lazımdır. Bu məlumatlar doğrultusunda öncəliklə hansı mərhələdə olduğunuzu müəyyən etməlisiniz.
Hamilə Qalmaq üçün Nə Etməliyəm?
Uşaq sahibi olmaq istəyən cütlüklərin həftədə ən az 2 dəfə qorunmadan cinsi əlaqədə olmaları məsləhət görülür. Xüsusilə ovulyasiya dövründə cinsi əlaqəyə girmək hamilə qalma şansını ciddi şəkildə artırır. Düzənli adət görürsünüzsə hamilə qalmaq üçün ən uyğun dövr adətinizin ilk günündən etibarən 10 və 16-cı günlər arasıdır. Ovulyasiya tarixinizi təqib edərək hamiləlik şansınızı artıra bilərsiniz.
Uşaq sahibi olmaq istəyən cütlüklər qidalanma və yaşam tərzlərinə də diqqət etməlidirlər. Siqaret və spirtli içki istifadə edirsinizsə ən qısa zamanda tərgitməli, protein ağırlıqlı qidalanmaya diqqət etməlisiniz. “Uşağımız olmalıdır” və ya “yenə olmayacaq” kimi qayğı yaradan düşüncələrdən uzaqlaşmaq və gəzinti kimi bəsit fiziki hərəkətlərlə stresi azaltmaq da hamiləlik şansına təsir edir.
Hamilə Qala Bilmirəm, Həkimə Getməliyəmmi?
Lazım olan müddət ərzində düzənli cinsi əlaqə yaşanmasına baxmayaraq hamiləlik olmaması halında bir həkimə müraciət etmək lazımdır. Hamiləliyin olmaması bəzən kişiyə, bəzən isə qadına bağlı səbəblərdən qaynaqlanarkən, bəzən də səbəbi bilinməyən sonsuzluq da ola bilir. Səbəbi hər nə olursa olsun bu müddətdə kənardan eşitdiyiniz məlumatlara görə hərəkət etmək lazım deyil, həkim nəzarəti olmadan hamilə qalmaq üçün satılan dərmanlar heç bir halda istifadə edilməməlidir.
Həkiminiz müayinə və lazımlı testlərlə hamilə qalmanızın önündəki maneənin nə olduğunu müəyyən edərək sizin üçün ən uyğun müalicəyə başlayacaqdır.
Uşaq Sahibi Olmayanlar Üçün Müalicə Üsulları
Hamilə qalmaq üçün müalicəyə başlamaq istəyən cütlüklər bir süni mayalanma mərkəzinə müraciət etməlidirlər.Süni mayalanma mərkəzi seçimində həkimlərin təcrübəsinə və mərkəzin uğurlarına diqqət etmək son dərəcə vacibdir. Müalicə üçün Bahçeci Süni Mayalanma Mərkəzini seçməniz halında həkim sizinlə bir ön görüşmə edər və ardından lazımlı müayinələr aparılar. Tətbiq ediləcək bəzi testlərin nəticələri dəyərləndirilər. Mərkəzimizdə hər bir cütlüyün problemi fərqli baxışlardan dəyərləndirilərək “xəstəyə özəl” müalicə proqramları tətbiq edilir
Qadında Yumurta Təqibi
Lazım olan hallarda bəzi dərmanlar istifadə edilərək və ya heç bir dərman istifadə etmədən qadının yumurta inkişafı təqib edilir. Cütlük bu təqibə görə müəyyən edilən günlərdə cinsi münasibətə girərək hamiləlik şansını artırır.
Kişiyə Dərman Müalicəsi
Dərman vasitələrinin köməyi ilə kişinin sperma sayının və ya sperma hərəkətliliyinin artırılması təmin edilir.
Aşılama Müalicəsi
Mövcud problemlərin fərqli müalicələrlə aradan qaldırılması cəhdlərinə baxmayaraq hələ də bir hamiləlik olmursa aşılama müalicəsinə müraciət edilə bilər. Sadə və sürətli bir üsul olan aşılamanın tətbiq edilə bilməsi üçün kişidə sperma, qadında yumurta inkişafının olması lazımdır. Aşılama müalicəsinin uyğun görülməsi halında qadının adətinin 3-cü günündə həkim yanında müayinədə olur. Bu müayinədə yumurtalıqların vəziyyəti kontrol edilir və lazım görüldüyü hallarda dərman müalicələri ilə yumurtalıqların böyüdülməsi işləminə keçilir. Yumurtalar istənən inkişaf səviyyəsinə gəldiyində çatlatma iynəsi vurulur. Ən keyfiyyətli və hamiləlik əldə etmə şansı ən yüksək olan spermalar seçilərək bir kateter vasitəsilə uşaqlıq içərisinə transfer edilir.
Süni Mayalanma Müalicəsi
Bu müalicələrin ardından hələ də bir hamiləlik olmursa süni mayalanma müalicəsi məsləhət görülür. Uzman həkim cütlük ilə ətraflı bir görüşmə həyata keçirərək daha öncə keçirmiş olduqları xəstəliklər, edilən müalicələr haqqında məlumat alır. Bu dəyərləndirmələrin ardından cütlüyə özəl bir müalicə planı yaradılır.
Süni Mayalanma Mərkəzi Seçərkən Nələrə Diqqət Etməliyəm?
Süni mayalanma mərkəzi seçərkən diqqət etməniz lazım olan halları bu şəkildə sıralaya bilərik.
- Mərkəzin uğur göstəriciləri
- Teknoloji struktur
- Öz sahəsində mütəxəssisliyini isbat etmiş kollektiv
Bahçeci Süni Mayalanma Mərkəzi olaraq 24 illik uzmanlığımız və 70.000-dən çox sağlam, müsbət süni mayalanma təcrübəmizlə Avropa standartlarının üzərində müvəffəqiyyət göstəricilərinə sahibik. Sonsuzluq müalicəsi ilə əlaqəli suallarınızı ünvanlamaq, qiymət və müddət haqqında ətraflı məlumat sahibi olmaq üçün əlaqə formumuzu doldurun, sizə zəng edək.