Estradiol Testi Nədir?
Estradiol testi bir insanın qanındakı estradiol miqdarını ölçən bəsit bir qan testidir. E2 olaraq da bilinən estradiol yumurtalıqların istehsal etdiyi üç estrogen tipindən biridir. Yumurtalıqlara görə daha az miqdarda olsa da böyrəküstü vəzləri və məmə toxumalarında da istehsal edilir. Hamilə qadınlarda isə əlavə olaraq plasentadan E2 ifraz olunur. Kişilərdə daha az miqdarda olan hormon testislər və böyrəküstü vəzlərdə istehsal edilir. Süni mayalanma zamanı sperma hüceyrələrinin zərər görməsinin qarşısını almaq üçün istifadə edilir.
Düzgün estrogen səviyyələri sağlamlıq üçün çox vacibdir. Həddən artıq və ya az estrogen ifraz olunması zəif sümüklər, sidik yolu infeksiyaları və depresiya kimi çox fərqli tibbi problemlərə səbəb ola bilər. Estrogen bir qadın cinsiyyət hormonu olaraq bilinməsinə baxmayaraq kişilərin böyümə və inkişafında da təsirlidir.
Estradiol Nədir?
Estradiol (E2) steroid quruluşda bir estrogen hormonudur. Hormon səviyyələri normal olan qadınlarda olan əsas cinsiyyət hormonudur. Eyni zamanda 17 beta estradiol olaraq da adlandırılır. İnkişaf etməkdə olan yumurtalıq folikullarından ifraz olunan estradiol uşaqlıq, fallop boruları və vagina inkişafına kömək edər. Menstrual dövrün düzənlənməsində vacib bir rol oynayır. Qadınlarda olan əsas cinsiyyət hormonudur. Bununla bərabər kişilərdə də bəzi funksiyalar üçün lazımlıdır.
Qan estradiol səviyyələri qadın və kişi çoxalma sisteminin inkişafına təsir edir. Bir qadının doğurqanlığı, yeniyetməliyi və ya menopoz halını kontrol etmək üçün qan estradiol hormonu səviyyələrinə baxıla bilər. Anormal dərəcədə yüksək və ya aşağı E2 səviyyələri qadın və kişilərdə aşağıda sayılan orqan və ya funksiyalara təsir edə bilər.
- Uşaqlıq
- Fallop boruları
- Vagina
- Süd vəziləri
- Qadın xarici çoxalma orqanları
- Bədən yağının dağılımı
- Sperma hüceyrələri
- Libido
- Ereksiya
Estradiol Testi Nədir?
Estradiol testi qanda olan estradiol hormonunun miqdarını ölçən testdir. Eyni zamanda E2 testi olaraq da adlandırılır. Qol və ya əl üstündə olan damarlardan alınan qan nümunəsi ilə baxılır. Test öncəsi xüsusi bir hazırlıq görülməsi və ya ac qalınmasına ehtiyac yoxdur. Lakin doğum kontrol dərmanları və ya hormon müalicəsi almaq nəticələrə təsir edə bilər. Bu səbəblə istifadə edilən bütün dərmanlar, şəfalı bitkilər, vitaminlər və qida əlavələri həkimə bildirilməlidir. Həkim test nəticələrinə təsir edə biləcək bəzi dərmanların müvəqqəti olaraq dayandırılmasını istəyə bilər. Test nəticələrinə təsir edə biləcək dərmanlar bunları əhatə edə bilər:
- Doğum kontrol dərmanları
- Ampisilin və ya tetraskilin kimi antibiotiklər
- Kortikosteroidler
- Estrogen
- Bəzi psixotrop dərmanlar
- Testosteron
Estradiol Testi Nə İşə Yarayar?
