Süni Mayalanma müalicələrində mikroinyeksiya üsulu ilə spermalar xüsusi bir mikroskop altında seçilib yumurtanın içinə iynə ilə vurulur.Bu prosedur zamanı keyfiyyətli embrion əldə etmək üçün hərəkətli quyruq və baş şəklinin düzgün olmasına diqqət yetirilir.
Morfologiya adlanan spermanın forma xüsusiyyətləri yaxşı olduğu zaman sağlam bir sperma əldə olunub demekdir.Klassik olaraq mikroinyeksiya üçün istifadə olunan mikroskoplar spermanı 400 dəfəyə qədər böyüdərək sperma seçimində yardımçı olmaqdadır. “İntra ctoplasmic magnified sperm injection” (IMSI) adlanan üsul ilə xüsusi bir lupa və kompüter proqramın istifadə edilərək sperma 6600 dəfəyə qədər böyüdülür.Bunun sayəsində spermanın morfologiyası daha yaxşı dəyərləndirilir.Xüsusilə spermanın baş hissəsində olan dəyişikliklər spermanın keyfiyyətini dəqiqləşdirməkdə və bu sahədə olan kiçik balon formasında olan hüceyrəvi dəyişikliklərə diqqət edilməlidir. IMSI sadəcə mikroskopun xüsusiliyinə bağlı olmadığı kimi bu üsuldan istifadə edən embrioloqun da bu mövzuda təhsilli və təcrübəli olması vacibdir.Daha sağlam spermaların seçilməsi ilə həm döllənmə nisbətində, həm də hamiləlik nisbətlərində irəliləyişlərlə nəticələnmişdir.Xüsusilə “kişi faktoru” və ya “açıqlanmamış sonsuzluq” faktlarında istifadə olunur.
Henüz yorum yapılmamış
Diğer Yorumlar