Qadınlarda doğurqanlıq, yaşın artmasıyla birlikdə azalmağa başlayır. Bu azalma 30 yaşından sonra başlayır, 40 yaşından sonra sürətlənərək davam edir. Doğurqanlıq azalır, çünki qadınlar dünyaya gəldiklərində müəyyən sayda yumurtaları olur və zaman keçdikcə bu say azalır. Yumurtalıqların, yumurtlama potensialının azalması isə həm təbii yollarla, həm də müalicələr nəticəsində əmələ gələn hamiləlik göstəricilərinin azalmasıyla nəticələnir.
İrəli yaşlardakı qadınların hamiləliyi ilə bağlı digər önəmli məqamlardan biri də yumurta keyfiyyətinin azalmasıdır. Bu mövzuyla bağlı rəqəmlər belədir: bir il ərzində canlı doğumla nəticələnən hamiləlik əldə etmə göstəricisi, 30 yaşında qadınlarda 75%, 35 yaşındakılarda 66%, 40 yaşındakılarda isə 44%-dir. Bundan əlavə yumurta yaşlanmasının bir nəticəsi olaraq irəli yaş hamiləliklərində düşük riski daha da artmaqdadır. Yaşın artması ilə əlaqədar miomlar kimi ginekoloji problemlər, şəkər xəstəliyi və guatr kimi tibbi problemlərə tez-tez rast gəlinir.