Estradiol testi hər hansı bir hal və ya xəstəlik diaqnozu qoymaq üçün tək başına yetərli deyil. Lakin testin nəticələri irəli analiz lazımlılığı mövzusunda yol göstərə bilər. Aşağıdakı halların səbəblərini araşdırmaq üçün estradiol testi istənilə bilər:
1. Yumurtalıqlar, plasenta və böyrəküstü vəzlərin funksiyalarını dəyərləndirmək
2. Qadın və kişilərdə fərqlilik göstərən qoltuq altı tüklənməsi, məmə inkişafı kimi ikincili cinsiyyət özəlliklərində anormal inkişaf
3. Anormal adət dövrləri
4. Amenore (adət görməmə)
5. Anormal vaginal qanama
6. Menopoz sonrası qanama
7. Qadınlarda sonsuzluq
8. İsti basmalar, gecə tərləmələri və düzənsiz adət dövrləri kimi menopoz öncəsi əlamətlər
9. Adət qanamalarının tamamilə durduğu və menopoz əlamətlərinin müşahidə edildiyi hallar
10. Qadın və ya kişi cinsiyyət xüsusiyyətlərinin normal şəkildə inkişaf göstərmədiyi hallarda
11. Yumurtalıq şişi. Yumurtalıq şişini düşündürən əlamətlər varsa E2 səviyyələrinə baxıla bilər.
12. Yumurtalıqların azalmış funksiyaları
13. Erkən və ya gec yeniyetməlik. Bir uşağın gözləniləndən daha erkən və ya gec yeniyetməlik dövrünə girdiyi düşünülürsə estradiol testi istənilə bilər. Normaldan daha yüksək bir estradiol səviyyəsi yeniyetməliyin daha erkən başladığını göstərir.
14. Kişilərdə yüksək estrogen səviyyələrinin səbəbini müəyyən etmək üçün estradiol testinə ehtiyac ola bilər.
Test əlavə olaraq aşağıdakıları kontrol etmək üçün də edilə bilir:
- Menopozdakı qadınlara verilən hormon replasman müalicəsinin təqibi
- Sonsuzluq müalicəsi görən qadında müalicənin kontrolu
Estradiol Neçə Olmalıdır?
Normal və ya sağlam qəbul edilən estradiol səviyyələri yaş və cinsiyyətə bağlı olaraq dəyişiklik göstərir. Qadınlar üçün hamiləliyin estrogen səviyyələri üzərində də böyük təsiri olacaqdır. Adət dövrünüzün hansı mərhələsində olduğunuz da nəticələrə təsir edir.
Qadınlar doğurqanlıq dövrlərində yüksək miqdarda E2-ə sahibdir. Menopozdan sonra isə estradiol səviyyələri təxmini olaraq sıfıra enir. Estradiol üçün normal səviyyələr bunlardır:
- Doğurqanlıq çağındakı qadınlar üçün 30 – 400 pg / mL
- Menopoz sonrası qadınlar üçün 0 – 30 pg / mL
- Kişilər üçün 10 – 50 pg / mL
- Uşaqlar üçün < 10 pg / mL
Normal dəyərlər ölçümün edildiyi laboratoriyaya görə dəyişiklik göstərə bilir Çünki bəzi laboratoriyalarda fərqli ölçümlər istifadə edilir və ya fərqli nümunələr test edilir. Bu səbəblə nəticələrə mütləq həkiminiz baxmalıdır.
Doğurqanlıq çağındakı qadınlarda estradiol test nəticələrinin düşük çıxması, erkən menopoz, sürətli çəki itkisi və ya anoreksiya kimi bir problemə işarə edə bilir. Yüksək çıxması isə yumurtalıq, testis və ya böyrəküstü vəzlərinin şiş varlığında müşahidə edilə bilir.
Estradiol Yüksəkliyi Nə Mənaya Gəlir?
Estradiol yüksəkliyi ümumilikdə hormonun ən çox ifraz olunduğu yumurtalıqlarda daha çox hormon istehsalına səbəb olan bir problem olduğu mənasına gəlir. Endometriozis və qadın çoxalma orqanlarının xərçəngləri daxil bir çox ginekoloji problemdə qan estradiol dəyərləri yüksələ bilir. Estradiol yüksəkliyi səbəbi ola bilən hallardan bəziləri bunları əhatə edir:
- Puberte prekoks olaraq adlandırılan erkən yeniyətməlik
- Yumurtalıq və ya testislərdəki şişlər
- Böyrəküstü vəzi şişləri
- Süd vəzi xərçəngi
- Kişilərdə ginekomastiya olaraq adlandırılan məmə böyüməsi
- Tiroid vəzinin həddən artıq çalışması olan hipertiroidi
- Hamiləlik
Qaraciyər serrozu və ya ciddi qaraciyət xəstəlikləri. Qaraciyər funksiyasında pozğunluq hormonunun atıla bilməməsi və qan səviyyələrinin yüksəlməsinə səbəb olur.
Estradiol Azlığı Nə Mənaya Gəlir?
Estradiol azlığı ümumilikdə yumurtalıqların yetərli çalışmaması mənasına gəlir. Normaldan az estradiol hormon səviyyələrinə səbəb olan hallar bunları əhatə edir:
1. Menopoz. Menopoz zamanı və sonrasında bir qadının bədəni yavaş-yavaş daha az estrogen və estradiol yaradaraq menopoz zamanı yaşanan əlamətlərə səbəb olur. Estradiol səviyyəsinə baxılaraq qadının menopoza girməyə hazır olub olmadığı və ya hal-hazırda keçid dövründəmi olduğu müəyyən edilir.
2. Turner sindromu. Qadınlarda normal olaraq iki ədəd X xromosomu olur. Turner sindromlu qadınlar isə iki yerinə tək bir X xromosomuna sahibdir. Turner sindromu genetik bir xəstəlikdir və xəstələrin qanda ölçülən E2 səviyyələri aşağıdır.
3. Yumurtalıq yetməzliyi və ya erkən menopoz. Yumurtalıqların işləməsi 40 yaşından öncə durduqda meydana gəlir. Bu hal genetik pozulmalardan, toksinlərdən və ya autoimmun bir haldan qaynaqlana bilir.
4. Polikistik over sindromu (PCOS). Qadınlarda sonsuzluğun öndə gələn bir səbəbidir. Çox çeşidli şikayətlərə səbəb olan bir hormonal pozulmadır.
5. Aşağı bədən yağı nisbətləri
6. Həddən artıq fiziki məşqlər və həddən artıq zəiflik
7. Xroniki böyrək xəstəliyi
8. Hipopitüitarizm. Pituiter vəz olaraq da adlandırılan və beyində olan hipofiz vəzinin az işləməsidir. Bu vəz ifraz etdiyi hormonlar yumurtalıqlardan E2 ifraz edilməsini təmin edər.
9. Hipogonadizm. Yumurtalıqlar və ya testislərdə yetərli miqdarda hormon yaranmadığında meydana gələn hal.
10. Gec yeniyetməlik. Aşağı estradiol səviyyələri gec yeniyetməliyə işarə edir.
Estradiol Azlığı Əlamətləri Nələrdir?
Yeniyetməlik öncəsi qızların və menopoza yaxınlaşan qadınlarda estrogenlərin səviyyələrində azlığa bağlı əlamətlər yaşaması daha çox ehtimaldır. Aşağı estrogen və estradiol səviyyələrinə bağlı müşahidə ediən əlamətlər bunları əhatə edir:
- Yorğunluq
- Halsızlıq
- Depressiv ruh halı
- Diqqət və bir şeyə köklənmə problemləri
- İsti basmalar
- Sıx sidik yolu infeksiyaları
- Vaginal sürüşkənlik azalması səbəbi ilə cinsi əlaqə zamanı ağrı
- Düzənsiz adət dönəmləri
- Adət görməmə
- Məmələrdə həssasiyyət
- Baş ağrıları
- Gecə tərləmələri
- Sümüklərdə asan qırılma
Bütün suallarınız üçün 012 598 05 43/49 nömrəli telefondan bizimlə əlaqə saxlaya bilərsiniz.
Henüz yorum yapılmamış
Diğer Yorumlar